“OL!” Azərbaycan Gənclər Hərəkatının Beynəlxalq Münasibətlər Klubu və ACCELS Eldar Namazovla "İranın nüvə proqramı ətrafında yaranan ABŞ-İran gərginliyi" mövzusunda interaktiv mühazirə keçirmişdir. Mühazirəçi politoloq Eldar Namazov olmuşdur. İlk olaraq, Eldar Namazov İranın nüvə proqramı ətrafında yaranan gərginlik və bu prosesin sonrakı gedişatı ilə bağlı öz mülahizələrini irəli sürmüşdür. O qeyd etmişdir ki, İranın nüvə siyasətinin hərbi istiqamətinin dayandırılacağı labüddür. Bunun diplomatiya və ya güc yolu ilə həyata keçiriləcəyi isə hələ ki, sual altındadır. O, həmçinin vurğulamışdır ki, bu gərginlik münaqişəyə çevrildiyi halda, Azərbaycan bu situasiyadan nəyi qazanacağı barədə düşünməli deyil, əvəində itirmə ehtimallarını əvvəlcədən nəzərə almalı və bunun qarşısını almaq istiqamətində müvafiq tədbirlər görməlidir. Sonra isə politoloq gənclərin müxtəlif suallarını cavablandırmışdır.
No comments:
Post a Comment