Sərhəddən kənar qaydalara qarşı

OL-çular Gürcüstanı fəth etdi

OL! Azərbaycan Gənclər Hərəkatı Gürcüstanın Kobuleti şəhərində keçirilmiş “Sərhədlər Xaricində” (Out of (B)order) adlı beynəlxalq yay düşərgəsində iştirak etmişdir. Düşərgədə 5 ölkədən aşağıdakı təşkilatlar iştirak etmişlər:
- Împreuna e.V. (Almaniya);
- Kultur Aktiv e.V (Almaniya);
- GFPS CZ (Çexiya);
- OL! Azərbaycan Gənclər Hərəkatı (Azərbaycan);
- Youth for Civic Development (Gürcüstan);
- Youth for Peace and Development (Ermənistan).

Ölkəmizi tədbirdə Adnan Hacızadə, Esmira Məmmədova, Əhliman Əliyev, Gövhər Yaqublu, Gülşən Aslanova, İsmayıl Yaqublu və Nicat Qarayev təmsil etmişlər.
Tədbirin məqsədi gənclərin mədəni və siyasi sərhədlər haqqında fikirlərini ifadə etməsinə, gərəksiz stereotipləri və sərhədləri aradan qaldırmağa cəhd etməsinə, bu barədə təqdimatlar və müzakirələr aparılmasına və bütün bunları rəsm, foto, teatr və video vasitələrlə ifadə edilməsinə şərait yaratmaq idi.
Proqrama müvafiq olaraq 4 işçi qrup (rəsm, video, foto və gözəgörünməz teatr) yaradılmış, bir həftə ərzində həmin qruplar öz üzərilərinə düşən vəzifəni yerinə yetirmiş və həftə sonunda işlərin nəticələrini təqdim etmişlər. Bundan əlavə hər ölkənin nümayəndələri növbə ilə ölkələrinin mədəniyyəti, tarixi, miqrasiya və viza sistemi və təmsil etdikləri təşkilatlar haqqında təqdimatlar keçirmək imkanı da qazanmışlar.
Proqrama uyğun olaraq iştirakçılar üçün Gürcüstanın müxtəlif maraqlı tarixi abidələrinə və digər görməli yerlərinə ekskursiya da təşkil olunmuşdur. Sonda layihənin davamı ola biləcək tədbirlər haqqında müzakirələr aparılmış, növbəti analoji düşərgənin bir ildən sonra Çexiyada keçirilməsi, şəbəkənin yaradılması və birlikdə digər layihələrin keçirilməsi haqqında qərarlar qəbul olunmuşdur.
Tədbirdən bəzi şəkillər:










5 comments:

Anonymous said...

sweet ((:

Adnan, xalaldi sene, работа кипит у тебя (:

Esmira

Anonymous said...

Sagol Esmira.

Anonymous said...

gorunur cox maraqli kecib,Azerbaycani Ol-un temsil etmasine sevindim.Shekiller de superdir,amma o ayaqlar kimlere mexsusdur?yoxsa o da internationaldir?:))

Anonymous said...

Ayaqlarin bezileri OL-chulara mexsusdur. Indi tapin gorek hansi ayaq kime mexsusdur :)))

Anonymous said...

"???" :))