OL-çuların oxuduqları, seyr etdikləri və dinlədikləri

Tərcihlərimiz (Fevral, 2009)

Əvvəlki tərcihlərə burada baxa bilərsiniz.

2009-cu il Fevral ayı üçün OL! Azərbaycan Gənclər Hərəkatının tərcihlərini fəalımız Olqa Breqvadze təqdim edir:




Kitablar.

- "Çərpələngçi". Xalid Hüseyni. Roman Əfqanistanın ən yeni tarixini Amir adlı bir gəncin gözü ilə təsvir edir.

- "İldırımın sədası". Rey Bredberi. Əsərin qəhrəmanı "zaman makinasının" köməyi ilə keçmişə dinazavr ovuna yollanır. Keçmişdə yolunu azmış ovçu təsadüf nəticəsində nadir kəpənəyi məhv edir və bununla bəşəriyyətin tarixinin kursunu dəyişdirir. Məşhur "kəpənək effekti" məhz bu əsərdə ilk dəfə işlədilib.

- "Azərbaycan Gündəlyi". Tomas Qoltz. Qafqaz regionu üzrə tanınmış regionşünasın gördükləri.

- "Prestij". Kristofer Prist. İllizionistlərin həyatı və rəqabətləri haqqında.

- "Mən, sən, O və telefon". Anar


Filmlər.

- "İşıqlıdır". Lev Şreyber (2005). Holokost zamanı yahudi babasını xilas etmiş qadını tapmaq üçün, filmin baş qəhrəmanı Ukraynaya yollanır. Bu səyahət zamanı onun həyatı dəyişir.

- "Founun Labirinti". Quelermo del Toro (2006). 1944-cu ildə İspaniyada vətəndaş müharibəsinin və Franko rejiminin acı həqiqətlərindən qaçmaq üçün körpə Ofelia reallığı öz xəyalları ilə əvəz edir.

- "Əjdahanı öldürmək". Mark Zaxarov (1988). Səyyah-cəngavər olan Lanselot kiçik şəhərə qonaq olur. Həmin şəhərə 400 il ərzində zülmkar əjdaha rəhbərlik edir. Lanselot əjdahanı öldürür lakin şəhərin sakinləri hərəsi öz içindəki əjdahanı öldürməkdən hələ də qorxur.

- "Babil". Alehandro Qonzalez İnaritu (2006). Meksika, ABŞ, Yaponiya və Morokkoda baş verən hadisələr bir neçə qrup insanın tale yollarını kəsişdirir

- "Admiral". Anderey Krafçul (2008). Rusiyanın Sakit Okean donamması haqqında tarixi-bədii film.


Musiqi.

- "Wind of Changes", Scorpions

- "Nothing Else Matters", Metallica

- "Scientists", Coldplay

- "Городок", Анжелика Варум

- "7 seconds", Youssou N'Dour & Neneh Cherry


Tərcihlərimizə əlavələr və məsləhətliriniz varsa bu posta şərh şəkilində yazın

4 comments:

Anonymous said...

Siz bura bunları yazmısınız, indi demək istəyirsiniz ki, bu kitabların hamısını oxumusuz özünüz?

Anonymous said...

Beli, oxumushug.
Bashga sual olacaq?

Orkhan said...

Dostlar, sizin bloqunuzu çox bəyənsəm də buradakı "aqressiyalı" şərhlərdən bezmməyə başlamışam. Mənə maraqlıdır, nəyə görə bəziləri sizin fəaliyyətinizə dırnaq-arası və bir növ yuxarıdan aşağı baxır?! Ya bu qısqanclıq hissidir?!
Anlamıram.. Lakin, siz fikir verməyin. Fəaliyyətdə olun! ;)

Uğurlar! )

Adnan Hajizada said...

Orxan, bu paxilliq hissidir.