“OL!” Azərbaycan Gənclər Hərəkatının İnsan Hüquqları Klubunda “İnsan Hüquqları anlayışı və onun tarixi” mövzusunda seminar keçirilmişdir. Seminarı “OL!” AGH-nın üzvü, eyni zamanda onun Liderlik Klubunun Koordinatoru, Ombudsman Aparatının əməkdaşı Munir Məmmədov aparmışdır. Tədbirdə “OL!”-un üzvləri ilə yanaşı, qeyri-üzvlər, xüsusilə də tələbələr iştirak edirdilər. Seminar 2 saat müddətində davam etdi. İlk növbədə İnsan Hüquqlarının anlayışı, əsas insan hüquq və azadlıqları və onların müdafiəsi məsələsinin tarixi aspektləri, bu sahədə qəbul olunmuş fundamental sənədlər barədə söhbət açılmışdır. Sonra əsas insan hüquqlarından biri olan ayrıseçkiliyə məruz qalmamaq hüququ ilə bağlı simulyativ oyun keçirilmişdir.Növbəti mərhələdə BMT, AŞ, AB, ATƏT kimi beynəlxalq təşkilatların insan hüquqları sahəsində fəaliyyəti, bu sahədə qəbul olunmuş beynəlxalq sənədlər, imzalanmış beynəlxalq müqavilələr barədə danışılmışdır. Müvafiq mövzuda seminar aparıcısına suallar ünvanlanmış və müzakirələr aparılmışdır.Seminarın sonuna yaxın qiymətləndirmə sorğuları iştirakçılar tərəfindən cavablandırılmışdır. Tədbir kollektiv xatirə şəklinin çəkdirilməsi ilə başa çatmışdır.
No comments:
Post a Comment