“OL!” Azərbaycan Gənclər Hərəkatı NED (National Endowment for Democracy) fondunun maliyyə dəstəyi ilə “DEMOKRATİYA AQORASI” - Azərbaycan Gənclərinin Demokratiya haqqında Dəyirmi Masalar Silsiləsi”nin növbəti tədbiri keçirildi. Bu dəfəki Dəyirmi Masanın mövzusu: “Evdar qadın” dövləti idarə edə bilərmi? Yoxsa bu yalnız seçilmişlərin vəzifəsidir?
Dəyirmi Masada aşağıdakı təşkilatların təmsilçiləri iştirak edirdi:
- Free Minds Association;
- IRI (Beynəlxalq Respublikaçılar İnstitutu);
- OL! Azərbaycan Gənclər Hərəkatı;
- İrəli Ümumrespublika Gənclər Hərəkatı;
- Dalğa Gənclər Hərəkatı;
- Econ Network;
- Gənc Hüquqşünaslar Birliyi;
- Ümidli Gələcək Gənclər Təşkilatı;
- Gənclər və İdman Nazirliyi.
Bu Dəyirmi Masada moderasiya Econ Network nümayəndəsinə həvalə olunmuşdu.
Dəyirmi masanın çıxışlara ayrılmış birinci yarısında adı çəkilən təşkilatların nümayəndələri mövzu ilə bağlı öz fikirlərini qısaca bildirmişlər. Qeyd olunmuşdur ki, dövlətin idarə edilməsində iştirak etmək hər bir vətəndaşın konstitusiya ilə müəyyən edilən suveren hüququdur. Bu o deməkdir ki, nəzəri cəhətdən hər bir şəxs dövlət idarə edə bilər. Sadəcə bu iştirak insanın öz istək və iradəsindən asılıdır və özünə güvən və hazırlıq tələb edir.
Birinci hissədə fəal müzakirələrə səbəb olan məsələlər dövlətin idarə edilməsinin ekspertlərə, yaxud qeyri-ekspertlərə həvalə edilməsi və “evdar qadının” (simvolik olaraq qeyri-ekspert şəxsi ifadə etmək üçün seçilmiş ifadə) dövləti necə idarə etməsi ilə bağlı idi. Bu səbəbdən ikinci hissədə əsas müzakirə mövzuları aşağıdakılar oldu:
1. Parlamentdə yalnız dövlət idarəetməsinə dair müxtəlif sahələrdə ekspertlər təmsil olunmalıdır, yoxsa qeyri-ekspertlər də millət vəkili ola bilərlər?
2. “Evdar qadın” dövləti necə idarə edə bilər?
Fasilədən sonra göstərilən məsələlər ətrafında fəal müzakirələr aparıldı. Dəyirmi Masanın əsas mesajı: Dövləti xalq tərəfindən seçilmiş legitim nümayəndələr idarə etməlidir: bu mütəxəssis də ola bilər, “evdar qadın” da.
DEMOKRATİYA AQORASI: “Evdar qadın” dövləti idarə edə bilərmi? Yoxsa bu yalnız seçilmişlərin vəzifəsidir?
Labels: aqora
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment