"OL!" Azərbaycan Gənclər Hərəkatı "Uşaqların Cəmiyyətə Gətirilməsi" adlı xeyriyyə aksiyası keçirmişdir. Təşkilatın 15 üzvü Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı Uşaq Evinin 8-11 yaşlı uşaqlardan ibarət olan qruplarından birini gəzintiyə çıxarmışlar. Aksiya iştirakçıları 24 uşaqdan ibarət qrupu ilk öncə zooparka aparmışlar. Sonra proqrama əsasən uşaqlar nahar etmişlər. Nahardan sonra gəzinti Dənizkənarı Parkda davam etmiş və uşaqların öz ünvanlarına aparılıb çatdırılması ilə başa çatmışdır.
"Uşaqların Cəmiyyətə Gətirilməsi" adlı xeyriyyə layihəsi
Labels: video
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment