2007-ci il sentyabr ayının 1-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında TQDK-nın sədri M.Abbaszadə və İqtisad İnkişaf Nazirinin müavini S.Həsənovanın iştirakı ilə xaricdə təhsil almaq istəyən və avqustun 7-dən 20-dək qeydiyyatdan keçmiş şəxslərlə müsahibə və psixoloji testləşdirmə keçiriləcək.
Məlumat üçün: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Respublika üçün müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir.
Respublika Prezidentinin sərəncamının icrası ilə bağlı TQDK xarici ölkələrin ali məktəblərində təhsil almaq istəyən şəxslər üçün müsabiqə elan etmişdir. Müsabiqə haqqında məlumat “Abituriyent” jurnalın 3-cü sayında, TQDK-nın internet saytında və KİV-də geniş işıqlandırılmışdı.
Müsabiqədə iştirak etmək hüququna 2007/2008-ci tədris ili üçün respublikanın ali məktəblərinin bakalavr pilləsinə keçirilən qəbul imtahanlarda I ixtisas qrupu üzrə 550, II, III və IV ixtisas qrupları üzrə 600 və daha çox bal toplamış şəxslər malik idilər.
Xaricdə təhsil almaq istəyən şəxslərin sənədlərinin qəbulu avqustun 7-dən 20-dək TQDK tərəfindən aparılmışdır. Müsabiqədə iştirak etmək üçün 386 nəfər müraciət etmişdir (I ixtisas qrupu üzrə 93, II ixtisas qrupu üzrə 155, III ixtisas qrupu üzrə 73 və IV ixtisas qrupu üzrə 65 nəfər).
Bu şəxslərin sənədləri araşdırılmış, onların respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında əldə etdikləri nəticələr təhlil edilmişdir.
Mənbə: TQDK-nın səhifəsi
Xaricdə təhsil almaq istəyən və TQDK-da qeydiyyatdan keçmiş şəxslərin nəzərinə!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment