"OL"un yaranma “mif”i

2005-ci ilin noyabrın 17-si. Milli Dirçəliş günü. Bu gün münasibətilə 11 dost gənc Dağüstü parka toplaşmışdılar. Bəziləri cəmi bir neçə ay, bəziləri isə bir neçə il idi tanış, dost idilər. Hələ nə qədər dostluq edəcəkləri məlum deyildi. Amma bir şey dəqiq idi. Bu görüşdə yeni təşkilatın yaranması ideyası səsləndi:

- Uşaqlar, hər birimizin ölkəmiz üçün nəsə etmək istəyi olması sual doğurmur. Belə bir gündə belə bir yerdə toplaşmağımız buna nümumədir. Hər birimiz ölkəmizin inkişafına nə iləsə tövhə vermək istəyirik. Gəlin fikirləşək nə edə bilərik. Çünki, gözlərimizdən görsənir ki, hərəkətsizlik bizlik deyil.

- Təklif edirəm hər kəs öz ətrafı ilə işləsin. Onları önəm verdiyimiz dəyərlər haqqında məlumatlandırsın. Ölkəmizi daha hərtərəfli müasir etmək üçün əlindən gələn hər şeyi etməyə hazır olan insanları tapsın. Sayımızı artıraq.

- Belə insanları sayı çox deyil. Bu cür insanları barmaqla saymaq olar. İnsanlar pul qazanır, xaricə köçmək üçün can atır, təhsil alaraq beynəlxalq korporasiyalarda ömürlük işlə təmin olunmaqları istəyir. Bu cür insanlar öz vaxtlarından 10 dq-də cəmiyyəti dəyişmək ideyasına həsr etməzlər.

- Gözümüzün önündə 4-5 gənclər təşkilatı var. Gəlin onlardan birinə üzv olaq və o təşkilatlara nəsə etməyə kömək edək.

- Mən bu təşkilatların hər birini tanıyıram. Onların birinə üzv olmaq fikri beynimdə var idi. Amma, özümü tam rahat hiss edə bilmirəm onlarla. Özümü yalnız sizlərlə rahat hiss edirəm. Bilirəm ki, mənim kimi düşünürsünüz... Özümüz təşkilat nə üçün yaratmayaq?

- Təşkilat? Bu axı çətindir... Çoxlu insan, vaxt və pul lazımdır... Mən də hansısa gənclər təşkilatına qoşulmağımızı təklif edirəm.

- Təşkilatın yaranması yalnız bizdən asılıdır. Bu sizə mümkünsüz görsənməsin. İndiyədək yaranan təşkilatların yaradıcılarından əskik deyilik. Özünüzə inanın. Vaxt gələcək hər biriniz bu cəmiyyətdə nüfuzlu söz sahibi olacaqsınız. Amma hal-hazırda bizə istək lazımdır. Bu istək olsa biz birlikdə hər şeyə nail ola bilərik. İstək olmasa, nə qədər ağıllı, bacarıqlı, pullu olacağımızın heç bir əhəmiyyət kəsb etmiyəcək. Əsas istəkdir. Bu təşkilat yaradılmasında ən vacib resursdur. Digər resurslar öz-özünə gələcək...

Yerdən bir səs:

- Cəhd etməyə dəyər. Hər halda burda toplaşan uşaqlar adi gənclər deyil. Mən təşkilat yaratmaq ideyasını bəyənirəm və mənə düşən hər bir vəzifəni həyata keçirməyə hazıram.

- Digərləri nə düşünür?..

***

8 gün sonra. Həmin 11 gəncdən birinin evində çay toplantısı oldu.

- Təşkilatın məqsədi təxminən məlumdur. Cəmiyyəti maarifləndirərək dəyişmək. Gənclərə indiyədək eşitmədiyi fikirləri, ideyaları səsləndirmək. Onların demokratik düşüncə tərzinə sahib olmalarına kömək etmək. Fərdi inkişaflarına dəstək vermək.

- Ay kişi, demokratiyadan danışırsan, amma, bizim söz demək hüququmuzu məhdudlaşdırırsan. İmkan ver biz də danışaq da... Səhərdən nə qədər danışmaq olar? (Gülür)

- Bağışlayın uşaqlar... Sadəcə beynimdə o qədər ideya var ki, onların unutmaqdan qorxuram...

- Hamımız indi ideyalarla alışıb yanırıq. Gəlin texniki məsələləri unutmayaq. Bu texniki məsələlər həll olunmasa təşkilat necə yaranacaq?

- Day demə... Təşkilatın adı nə olacaq? Manifestimizi kim yazacaq? Loqotipimizi kim hazırlayacaq? Yeni üzvləri necə tapacayıq? İdeyalarımızı yaymaq üçün nə tədbirlər edəcəyik?

- Tapdım! Azərbaycan Gənc Liderlərin Maarifləndirmə və İnkişaf Cəmiyyəti – AGLMİC!!!

- Yox bir! Avstraliya Meşələrinin Yanması Əleyhinə Səfərbər Olunmuş Gənc Hüquq Müdafiəçilərin Təşəbbüs Cəmiyyəti. Yekə kişisən bundan uzun ad tapa bilmirdin?

- OL...

- Nə?

- OL!

- OL nə deməkdir? Açılışı nədir? Olimpik Lion? (gülür)

- Xeyr. Sadəcə OL!... Hmm... Yəni - Azad OL!, Demokratik OL!, Tolerant OL!

***

Ad məsələsi həll demək olar ki həll olunmuşdu. Sadəcə təsis yığıncağında bu adı yenidən səsləndirməli və əksəriyyətin razılığını almaq lazım idi.

Növbəti həftələrdə biz digər məsələlərin üzərində intensiv işləməli idik. Manifest, Nizamnamə, Loqotip, Davranış Kodeksi, təşkilatın rəngi və s. Təsis yığıncağına qədər bütün bunların qaralama versiyasını hazırlamaq lazım idi.

Yeni üzvlər cəlb etmək üçün hər gün çoxlu görüşlər keçirirdik. Biz liderlik xüsusiyyəti olan gənclər axtarırdıq. Buna görə də çox böyük axtarışda idik. 2006-cı ilin fevral ayınnın 11-i keçiriləcək təsisə toplantısına qədər 11 nəfər gəncə daha 11-i qoşuldu. İclas 22 nəfərin iştirakı ilə keçirildi və həmin gün OL! Azərbaycan Gənclər Hərəkatının əsası qoyuldu.


OL! AGH-nin ilk toplantılarının birindən sonra (fevral, 2006)

Fəaliyyətimizin son 3 ilində nəyə nail olmağımız haqqında danışmaq doğru olmazdı. Bu qıraqdan daha aydın görsənir. Amma qıraqdan görsənməyən vacib məqamı qeyd etmiyə bilmərəm. OLçular OL-a çox vaxt sərf etmirlər. Daha doğrusu edə bilmirlər. Ona görə yox ki, OL onlar üçün əhəmiyyətli deyil. Ona görə ki, onların hər hər biri kifayət qədər nailiyyət əldə ediblər və şəxsi həyatlarında uğur qazanmağa davam edirlər. OLun başlıca məqsədi məhz bu idi. Hər bir üzvünün, hər bir Azərbaycan gəncinin fərdi inkişafına nail olmaq.

3 il ərzində OLun daxilində çox şey baş verdi. Ailə həyatı quranlar, əsgərliyə gedib gələnlər, hələ də əsgərlikdə olanlar, xaricə təhsil almağa gedib gələnlər, hələ də təhsillərini davam edənlər...

Amma harada olmağımızdan asılı olmayaraq, biz OLçuyuq və prinsiplərimizdən dönən deyilik!

...və hər zaman üçün dəyişilməz şüarımız var – Dəyişiklik görmək istəyirsənsə, dəyişikliyin önündə OL!

Vüqar Salamlı

7 comments:

Anonymous said...

OL-un neyinki yaranmasi onun fealiyyeti de bir mifdir. OL mifik bir teshkilatdir... 3 ildir movcuddur ne movqeyleri var ne fealiyyeti, bir dene press-konfrans etmiyibler ki, biz bilek camahatdan ne isteyirler bunlar. OL ancaq onun sedrinin virtual aleminde movcuddur. Amma Dalgha kuchelerdedir...

nitroglycerine said...
This comment has been removed by the author.
Anonymous said...

Hormetli adi melum olmayan dost,

Tenqidinizi konstruktiv niyyetle yazmisinizsa, zehmet olmasa size unvanlayacagim suallara cavab verin. Vermesez de caniniz sag olsun.

Suallar:

0. Mumkunse adinizi qeyd edin. Sheffafliq chox onemli meyardir. Adini qizleden shexsler hech vaxt inam qazana bilmezler.

1. OLun movqeyi yoxdur deyende ne nezerde tutursunuz? (OLun movqeyini bloqumuzun yuxari sag kuncunde yerleshen "manifest" duymesine basaraq oyrene bilersiniz)

2. OLun fealiyyeti yoxdur deyende ne nezerde tutursunuz? (OLun fealiyyetini gormek ucun bloqumuzun yuxari sag kuncunde yerleshen "tedbirler" duymesine basaraq oyrene bilersiniz)

3. Pres-konfrans elememishik? Duzdur! Elememishik ve hech vaxt etmiyeceyik. Biz bu kohnelmish metodlardan istifade etmek fikrinde deyilik ve hech vaxt olmamishiq :)

4. OL-un sedri? Kimdir o sedr? Adini deye bilersiniz? OL yaranan gunden OLda sedr deyilen shey olmayib.

5. Dalgani numune gosterirsiniz. Dalgadan bize ne? Dalga bir teshkilatdir, biz ayri. Bir birimize benzemeye ehtiyac gormuruk.

Hormetle,

Vuqar Salamli

Adnan Hajizada said...

Vüqarın yazdıqlar +1

Anonymous said...

Duz deyirsen, Dalga kuchelerdedir ve kuchelerde de qalacaq. 89-cu ilden beri basha dushmediz ki kuchelerde tarixi deyishmek mumkun deyil, beyinlerde deyishmek lazimdir. Ona gore Dalga goy kuchelerde oz PR-ini aparsin, hami da desin ki "bomba ushaglardi, gor nece ayaglalin butun Torgovini gezdiler", OL ise insanlarla ishlesin, onlara yeni ideyalar chatdirsin...

P.S. Men OL-un uzvu deyilem, amma kimin kim oldugunu yaxshi bilirem...

Anonymous said...

Maraqlıdır, hamısı maraqlıdır... Amma, Dalğa ilə OL!u eyni müstəviyə qoymasaq daha maraqlı olacaq :)

Elşən Poladlı

Anonymous said...

Kimse ve ya kimlerse "Dalga" ile "Ol!"u qarshi-qarshiya qoymaqda maraqlidir. Chunki her iki teshkilatin kifayet qeder ehemiyyetli potensiali var. Bu ise kimlerise qorxudur, onlari qiciqlandirir. Chox umid edirem ki, her iki teshkilatin uzvleri bunu aydin gore bilecek ve texribat, aravurma xarakterli addimlarin feline getmeyecekler.

Hem "OL!", hem de "Dalga" eyni niyyetle ferqli yollarla mubarize aparirlar ki, bu da neinki pis deyil, hetta hox teqdir olunasi bir meqamdir.

Her iki teshkilata,eyni zamanda butun AZAD ve MUBARIZ insanlara ugurlar!

Hormetle, Shehriyar.