“OL!” Azərbaycan Gənclər Hərəkatı və ACCELS “Debat” Təhsil proqramının rəhbəri Rüfət Əliyevlə “Qadın və kişi arasında hüquq bərabərliyi” mövzusunda interaktiv mühazirə keçirmişdir. İlk olaraq mühazirəçi mövzu ilə bağlı tezislərini təqdim etmiş, bu mövzuda ənənəvi olan “qadınla kişi bərabər ola bilərmi?” sualını cavablandırmış, qadınların öz hüquqlarını həyata keçirməsi zamanı qarşılaşdığı problem və məhdudiyyətlərə toxunmuşdur. Sonra isə o, mühazirə iştirakçılarının suallarını cavablandırmışdır. İştirakçılar da öz növbəsində mövzu ətrafında fəal müzakirə aparmışlar.
No comments:
Post a Comment