OL-un IV İdarə Heyəti seçildi

Mart ayının 18-indən 21-nə qədər OL! Azərbaycan Gənclər Hərəkatının İdarə Heyətinə seçkilər keçirilmişdir. Təşkilatdaxili qaydalara görə namizədliyi irəli sürülmüş şəxslər səs hüququ malik olan insanların yarıdan çoxunun səslərini toplaması kifayətdir ki, onlar İdarə Heyətinin üzvü təsdiq edilsinlər. Səsələrin sayılması prosesisini 3 nəfərdən ibarət seçki komissiyası tərəfindən həyata keçirirdi. OL! Seçki komisiyyasının üzvləri Ənvər Bagiyev, Olqa Breqvadze və Mina Hüseynova idilər. Onların açıqladığı məlumata görə, səs hüququna malik olan 22 nəfərdən 21-inin seçkilərdə iştirakı nəticəsində İdarə Heyətinə namizədlər aşağıdakı səsləri topladılar:

Namizədin adı və soyadı Lehinə Bitərəf Əlehinə Faiz
Adnan Hacızadə19 səs2 səs0 səs90%
Esmira Məmmədova15 səs3 səs3 səs71%
Pərvanə Persiani18 səs2 səs1 səs86%
Rəşadət Axundov15 səs2 səs4 səs71%
Ruslan Əsədov17 səs3 səs1 səs81%
Turqut Qəmbər15 səs2 səs4 səs71%
Vüqar Salamlı18 səs1 səs2 səs86%

Beləliklə seçkilərdə namizədlərin hər biri seçkidə iştirak edən insanların yarıdan çoxunun səsini toplayaraq İdarə Heyətinin üzvü seçildilər. Yeni İdarə Heyətinin növbəti 1 il ərzində təşkilata rəhbərlik edəcəkdir.

Nəzərinizə çatdıraq ki, bu hərəkatın sayca 4-cü İdarə Heyətidir. İndiyədək təşkilata rəhbərlik edən İdarə Heyətləri aşağıdakı kimi olmuşdur:

Fevral, 2006 – May, 2006
Təşkilat ümumi yığıncaq tərəfindən idarə olunub.

May, 2006 – Fevral, 2007
I İdarə Heyəti (9 nəfər): Adnan Hacızadə, Ayan Aşurlu, Gülşən Aslanova, Humay Quliyeva, Leyla Məmmədova, Nərgiz Kişiyeva, Rəşadət Axundov, Ruslan Əsədov, Vüqar Salamlı

Fevral, 2007 – Oktyabr, 2007
II İdarə Heyəti (7 nəfər): Adnan Hacızadə, Ayan Aşurlu, Gülşən Aslanova, Ruslan Əsədov, Sevda Cəfərzadə, Vüqar Salamlı, Ziya Fətəliyev

Oktyabr, 2007 – Oktyabr, 2008
III İdarə Heyəti (5 nəfər): Munir Məmmədov, Nigar Əliyeva, Vüqar Salamlı, Zaur Əliyev, Zaur Zamanov

Oktyabr, 2008 – Mart, 2009
Təşkilat ümumi yığıncaq tərəfindən idarə olunub.

Mart, 2009 – Fevral, 2010
IV İdarə Heyəti (7 nəfər): Adnan Hacızadə, Esmira Məmmədova, Pərvanə Persiani, Rəşadət Axundov, Ruslan Əsədov, Turqut Qəmbər, Vüqar Salamlı

5 comments:

Ilkin said...

təbriklər, uşşaqlar. çox gözəl seçimlərdi. əminəm ki bu İdarə Heyyəti effektiv işləyəcək.

Orxan said...

Seçilənləri təbrik edirəm. Ümid edirəm və mənə elə gəlir ki, seçilənlərin hər biri layiq idi.
Amma 1məqamı qeyd etmək istərdim- Vüqar 4cü dəfədir ki, seçilirsən, belə olmaz axıı :)), limit qoyun daa :)). Təbii ki, bu zarafatdı, layiqsənsə tələb olunan olunan qədər seçilə bilərsən.

Anonymous said...

Azərbaycanda bütün limitlər qaldırılır.

Anonymous said...

Təbriklər!
Yorulmayasınız!
Bol-bol kreativ fikirlər, effektiv tədbirlər, lazımlı işlər arzu edirəm :)

Anonymous said...

saol brat