Ayağa Qalx və Sözünü De!

17 oktyabr, 2007 – OL! Azərbaycan Gənclər Hərəkatı 17 Oktyabr Yoxsulluğa qarşı Mübarizədə Qlobal Səfərbərlik Günü münasibətilə Minilliyin İnkişaf Məqsədləri (MİM) və onlara nail olunması naminə həyata keçirilən “Stand Up and Speak Out!” (Ayağa Qalx və Sözünü De!) kampaniyası haqqında təqdimat keçirdi. Tədbirin birinci hissəsində yoxsulluqla mübarizə və MİM uğrunda aparılan bu kampaniya haqqında təqdimat edildi və videoçarxlar nümayiş etdirildi, MİM məqsədləri haqqında məlumat verildi. İkinci hissədə isə Azərbaycanda MİM-nə nail olunması yolunda hansı işlərin görülməsinə dair müzakirələr aparıldı və təklif və ideyalar irəli sürüldü. Bu təkliflər ətrafında müzakirələr aparıldıqdan sonra onların bəzilərinin həyata keçirilməsi qərara alındı:
- Əsas hədəf kimi 2008-ci il, 17 oktyabrda 200 nəfərin iştirakı edəcəyi Stand Up and Speak Out kampaniyasına dəstək verən aksiyanın keçirilməsi;
- Növbəti bir il ərzində Minilliyin İnkişaf Məqsədləri haqqında televiziya layihəsinin hazırlanması və sosial reklamların çəkilməsi;
- BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edərək, ekspertlərin köməyilə bu istiqamətdə maarifləndirici xarakter daşıyan tədbirlərin keçirilməsi.



No comments: