«Dalğa» Gənclər Hərəkatının ikinci qurultayının birinci hissəsi keçirilib. Qurultay iştirakçıları növbəti bir il üçün təşkilata sədrlik edəcək şəxsi seçiblər. Dalğanın keçmiş sədri Ülvi Həsənlinin məlumatına görə, sədrliyə 3 şəxsin namizədliyi olub: Ülvi Həsənlinin, Vəfa Cəfərovanın və Ülviyyə Qasımovanın: «Mən öz namizədliyimi Vəfa Cəfərovanın xeyrinə geri götürdüm və o, səs çoxluğu ilə təşkilatın tarixində 3-cü sədr oldu».
Ü.Həsənlinin sözlərinə görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan qurultaya bir çox qonaqlar – politoloqlar Rasim Musabəyov, Vəfa Quluzadə, hüquq müdafiəçisi İlqar İbrahimoğlu, bəstəkar Elmir Mirzəyev, publisist İsrail Musayev, yazıçı Həmid Herisçi və başqaları iştirak edib. Onların çıxışları ilə bərabər keçmiş sədr Ü.Həsənlinin bir illik hesabatı dinlənilib.
Qurultayın ikinci hissəsi öz işini oktyabrın 14-də saat 14-də «Dalğa»nın öz ofisində keçiriləcək: «İkinci hissədə təşkilatın strukturu formalaşacaq, gələcək addımlar müəyyənləşəcək».
«Dalğa» Gənclər Hərəkatını 2005-ci il fevralın 12-də İqtisad Universitetinin bir qrup tələbəsi yaradıb. Təşkilatın ilk sədri Ramin Hacılı olub. 2006-2007-ci illərdə isə gənclərə Ülvi Həsənli rəhbərlik edib. Qurumun nizamnaməsinə görə, hər il qurultay keçirilməli və səsvermə yolu ilə sədr seçilməlidir.
Təşkilatın yeni sədri Vəfa Cəfərova «Bizim yol» qəzetində köşə yazıları ilə çıxış edir.
Mənbə: Media Forum
OL! Azərbaycan Gənclər Hərəkatı yeni sədrli Dalğaya növbəti bir ildə uğurlu fəaliyyət arzulayır.
"Dalğa" Gənclər Hərəkatına yeni sədr seçildi
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment