Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi

EM XƏP Lot 5 (Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi) Lot 5 layihəsi tələbələr (bakalavriatura və magistratura pillələrində təhsil alanlar), tədqiqatçılar (doktorantura pilləsində təhsil alanlar və doktorantlar), akademik heyət, o cümlədən dövlət və özəl sektorun icraçıları üçün mobillik imkanları təqdim edir. Mövcud yerlərin xüsusi ehtiyacısosial-iqtisadi problemləri olan (valideynsiz, boşanmış və ya xəstə valideynləri olan, çox az gəliri olan və s.) tələbələrə hər bir namizədin məxsus olduğu kateqoriyaya uyğun çəki əmsallarından istifadə edilməklə şəffaf seçki prosesi əsasında qərəzsiz şəkildə paylanmasına üstünlük verilir. Ağır vəziyyətdə olan 24 nəfər qaçqın və digər tələbələr də proqramda iştirak etmək imkanına sahib olacaqlar. Buraya 3 ölkədən birinin vətəndaşı olan və beynəlxalq və ya qəbul edən Avropa dövlətlərindən birinin milli qanunvericiliyinə əsasən qaçqın statusu olan və ya sığınacaq hüququndan istifadə edən və ya irqi, etnik, dini, siyasi, gender mənsubiyyətinə və cinsi oriyentasiyasına görə Universitetdən əsassız olaraq xaric edildiyi sübut edilə bilən tələbələr də (bakalavr, magistr, aspirant və doktorant) aiddir. Layihənin aid olduğu hədəf qrupları haqqında ətraflı məlumatı aşağıdakı cədvəldən ala bilərsiniz.
Layihə Yunanıstanın Tessaloniki Aleksandr Texnoloji Təhsil İnstitutu tərəfindən koordinasiya edilir. O Azərbaycan, Ermənistan və Gürcüstanda yerləşən tərəfdaş 11 təsisat və digər orqanlara ünvanlanır. Azərbaycanda bu tərəfdaş Universitetlər aşağıdakılardır:
1. Azərbaycan Turizm İnstitutu. Ünvanı: Bakı ş., K. Rəhimov k., 822-23, AZ1072
www.tourism.edu.az.
2. Gəncə Dövlət Universiteti. Ünvan: Gəncə ş., Şah İsmayıl Xətai prospekti, AZ-2000
3. Xəzər Universiteti. Ünvanı: Bakı ş., Məhşəti k., AZ-1096.
www.khazar.org
AB-dən olan 6 tərəfdaş isə Portuqaliya, İtaliya, Fransa, Niderland, Latviya və Bolqarıstandan olacaqlar.
Cənubi Qafqazdan olan tələbə və tədqiqatçılar üçün təqaüdlər onların ixtisas dərəcələrindən asılı olaraq ayda 1000-1800 avro, AB-dən olan tələbə və tədqiqatçılar üçün isə 800-1800 avro arasındadır. Akademik heyət üçün aylıq dolanışıq üçün vəsait 2500 avrodur. Bütün təqaüdçülər təyyarə biletləri və sağlamlıq /qəza sığortaları ilə təmin olunacaqlar.
Namizədlərin seçimi 2007-ci ilin Oktyabr-Noyabr aylarında baş tutacaq və qonaq təsisatlarda qalma müddəti iki aydan iki ilə qədər olacaq (1/12/2007 - dən başlayaraq 2009-cu ilin Dekabrınadək).
Ərizələrin təqdim olunması üçün son tarixlər aşağıdakılardır:
1. Müəllim və bakalavriatura pilləsində təhsil alanlar üçün – 15/10/2007
2. Magistr, PhD tələbələri və doktorantlar üçün – 30/10/2007
Bütün ərizələr layihənin internet səhifəsi vasitəsilə təqdim olunmalıdır (
http://erasmusmundus5.teithe.gr). Hazırda Universitetdə qeydiyyatda olan ərizəçilər ərizənin nüsxəsini universitetin Beynəlxalq Əlaqələr Şöbəsinə də təqdim edəcəklər.
Konsorsiumun üzvləri, təklif olunan təhsil sahələri, seçim meyarları, qalma müddəti, o cümlədən seçki prosesi layihənin internet səhifəsində dərc olunacaq.
Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi haqqında daha ətraflı məlumat üçün bu səhifəyə daxil ola bilərsiniz.
http://eacea.ec.europa.eu/extcoop/call/index.htm

Layihənin hədəf Qrupları:

Hədəf Qrupu 1: Tərəfdaşlığın üzvləri olan Universitetlərdən birində (Azərbaycan Turizm İnstitutu, Gəncə Dövlət Universiteti və Xəzər Universiteti) qeydiyyatda olan tələbələr (bakalavr, magistr və aspirantlar), doktorantlar və elmi heyət.

Hədəf Qrupu 2: Azərbaycan, Ermənistan və Gürcüstan vətəndaşı olan, bu ölkələrin tərəfdaşlığa daxil olmayan hər hansı bir ali təhsil müəssisəsində qeydiyyatda olan (magistr, aspirant və doktorant dərəcəsi olan) və ya bu ölkələrin hər hansı bir İnstitutunda Universitet dərəcəsi və ya onun ekvivalentini əldə etmiş şəxslər. Buraya dövlət qulluğunda, dövlət və ya özəl şirkətlərdə çalışan Azərbaycan, Ermənistan və Gürcüstan vətəndaşlarının mobilik imkanları ilə təmin edilməsi daxildir.

Hədəf Qrupu 3: Azərbaycan, Ermənistan və Gürcüstanın xüsusi ağır vəziyyətdə olan vətəndaşları. Buraya 3 ölkədən birinin vətəndaşı olan və beynəlxalq və ya qəbul edən Avropa dövlətlərindən birinin milli qanunvericiliyinə əsasən qaçqın statusu olan və ya sığınacaq hüququndan istifadə edən və ya irqi, etnik, dini, siyasi, gender mənsubiyyətinə və cinsi oriyentasiyasına görə Universitetdən əsassız olaraq xaric edildiyi sübut edilə bilən tələbələrin hərəkəti (bakalavr, magistr, aspirant və doktorant) aiddir.

2 comments:

Anonymous said...

OL ne demekdi?

Anonymous said...

Ol azerbaycan dilinde feildir. Mechul halda "olmaq" kimi seslenir. Teshkilatimizin shuarlarinda tez-tez rast gelinir.. Azad OL!, Demokratik OL! ve s. Bu bloqda OL!-haqqda tam melumat var, tanish ola bilersiniz.