OL! Azərbaycan Gənclər Hərəkatı Beynəlxalq Respublikaçılar İnstitutu ilə birlikdə “Demokratiya Aqorası” – Azərbaycan Gənclərinin Dəyirmi Masalar Silsiləsi layihəsi çərçivəsində “Demokratik inkişafa təsir edən mədəni amillər” mövzusunda növbəti dəyirmi masa keçirdilər. Bu dəfəki dəyirmi masanın formatı bir qədər fərqli idi. Belə ki, burada təmsil olunan gənclərin hər hansı gənclər təşkilatının üzvü olması tələbi yox idi, hər bir maraqlanan gənc bu tədbirdə iştirak edə bilərdi.
Dəyirmi masanın birinci mərhələsində iştirakçıların hər biri mövzu ilə bağlı fikirlərini qısaca bildirdilər. Fikirlərdə daha çox qərb və şərq sivilizasiyaları arasındakı fərq və bu fərqin demokratiyanın inkişafına təsiri öz əksini tapırdı.
Fasilədən sonra əsas müzakirə mövzuları aşağıdakılar oldu:
1. Azərbaycan cəmiyyətində individualizm və kollektivizm özünü nədə ifadə edir və biz bunlardan hansını seçməliyik?
2. Qərb sivilizasiyası, yoxsa şərq sivilizasiyası; hansını seçməliyik?
3. İnkişaf doqmalara əsaslana bilərmi?
DEMOKRATİYA AQORASI: Demokratik inkişafa təsir edən mədəni amillər
DEMOKRATİYA AQORASI: “Evdar qadın” dövləti idarə edə bilərmi? Yoxsa bu yalnız seçilmişlərin vəzifəsidir?
“OL!” Azərbaycan Gənclər Hərəkatı NED (National Endowment for Democracy) fondunun maliyyə dəstəyi ilə “DEMOKRATİYA AQORASI” - Azərbaycan Gənclərinin Demokratiya haqqında Dəyirmi Masalar Silsiləsi”nin növbəti tədbiri keçirildi. Bu dəfəki Dəyirmi Masanın mövzusu: “Evdar qadın” dövləti idarə edə bilərmi? Yoxsa bu yalnız seçilmişlərin vəzifəsidir?
Dəyirmi Masada aşağıdakı təşkilatların təmsilçiləri iştirak edirdi:
- Free Minds Association;
- IRI (Beynəlxalq Respublikaçılar İnstitutu);
- OL! Azərbaycan Gənclər Hərəkatı;
- İrəli Ümumrespublika Gənclər Hərəkatı;
- Dalğa Gənclər Hərəkatı;
- Econ Network;
- Gənc Hüquqşünaslar Birliyi;
- Ümidli Gələcək Gənclər Təşkilatı;
- Gənclər və İdman Nazirliyi.
Bu Dəyirmi Masada moderasiya Econ Network nümayəndəsinə həvalə olunmuşdu.
Dəyirmi masanın çıxışlara ayrılmış birinci yarısında adı çəkilən təşkilatların nümayəndələri mövzu ilə bağlı öz fikirlərini qısaca bildirmişlər. Qeyd olunmuşdur ki, dövlətin idarə edilməsində iştirak etmək hər bir vətəndaşın konstitusiya ilə müəyyən edilən suveren hüququdur. Bu o deməkdir ki, nəzəri cəhətdən hər bir şəxs dövlət idarə edə bilər. Sadəcə bu iştirak insanın öz istək və iradəsindən asılıdır və özünə güvən və hazırlıq tələb edir.
Birinci hissədə fəal müzakirələrə səbəb olan məsələlər dövlətin idarə edilməsinin ekspertlərə, yaxud qeyri-ekspertlərə həvalə edilməsi və “evdar qadının” (simvolik olaraq qeyri-ekspert şəxsi ifadə etmək üçün seçilmiş ifadə) dövləti necə idarə etməsi ilə bağlı idi. Bu səbəbdən ikinci hissədə əsas müzakirə mövzuları aşağıdakılar oldu:
1. Parlamentdə yalnız dövlət idarəetməsinə dair müxtəlif sahələrdə ekspertlər təmsil olunmalıdır, yoxsa qeyri-ekspertlər də millət vəkili ola bilərlər?
2. “Evdar qadın” dövləti necə idarə edə bilər?
Fasilədən sonra göstərilən məsələlər ətrafında fəal müzakirələr aparıldı. Dəyirmi Masanın əsas mesajı: Dövləti xalq tərəfindən seçilmiş legitim nümayəndələr idarə etməlidir: bu mütəxəssis də ola bilər, “evdar qadın” da.
DEMOKRATİYA AQORASI - Vətəndaş Cəmiyyəti nədir? Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda rolu
“OL!” Azərbaycan Gənclər Hərəkatı NED (National Endowment for Democracy) fondunun maliyyə dəstəyi ilə “DEMOKRATİYA AQORASI” - Azərbaycan Gənclərinin Demokratiya haqqında Dəyirmi Masalar Silsiləsi”nin növbəti tədbiri keçirildi. Bu dəfəki Dəyirmi Masanın mövzusu “Vətəndaş Cəmiyyəti nədir? Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda rolu” idi.
Dəyirmi Masada aşağıdakı təşkilatların nümayəndələri iştirak edirdi:
- AAA (ABŞ Təhsilli Azərbaycan Məzunlar Assosiasiyası)
- Açıq Cəmiyyət İnstitutu
- Alumni Network (Məzunlar Şəbəkəsi)
- AUKAA (Böyük Britaniya Təhsilli Azərbaycan Məzunlar Assosiasiyası)
- Dalğa Gənclər Hərəkatı
- Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatı
- Free Minds Association
- IRI (Beynəlxalq Respublikaçılar İnstitutu)
- OL! Azərbaycan Gənclər Hərəkatı
- Ombudsman Aparatı
Bu Dəyirmi Masada moderasiya Məzunlar Şəbəkəsi nümayəndəsinə həvalə olunmuşdu.Dəyirmi Masanın birinci yarısında yuxarıda adı çəkilən təşkilatların hər birinin nümayəndəsi vətəndaş cəmiyyəti anlayışına dair öz fikirlərini bildirdi. Fasilədən sonra aşağıdakı üç məsələ müzakirə olundu:
1. Vətəndaş cəmiyyətinin nə olduğunu dəqiqliklə müəyyən edən meyarlar hansılardır?
2. Müxtəlif ölkələrdə mövcud olan vətəndaş cəmiyyətlərinin özünəməxsusluğu. Mədəniyyətin vətəndaş cəmiyyətinin formalaşmasına təsiri.
3. Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda rolu nədən ibarət olmalıdır?
Sonda növbəti Dəyirmi Masanın mövzusu elan edildi. Beləliklə, növbəti dəyirmi masanın mövzusu: “Evdar qadın dövləti idarə edə bilərmi, yoxsa bu seçilmişlərin vəzifəsidir?”.
Demokratiya Aqorası: "Qeyri-demokratik idarəetmə formaları"
“OL!” Azərbaycan Gənclər Hərəkatının təşkilatçılığı və NED-in maliyyə dəstəyi ilə “Demokratiya Aqorası” – Azərbaycan Gənclərinin Demokratiya haqqında Dəyirmi Masalar Silsiləsi layihəsi çərçivəsində növbəti dəyirmi masa keçirildi. Bu dəfəki mövzu “Qeyri-demokratik idarəetmə formaları” idi. Məqsəd demokratiyaya alternativ ola biləcək idarəetmə formaları irəli sürmək və onların müsbət və mənfi cəhətləri haqqında fikir mübadiləsi aparmaqdan ibarət idi.
Dəyirmi masada aşağıdakı gəclər təşkilatlarının nümayəndələri iştirak edirdi:
- Alumni Network;
- Açıq Cəmiyyət İnstitutu Yardım Fondu;
- Econ Network;
- Free Minds Association;
- IRI (Beynəlxalq Respublikaçılar İnstitutu);
- İrəli ÜGH;
- Gənc Hüquqşünaslar Birliyi;
- “OL!” AGH;
- Ombudsman Aparatı.
Müəyyən edilmiş qaydalara əsasən bu dəfəki dəyirmi masaya Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) nümayəndəsi moderatorluq edirdi. Tədbirin birinci hissəsində iştirakçılar hər bir təşkilatın nümayəndəsi mövzu ilə bağlı qısa çıxış etdi. İkinci hissədə isə birinci hissənin nəticələrinə uyğun olaraq müəyyən edilmiş prioritet məsələlər ətrafında müzakirələr aparıldı.
Demokratiya Aqorası: "Demokratiya Nədir?"
“OL!” Azərbaycan Gənclər Hərəkatının təşkilatçılığı və NED-in (National Endowment for Democracy) maliyyə dəstəyi ilə "DEMOKRATİYA AQORASI – Azərbaycan Gənclərinin Demokratiya Haqqında Dəyirmi Masalar Silsiləsi" layihəsi çərçivəsində ilk deyirmi masa keçirildi. Layihənin məqsədi ictimai həyatda fəal olan gənclər təşkilatlarının timsalında demokratiya haqqında gənclərin fikirlərini öyrənmək, onları araşdırmaq və bu mövzular ətrafında fəal diskussiya təşkil etməkdir. Gənclər təşkilatları bu tədbirlər silsiləsi vasitəsilə demokratiya haqqında bezi stereotipləri və yanlış təsəvvürləri qismən də olsa aradan qaldırmaq niyyətindədirlər. İlk dəyirmi masa "Demokratiya Nədir?" mövzusunda idi. Reqlamentə uyğun olaraq, dəyirmi masa 2 hissədən ibarət idi. Birinci hissədə iştirak edən hər bir təşkilatın təmsilçisi 3 dəqiqə ərzində mövzu ilə bağlı öz tezislərini qeyd etdi. İkinci hissədə isə səslənən fikirlər arasından ən aktualları seçildi və onlar ətrafında diskussiya təşkil olundu.
İlk dəyirmi masada iştirak edən aşağıdakı təşkilatlar nümayəndələri idi:
- AAA (ABŞ Təhsilli Azərbaycan Məzunlar Assosiasiyası);
- ALGA (Azərbaycan Liberal Gənclər Assosiasiyası);
- Alumni Network;
- Dalğa GH;
- Econ Network;
- Gənclər və İdman Nazirliyi;
- İrəli ÜGH;
- IRI (Beynəlxalq Respublikaçılar İnstitutu);
- OL! AGH;
- Ombudsman Aparatı;
- Ümidli Gələcək GT.