OL! 3 yaşını qeyd etdi

OL! Azərbaycan Gənclər Hərəkatı 3 yaşını qeyd etdi. Bu münasibətlə təşkil olunan ad günü partisinə gənclər təşkilatlarının nümayəndələri və dostlarımız qatıldı. “Məhəbbət, yoxsa nifrət?” şüarı altında keçirilən partidə 150-yə yaxın gənc iştirak edirdi.

Onlar girişdə qurulmuş, “Məhəbbəti” və “Nifrəti” əks etdirən şəkilə baxaraq, bu iki simvoldan birinə səs verdilər. Məqsəd gənclərin hansı hissə daha yaxın olduğunu öyrənmək idi. Parti zamanı müxtəlij janrlarda musiqi sədaları altında rəqs edən gənclər eyni zamanda “OZAN” Rok qrupunun canlı rok musiqilərindən zövq aldılar.

“Məhəbbət və ya Nifrət” səsverməsinin nəticələri də bu zaman elan edildi. Məlum oldu ki, iştirak edən gənclərin 63 faizi “Məhəbbət” kartını seçib. Qutudan çıxan qara və qırmızı rəngli kartları sayan könüllülər 48 nəfərin “Nifrət”ə, 80 nəfərin isə “Məhəbbət”ə səs verdiyini müəyyənləşdirdi. Məhəbbətin qələbə çalma xəbərini gənclər xüsusi coşğu ilə qarşıladılar.

Partidə çıxış edən dostlarımız, Dağla Gənclər Hərəkatından Elşən Poladlı və AN Şəbəkəsinin nümayəndəsi Rəşad Elli OL! Hərəkatına arzularını bildirdilər. Bununla bərabər gənclər arasında tanınmış Şirbənd hip-hop qrupu hədiyyə olaraq OL-a həsr edilmiş mahnını ifa etdi.

Aşağıdakı linklər vasitəsilə partidən olan digər şəkilləri görə bilərsiniz.

OL! Party 1

OL! Party 2

2 comments:

viagra online said...

ups sorry delete plz nlar girişdə qurulmuş, “Məhəbbəti” və “Nifrəti” əks etdirən şəkilə baxaraq, bu iki simvoldan birinə səs verdilər. Məqsəd gənclərin hansı hissə daha yaxın olduğunu öyrənmək idi. Parti zamanı müxtəlij janrlarda musiqi sədaları altında rə

viagra online said...

birinə səs verdilər. Məqsəd gənclərin hansı hissə daha yaxın olduğunu öyrənmək idi. Parti zamanı müxtəlij janrlarda musiqi sədaları altında rə