"OL!"-un fəaliyyəti zamanı müzakirə etdiyimiz və təsbit etdiyimiz məhfumların tərifləri:
"OL!" – OL! Azərbaycan Gənclər Hərəkatı. Gənclərin ictimai proseslərə cəlb olunmasına yönəlmiş hərəkatdır. "OL!" yeni həyat tərzini təbliğ edir. Mətnlər və rəsmi sənədlərdə mütləq dırnaq ("") və nida (!) işarəsi ilə yazılır.
OLçu – “OL!” Azərbaycan Gənclər Hərəkatının üzvü.
Azərbaycan (vətən) – Müasir Azərbaycan Respublikası. 1991-ci ildə BMT-nin tərkibinə girmiş sərhədlərdə.
Azərbaycanlı – Azərbaycan Respublikasının vətəndaşı.
Azərbaycan Dili – Azərbaycan Respublikasının konstitusiyasına görə müəyyən olunmuş, Azərbaycan Respublikasının rəsmi dili.
Azərbaycan Milləti – Azərbaycan Respublikasının vətəndaşlarının toplumu. Azərbaycan Milləti bir SİYASİ varlıqdır, etnik qrup deyil.
Azərbaycan Türkləri – Müasir Azərbaycan Respublikasında əhalinin çoxluğunu təşkil edən etnik qrup. Türk dilli və Türk mənşəlidir. Nümayəndələri (Azərbaycandan başqa) Gürcüstan, Rusiya, İran, İraq, Türkiyə və son zamanlara qədər Ermənistan dövlətlərinin ərazisində kompakt şəkildə yaşayır. AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ TÜRKLƏR İLƏ BƏRABƏR DİGƏR ETNİK QRUPLAR DA YAŞAYIR: TALIŞLAR, LƏZGİLƏR, TATLAR, AVARLAR, YƏHUDİLƏR, RUSLAR, ERMƏNİLƏR, VƏ S. KONSTİTUSİYAYA GÖRƏ BU QRUPLAR BƏRABƏR HÜQUQLUDUR.
Demokratiya – azlığın hüquqları qorunmaq şərtilə, çoxluğun hakimiyyəti.
Tolerantlıq – Digərlərinin fikirlərinə və hərəkətlərinə dözümlü yanaşım.
"OL!"-un Tərifləri
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment