Sentyabrın 5-də təhsil işçilərinin ümumrespublika konfransında məktəbli formalarının nümunələri ümayiş etdirilib. Bununla da uzun illərdən bəri vahid məktəbli formalarının tətbiqi haqqında fikirlər öz təsdiqini tapmağa başlayır. «Azadlıq» radiosu xəbər verir ki, MT-KO Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırladığı məktəbli geyimi nümunələri 3 qrupa ayrılıb: ibtidai siniflər üçün, 4-7-ci siniflər üçün və 8-11-ci siniflər üçün. Qurum məktəbli formalarının bu 3 qrup üçün ayrı-ayrı olmasını təklif edir. Formalar pambıq parçadan rahat və sadə biçimdə hazırlanıb. Qızlar üçün yaş qruplarına uyğun olaraq zoğalı və boz rəng damalı parçadan yubka, ağ köynək və zoğalı pencək, yaxud jaket, oğlanlar üçün tünd göy və qara rəngli parçadan şalvar, ağ köynək, yaş qruplarına uyğun olaraq zoğalı və tünd göy rəngli pencək.Geyim aksesuarları sırasında həm oğlanlar, həm qızlar üçün zoğalı cemperlər, yubkaların və şalvarların parçasından hazırlanmış qalstuklar da var. Məktəbli geyiminin qiyməti 20-50 manat arasında dəyişir. Həm orta, həm də ali məktəb müəllimlərinin əməkhaqlarının yaxın vaxtlarda artırılacağı da gözlənir. Bunu təhsil naziri Misir Mərdanov ümumrespublika konfransındakı çıxışında bildirib. «Azadlıq»a müsahibəsində isə M.Mərdanov Təhsil Nazirliyinin bu məsələ ilə bağlı təkliflərini dövlət başçısına təqdim etdiyini deyib.
Nazirin sözlərinə görə, dövlət başçısı bu haqda uyğun dövlət qurumlarına müraciət edib: «Biz yaxın zamanlarda prezident fərmanı ilə müəllimlərin əməkhaqlarının faizlə deyil, bir neçə dəfə artırılacağını gözləyirik».
M.Mərdanov Təhsil Nazirliyinin 2008-ci ilin dövlət büdcəsində təhsilə ayrılacaq vəsaitin artırılması üçün Nazirlər Kabinetinə müraciət etdiyini də deyib. Bildirib ki, ölkə üzrə 21 məktəb qəzalı durumdadır. Bu məktəblərin təmiri üçün büdcədən ayrılan 3,3 milyon manat vəsait azlıq etdiyindən Prezidentin Ehtiyat Fondundan daha 14 milyon manat vəsait ayrılıb və ilin sonuna qədər həmin məktəblərdə təmir-tikinti işlərinin başa çatacağı planlaşdırılır.
«700 məktəbdə isə yeni korpusların tikilməsinə ehtiyac var. Bundan başqa, orta təhsilin səviyyəsinin yüksəldilməsi üçün Azərbaycanda daha 600 yeni məktəb binası tikilməlidir» deyə təhsil naziri Misir Mərdanov fikrini belə tamamlayıb.
Mənbə: Media Forum
Təhsil işçilərinin ümumrespublika konfransında nümayiş olunan məktəbli formaları:
Təhsil işçilərinin ümumrespublika konfransında məktəbli formalarının nümunələri təqdim olunub
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment