"OL!" Azərbaycan Gənclər Hərəkatının İqtisadiyyat Klubunda iqtisad elmləri doktoru, professor Nazim İmanovla "Dövlət iqtisadiyyata nə dərəcədə müdaxilə etməlidir?" mövzusunda interaktiv mühazirə keçirilmişdir. Mühazirədə “OL!” AGH-nın nümayəndələri, tələbələr və məzunlar iştirak edirdilər. İki saat çəkən tədbirdə, ilk olaraq, Nazim İmanov siyasi partiyaların dünyada qəbul olunmuş sağ-sol bölgüsü və bu bölgünün meyarları barədə öz təqdimatını etmişdir. Əsas meyar kimi dövlətin iqtisadiyyata müdaxiləsi dərəcəsini göstərmişdir. O, həmçinin dövlətin iqtisadiyyata müdaxiləsinin optimal həddi barədə öz fikirlərini əsaslandırmışdır. Bundan başqa, professor bu bölgünün Azərbaycan gerçəkliyində tətbiqi və onun xüsusiyyətləri barədə danışmışdır. Çıxışdan sonra Nazim İmanov iştirakçıların müxtəlif çoxsaylı suallarını cavablandırmışdır.
No comments:
Post a Comment