San Fransiskodan Berkliyə gedən yol

Ön söz:

Hal-hazırda bir-neçə OLçu uzaqda olmalarına baxmayaraq, ürəklərilə bizimlədirlər. Bunu nümayiş etdirmək üçün onlar bloqumuz üçün yazılar yazmaq qərarına gəliblər. Bu dəfə bu təşəbbüsü Arslan İbrahimi öz üzərinə götürdü. Nəzərinizə çatdırak ki, Arslan keçən ilin avqustundan ABŞ-ın Kaliforniya ştatında yerləşən Berkli şəhərinin tanınmış universitetində təhsil alır.

Körpülər diyarı

San Fransisko - Kalifornia ştatının böyüklüyünə görə, dördüncü sıxlığına görə isə ikinci şəhəridir. Şəhərə katolik dünyasının ilahilərindən birinin adı verilsə də, heç də ilahi həyat tərzinə malik olan bir şəhər deyil. 1776-cı ildə ispanların tərəfindən əsası qoyulmuş bu şəhər, sonradan 1848-ci ildə “qızıl ovu” (The Gold Rush) və 1906-ci ildə zəlzələ yaşamışdır.

San Fransisko özünün parkları, “Golden Gate Park”, “Elsalito”, “Chinatown” və ən əsas “Golden Gate Bridge” ilə məşhurdur.

“Golden Gate Bridge” körpüsü inşa edildiyi zaman dövrünün ən uzun asılqan körpüsü olmuşdur. Körpü həmçinin dünyada ən çox suiqəsd edilən yerlərdən biridir. Bədbəxt hadisələrin sayı 2000-ə yaxındır. Dörd il ərzində tikilmiş bu körpü günə 100 min nəqliyyat vasitəsinə qulluq edir. Körpüyə giriş 4-6 dollardır. İllik körpünün saxlanılmasına isə1 milyon dollardan çox vəsait sərf olunur.

Qeyd etmək lazımdır ki, şəhərin coğrafiyası mürəkkəb olduğundan San Fransiskoda iyirmiyə yaxın körpü inşa edilmişdir.


Kinoulduz şəhər

Birçoxlarınızın izlədiyi, Nikolas Keyc və Şon Konnerinin iştirakı ilə çəkilən “Qaya” (The Rock) filmində göstərilən “Alcatraz” türməsi bü şəhərdə yerləşir.

“Alcatraz” – hərbi türmə kimi fəaliyyət göstərmişdir. Ona məşhurluq gətirən faktorlardan biri odur ki, onun fəalliyəti zamanı heç bir məhbusun oradan qaça bilməmişdir. Dövrünun bir çox təhlükəli insanları bu həbsxanada saxlanılmışlar, onlardan ən “məşhuru” sözsüz ki, Al Kaponedir. Hal hazırda 18 dollara bilet alıb Al Koponenin qaldığı kameraya və bütün adaya gəzintiyə gedə bilərsiniz.

Ölməz Alfred Hiçkok (Alfred Hitchcock) San Fransiskonu çox sevirdi, o, filmlərinin bir çoxunu məhz bu şəhərdə çəkmisdir. Şəhər Hiçkokun yaşadığı dövrdən dəyişsə də, amma, hələ də öz cazibədarlığını saxlamaqdadır.


Turistlər üçün qeyd

1975-ci ildə tikilmiş “The United National Plaza”, yaxınlıqda yerləşən eyni adlı park və “Civic Center”, San Fransiskonun mərkəzindədir. Bu parkda dünya dövlətlərinin BMT-yə üzv olduğu illər qeydə alınmış sütünlar var. Azərbaycanlı turistlər də həmçinin sütunların birində ölkəmizin adını tapa bilərlər.

San Fransiskonun əsas gəlir mənbəyi turizmdir, turistlərin qəbul sayına görə Amerikanın beşinci şəhəridir. Turizm şəhər büdcəsinə hər il 7,5 milyard dollar gəlir gətirir.


Nəqliyyat

ABŞ-ı Avropadan fərqəndirən əsas cəhətlərdən biri də ictimai nəqliyyatın geniş vüsət almamasadır. Lakin San Fransisko bu baxımdan digər ABŞ şəhərlərindən fərqlənir. Şəhəri Los Anceles ilə müqayisə etsək görərik ki, San Fransiskonun ictimai nəqliyyat sistemi Los Ancelesdən 40% üstündür və şərq sahildə (West Coast) birinci yerdədir.

Ümumiyyətlə, ABŞ Avropadakı sosial istiqamətli qurulmuş həyatdan uzaqdır. Gündəlik həyatın cərəyanı daha yüksək templi, insanların isə daha istiqanlı olduğunu görə bilərik.


İdman həyatı

San Fransiskonun fəxri olan üç idman klubu var. Bunlar uyğun olaraq beyzbol, futbol və basketbol liqalarında çıxış edən “San Fransisko Giants”, “San Fransisko 49ers” və “Golden State Wariors”dur

Onu da qeyd edim ki, dünya basketbol tarixinin unudulmaz simalarından biri - Uilt Çemberlen (Wilton Norman "Wilt" Chamberlain) karyerasının bir qismini “Golden State Wariors”da keçirmişdir. Onun 1961/62-ci il mövsümündə bir oyun ərzində göstərdiyi 100 xallıq göstərici hələ də əlçatmaz olaraq qalır.


Azad düşüncə şəhəri

Berkli San Fransiskodan 25 dəqiqəlikdə yerləşən şəhərdir. Bu şəhər bir çox azad düşüncə və xaotik azadlıq ruhlu insanların toplaşdığı bir yerdir. Ümumdünya hippi cərəyanı məhz buradan başlamışdır. Onların 1969-cu il manifesti Berklidən başlamış və bütün ABŞ-ı bürümüşdür.

Bu manifest dövrün çağırışını, azad düşüncə tərzini, Vyetnam müharibəsinə etiraz və cəmiyyətdəki sosial problemləri bir yerə toplayan bir etiraz cərəyanı idi. (Bob Marley- Redemption song). Berklidə yerləşən məşhur “Telegraph Street” hippilərin paytaxtı sayılır.

Hər il minlərlə hippi burada toplaşıb 1969-cu il hadisələrini qeyd edirlər. “Forest Gump” filmi bu hadisələri qismən əhatə edir.


Berkli Universiteti (Berkeley University) – ixtiralar məkanı

Bu şəhərdə dünyada dəqiq elmlər və təbiət elməri ilə məşhur olan Berkli Universiteti yerləsir. Universitetin əsası 1868-cı ildə qoyulmuşdur. Maraqlı məqamlardan biri odur ki, Mendeleyev cədvəlində olan elemetlerden biri Berklinin şərəfinə adlandırılmışdır. Bu universitetin illik büdcəsi 3 milyard dollardır.

Berkli Universiteti ABŞ dövlət universitetləri reytinqində birincidir. Bir çox alim ve nobel mükafatı laureatları Berkli universitetində çalışmışlar. Bunların sırasında ikinci dünya müharibəsi zamanı atom bombasını ixtira edənlərdən biri Robert Openhaymer da var. Berkeley Universiteti 49 nobel mükafatçısının elmi fəaliyyət məkanı olmuşdur. Eyni zamanda “Microsoft Windows” operativ sistemin rəqibi olan LINUX Berklidə yaradılmışdır.


Universitetin tanınmış məzunları

Həmyerlimiz, professor Lütfi Zadə də Berkli Universitetinin dörd fəxri üzvündən biridir. Yeni seçilmiş ABŞ prezidenti Barak Obama yeni administrasiyasına bu universitetindən iki professoru cəlb edib. Onlardan biri Energetika Naziri təyin edilmiş Striven Çu 1997-ci il fizika üzrə nobel mükafatçısıdır.

Ben Aflek və Vupi Qoldberq kimi holivud ulduzları, Billi Co Armstrong və Tre Kul (“Green Day” rock grupu), yazıçı Alen Qinsberq və bir çoxları Berkli Universitetinin məzunlarıdır.

Universitetdə Dalay Lama, Henri Kisincer kimi insanların mühazirələri olur. Berkli təhsil həyatı, daimi yeniləşmə və informasiya axınından ibarətdir. Müzakirələr Berklinin tələbə cəmiyyətlərinin əsas fəaliyyət istiqamətləridir.


Ayılar, irəli!

Berkli Universitetin rəsmi rəmzi ayıdır. Universitet gündəliyinin ən vacib günlərindən biri əzəli rəqib Stənford universiteti ilə keçirilən futbol oyunudur. Bu ilki oyun “Ayılar”ın 37 -16 qələbəsi ilə nəticələnmişdi. Oyundan öncə bütün şəhər canlanır, hər bir küçədə və hər bir tələbə yataqxanasında “pivə yağışı” yağır. İstənilən şəxs asanlıqla “GO BEARS” deyib partiyə daxil ola bilər.


Qəbul üçün tələblər

“University of California Berkeley”in bakalavr pilləsinə daxil olmaq üçün aşağıdakılar lazımdır:
Orta qiymət: 3,5/7, Toefl: 95-100, SAT: reading 600 minimum, math 650 minimum, writing 600.

Nəzərinizə çatdırım ki, məktəb zamanı, olimpiyadalarda qazanılan hər bir medal, iştirak etdiyiniz və ya işlədiyiniz sahə üzrə təcrübə şərt olmasa da, mühüm rol oynayır.

Magistraturaya daxil olmaq üçüncə fakültədən asılı olaraq şərtlər dəyişir. Ətraflı məlumat əldə etmət üçün Berkli universitetinin vebsəhifəsinə daxil ola bilərsiniz. www.berkeley.edu


Ən sonda…

“What is mind? No matter. What is matter? Never mind.”
George Berkeley


Arslan İbrahimi
Kaliforniya, ABŞ

3 comments:

Anonymous said...

Ümid edək ki, bu qaqaşın Berkleydə təhsil almasının Azərbaycana müsbət dəyişiklik gətirəcək.

RB said...
This comment has been removed by the author.
RB said...

Getirecek... bezilerin menasiz kommentlerinden ferqli olaraq.

Arslan yaxshi meqaledir. Bir az telebe heyatindan da yazsaydin daha da maraqli olardi.

Rashid