Sentyabrın 1-i ABŞ təhsilli Azərbaycanlı Məzunları İctimai Birliyi təhsil sahəsində ABŞ mübadilə proqramlarının 15 illik yubileyi münasibətilə Azərbaycan Dillər Universitetində yerləşən Amerika Mərkəzində tədbir keçirib. Tədbir həmdə Amerika Mərkəzinin açılmasını da qeyd edib. “ABŞ mübadilə proqramları Azərbaycana nə vermişdir”? mövzusunda dəyirmi masada ABŞ mübadilə proqramlarının məzunları, bir sıra qeyri-hökumət təşkilatlarının və dövlət universitetlərinin nümayəndələri iştirak edib. Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi ABŞ-Azərbaycan əməkdaşlığının əhəmiyyətini vurğulayaraq deyib ki, bu proqramlar ABŞ ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi sahəsində səfirliyin həyata keçirdiyi ən vacib proqramlardan biridir. ABŞ təhsilli Azərbaycanlı Məzunları İctimai Birliyi 15 il müddətində təhsil sahəsində ABŞ mübadilə proqramlarını dəstəkləyən bir sıra dövlət rəsmiləri və qeyri-hökumət təşkilatlarını, o cümlədən Azərbaycanın ABŞ-da keçmiş səfiri, hal-hazırda Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevi, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovu, ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersini, ABŞ səfirliyinin təhsil proqramlarının rəhbəri Conatan Heniki, “BP-Azərbaycan” şirkətini, IREX, ACCELS, BEIC, Project Harmony, Amerika Ticarət Palatası və digər təşkilatları mükafatla təltif edib. Mükafatları təqdim edən birliyin sədri Fariz İsmayılzadə bütün iştirakçıları salamlayaraq, onlara bu 15 ildə Azərbaycanda qərb təhsilli və yeni düşüncəli gənc nəslin yetişməsində köməklik göstərdiklərinə görə təşəkkürünü bildirib.
Mənbə: APA
Qeyd edək ki, tədbirdə OL! Azərbaycan Gənclər Hərəkatını İdarə Heyətimizin 2 üzvü - FLEX məzunları Ayan Aşurlu və Adnan Hacızadə təmsil edib.
Təhsil sahəsində ABŞ mübadilə proqramlarının 15 illiyi qeyd olunub
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment