“OL!” Azərbaycan Gənclər Hərəkatı NED (National Endowment for Democracy) fondunun maliyyə dəstəyi ilə “DEMOKRATİYA AQORASI” - Azərbaycan Gənclərinin Demokratiya haqqında Dəyirmi Masalar Silsiləsi”nin növbəti tədbiri keçirildi. Bu dəfəki Dəyirmi Masanın mövzusu “Vətəndaş Cəmiyyəti nədir? Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda rolu” idi.
Dəyirmi Masada aşağıdakı təşkilatların nümayəndələri iştirak edirdi:
- AAA (ABŞ Təhsilli Azərbaycan Məzunlar Assosiasiyası)
- Açıq Cəmiyyət İnstitutu
- Alumni Network (Məzunlar Şəbəkəsi)
- AUKAA (Böyük Britaniya Təhsilli Azərbaycan Məzunlar Assosiasiyası)
- Dalğa Gənclər Hərəkatı
- Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatı
- Free Minds Association
- IRI (Beynəlxalq Respublikaçılar İnstitutu)
- OL! Azərbaycan Gənclər Hərəkatı
- Ombudsman Aparatı
Bu Dəyirmi Masada moderasiya Məzunlar Şəbəkəsi nümayəndəsinə həvalə olunmuşdu.Dəyirmi Masanın birinci yarısında yuxarıda adı çəkilən təşkilatların hər birinin nümayəndəsi vətəndaş cəmiyyəti anlayışına dair öz fikirlərini bildirdi. Fasilədən sonra aşağıdakı üç məsələ müzakirə olundu:
1. Vətəndaş cəmiyyətinin nə olduğunu dəqiqliklə müəyyən edən meyarlar hansılardır?
2. Müxtəlif ölkələrdə mövcud olan vətəndaş cəmiyyətlərinin özünəməxsusluğu. Mədəniyyətin vətəndaş cəmiyyətinin formalaşmasına təsiri.
3. Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda rolu nədən ibarət olmalıdır?
Sonda növbəti Dəyirmi Masanın mövzusu elan edildi. Beləliklə, növbəti dəyirmi masanın mövzusu: “Evdar qadın dövləti idarə edə bilərmi, yoxsa bu seçilmişlərin vəzifəsidir?”.
DEMOKRATİYA AQORASI - Vətəndaş Cəmiyyəti nədir? Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda rolu
Labels: aqora
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment