APA-nın xəbərinə görə, Qafqaz Universitetində keçirilən tədbirdə 20-yə yaxın ölkədən gələn gənc iştirak edib. 2000-ci ildən bəri hər ilin avqust ayında keçirilən forum əvvəllər olduğu kimi, bu dəfə də “Qarabağ probleminin həllində azərbaycanlı gənclərin rolu” şüarı altında baş tutub. Azərbaycanın dövlət himnin səslənməsi ilə işinə başlayan forumda tələbələrlə yanaşı, bir sıra dövlət qurumlarının nümayəndələri də iştirak edib.Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov forumun xaricdə təhsil alan azərbaycanlı tələbələri Azərbaycanı təmsil edən xalq diplomatiyasının nümayəndələri adlandıraraq, onların qarşısında böyük vəzifələrin, uğurlu gələcəyin dayandığını bildirib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyib ki, xaricdə təhsil alan gənclərin gücündən istifadə etməklə Azərbaycanın dostlarının sayı daha da artacaq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev qeyd edib ki, Azərbaycan diasporunun sıralarının genişlənməsində xarici ölkələrdə təhsil alan soydaşlarımızın böyük rolu var: “Biz xaricdə təhsil alan gənclərimizin təcrübəsindən həmişə istifadə olunmasının tərəfdarıyıq”.Təhsil Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, “Çağ” Öyrətim Şirkəti və Qafqaz Universitetinin dəstəyi ilə keçirilən forumda Azərbaycan torpaqlarının işğaldan azad olunmasında xaricdə təhsil alan gənclərin rolu, xarici ölkələrin elm və təhsil ocaqlarında lobbiçilik işinin qurulması, qeyri-hökumət təşkilatları ilə əlaqələr və s. mövzularda müzakirələr aparılıb. Tədbir işini işçi qruplarda davam etdirəcək. /APA/
Özümüzdən əlavə edə bilərik ki, Forumda təhsil nazirinin müavini Elmar Qasımıvun dediklərinə əsasən başa düşdük ki, 2015-ci ilə qədər 5 min azərbaycanlı tələbə təhsil almaq üçün xarici ölkələrin universitetlərinə göndəriləcək. Onun sözlərinə görə, xaricə göndəriləcək tələbələrin bütün xərclərini dövlət ödəyəcək və həmin tələbələr Azərbaycana qayıdandan sonra dövlət strukturlarında işlə təmin olunacaqlar. Fəqət, "Gələcək Özü Gəlməyəcək" kampaniyası kimi tanıdığımız proqramın həyata keçirilməsi barədə dəqiq məlumat hələ heç bir mötəbər mənbədə tam təstiqlənməyib.
1 comment:
Azərbaycanı təmsil edən xalq diplomatiyasının nümayəndələri adlandıraraq, onların qarşısında böyük vəzifələrin, uğurlu gələcəyin dayandığını bildirib. Gənclər, qeyri-hökumət təşkilatları ilə əlaqələr və s.
Post a Comment