Mart ayının 18-indən 21-nə qədər OL! Azərbaycan Gənclər Hərəkatının İdarə Heyətinə seçkilər keçirilmişdir. Təşkilatdaxili qaydalara görə namizədliyi irəli sürülmüş şəxslər səs hüququ malik olan insanların yarıdan çoxunun səslərini toplaması kifayətdir ki, onlar İdarə Heyətinin üzvü təsdiq edilsinlər. Səsələrin sayılması prosesisini 3 nəfərdən ibarət seçki komissiyası tərəfindən həyata keçirirdi. OL! Seçki komisiyyasının üzvləri Ənvər Bagiyev, Olqa Breqvadze və Mina Hüseynova idilər. Onların açıqladığı məlumata görə, səs hüququna malik olan 22 nəfərdən 21-inin seçkilərdə iştirakı nəticəsində İdarə Heyətinə namizədlər aşağıdakı səsləri topladılar:
Namizədin adı və soyadı | Lehinə | Bitərəf | Əlehinə | Faiz |
Adnan Hacızadə | 19 səs | 2 səs | 0 səs | 90% |
Esmira Məmmədova | 15 səs | 3 səs | 3 səs | 71% |
Pərvanə Persiani | 18 səs | 2 səs | 1 səs | 86% |
Rəşadət Axundov | 15 səs | 2 səs | 4 səs | 71% |
Ruslan Əsədov | 17 səs | 3 səs | 1 səs | 81% |
Turqut Qəmbər | 15 səs | 2 səs | 4 səs | 71% |
Vüqar Salamlı | 18 səs | 1 səs | 2 səs | 86% |
Beləliklə seçkilərdə namizədlərin hər biri seçkidə iştirak edən insanların yarıdan çoxunun səsini toplayaraq İdarə Heyətinin üzvü seçildilər. Yeni İdarə Heyətinin növbəti 1 il ərzində təşkilata rəhbərlik edəcəkdir.
Nəzərinizə çatdıraq ki, bu hərəkatın sayca 4-cü İdarə Heyətidir. İndiyədək təşkilata rəhbərlik edən İdarə Heyətləri aşağıdakı kimi olmuşdur:
Fevral, 2006 – May, 2006
Təşkilat ümumi yığıncaq tərəfindən idarə olunub.
May, 2006 – Fevral, 2007
I İdarə Heyəti (9 nəfər): Adnan Hacızadə, Ayan Aşurlu, Gülşən Aslanova, Humay Quliyeva, Leyla Məmmədova, Nərgiz Kişiyeva, Rəşadət Axundov, Ruslan Əsədov, Vüqar Salamlı
Fevral, 2007 – Oktyabr, 2007
II İdarə Heyəti (7 nəfər): Adnan Hacızadə, Ayan Aşurlu, Gülşən Aslanova, Ruslan Əsədov, Sevda Cəfərzadə, Vüqar Salamlı, Ziya Fətəliyev
Oktyabr, 2007 – Oktyabr, 2008
III İdarə Heyəti (5 nəfər): Munir Məmmədov, Nigar Əliyeva, Vüqar Salamlı, Zaur Əliyev, Zaur Zamanov
Oktyabr, 2008 – Mart, 2009
Təşkilat ümumi yığıncaq tərəfindən idarə olunub.
Mart, 2009 – Fevral, 2010
IV İdarə Heyəti (7 nəfər): Adnan Hacızadə, Esmira Məmmədova, Pərvanə Persiani, Rəşadət Axundov, Ruslan Əsədov, Turqut Qəmbər, Vüqar Salamlı
5 comments:
təbriklər, uşşaqlar. çox gözəl seçimlərdi. əminəm ki bu İdarə Heyyəti effektiv işləyəcək.
Seçilənləri təbrik edirəm. Ümid edirəm və mənə elə gəlir ki, seçilənlərin hər biri layiq idi.
Amma 1məqamı qeyd etmək istərdim- Vüqar 4cü dəfədir ki, seçilirsən, belə olmaz axıı :)), limit qoyun daa :)). Təbii ki, bu zarafatdı, layiqsənsə tələb olunan olunan qədər seçilə bilərsən.
Azərbaycanda bütün limitlər qaldırılır.
Təbriklər!
Yorulmayasınız!
Bol-bol kreativ fikirlər, effektiv tədbirlər, lazımlı işlər arzu edirəm :)
saol brat
Post a Comment