Ay müəllim, sən tələbələri sev!
Ay müəllim, tələbə bitki deyil, heyvan deyil!
Ay müəllim, sən tələbələrə ictimai, emosional varlıq kimi yanaş!
Ay müəllim, tələbə rəmzi mənada bir fabrik məhsuludur!
Ay müəllim, elə tələbə istehsal elə ki, sabah həm əmək bazarında, həm də vicdan bazarında rəqabətədavamlı olsun!
Ay müəllim, Al Paçinonun baş rolda oynadığı “Qadın Ətri” filminə baxın!
Siz təhsilimizdə olan problemləri çox yaxşı bilirsiniz. Çox yaxşı bilirsiniz ki, bu gün təhsildə tələbənin ruhu öldürülür, filmdə Al Paçinonun dili ilə desək “Tələbənin ruhu edam edilir, məhv edilir”. Tələbə bu günün və gələcəyin lideridir, tələbə bu günün və gələcəyin məmuru, fikir daşıyıcısı, nüfuz daşıyıcısıdır. Tələbənin ruhunu öldürməyin, tələbədəki liderlik entuziazmını boğmayın, tələbədəki müsbət emosiyanı, müsbət ehtirası, fərqliliyi öldürməyin.
Sevin tələbəni, tələbəni istehsal edib bu cəmiyyətə buraxın. Tələbəni o qədər keyfiyyətli istehsal edin ki, həm əmək bazarında, həm də mənəvi cəhətdən vicdan bazarında rəqabətədavamlı olsun. Tələbədə müəllimliyə, yazıya, müstəqil araşdırmaya və nəhayət ictimai nüfuz dayışıcısı olmağa həvəs oyadın, motivasiya oyadın.
Bu gün gənclərimizdə gələcəyə ümid, özlərinə inam, istək və iradə yoxdur. Hər bir cəmiyyətin inkişafı üçün saydığım mənəvi amillərin olması çox vacibdir. Yoxdur çünki təhsil bunu tələbələrdə boğur. Siz deyəndə xarici universitetlərin birində universitetlərin birində dərs demisiniz mən çox sevindim, siz deyəndə liberal nəzəriyyənin tərəfdarısız mən çox sevindim. Ona gorə sevindim ki, ABŞ da təhsil alan əksər insanlar yaradıcı olurlar, fərqli olurlar, fincanın həm o tərəfinə, həm bu tərəfinə müxtəlif rəngli prizmalardan baxa bilirlər. Təəssüflər dərs prosesində bunu sizdə görmədim. Ona görə sevindim ki, liberal nəzəriyyənin tərəfdarısız. Tədricən gördüm ki, siz əslində liberalizmi bir nəzəriyyə kimi qəbul edirsiniz və liberalizmi həyat tərzinə çevirməmisiniz. Siz biz gənclər kimi əslində çox həssassınız, özünüz-özünüzlə qeyri səmimisiz çünki liberalizmi yaşamırsız, çünki liberalizmin qəbul etdiyi dəyərləri tələbələrə aşılamırsınız.
Ay müəllim, fikirləşə bilərsiniz ki, mən bunları bilirəm, amma təəssüflər dəyişmək mümkün deyil. Bu bir bəhanədir. Siz gərək özünüzü dəyişəsiniz, siz gərək özünüz liberalizmi səmimi olaraq həyat tərzinə çevirəsiniz, siz gərək ABŞ da qazandığınız bilikləri toz basmış zirzəminizdən çıxardıb tələbələrlə olan tədris prosesinə tətbiq edəsiniz. Sizin özünüzü dəyişməniz üçün gərək daxilinizdə hər bir insanda olmalı olduğu kimi vicdan böhranı yaşayasınız. Özünüz dəyişməsəniz, sosial yenilik, sosial dəyişiklik heç bir zaman gətirə bilməyəcəksiniz. Özünüzü dəyişməsəniz tələbələrlə səmimi ola bilmərsiniz.
Mən sizə inanıram, mən özümə inanıram, mən gələcəyə inanıram və çox ümidliyəm. Mən inanıram ki, siz daxilinizdə mən dediklərimi bölüşürsünüz və bu ağrını yaşayırsınız. Mən inanıram ki, siz bir saat 48 dəqiqə 39 saniyə sonra olacaq imtahanda mənim qiymətimi aşağı salacaqsınız, amma digər tələbələri incitməyəcəksiniz. Bunu yazıram ki, tələbə müəllim arasında virtual ünsiyyət yaransın.
Bizlərə ümid verin, bizlərdə gələcəyə inam, istək və buna çatmaq üçün iradə oyadın!
Bizləri sevin, bizləri qoruyun, bizləri vicdanlı ictimai varlıq kimi bu cəmiyyətə, gələcəyə hazırlayın.
Bizlərdə köhnə standartları dağıdıb, yeni standartlar yaratmaq istəyi oyadın!
Ruslan Əsədov
Qeyd: Ruslan bu məktubu intahanöncəsi yazazaq müəllimin masasının üzərinə qoymuşdur. Müəllimə etiraz etmək istəyirsənsə, bu vasitəni səs də istifadə et.
"Ay müəllim!" - tələbənin imtahanöncəsi düşüncələri
Labels: gencler
Subscribe to:
Post Comments (Atom)
16 comments:
Ruslan liberal nezeriyyeni niye qatirsanki?:D burda muellimlerimin yarisi solchudu. Meselen ele Political Theory muellimim solchudu:)
solçu müəllimlər kişi adamı olur özdə:)
Ruslan, sənə halaldır.
Şəxsən mənə ləzzət elədi.
Kreativ yanaşmadı, bəyəndim.
Bir abzas qısa olsa, lap ekkeftiv olardı. :)
Ən effektiv 3-4 cümlə olsa olardı. Amma bu da əladır. Bir ilkdir. Davamı gəlsə trend daha effektiv yazıları özü gətirəcək :)
Ay telebeler!muallimleri gulag asmayin. онлар сизи севмирлер !зырама олун! оз билдийвиз кими елейин ! No Masters !
Menim Azerbaycan universitetlerine iki cur yanashmam var:
1. universitetler iradesi, deyerleri guclu olan gencler uchun bir meydandir. Bu meydanda onlar muellimleri ve telebeleri muxtelif formalarda sinaya biler, qiciglandira biler ve alternativ yollar teklif ede biler. Eyni zamanda ozlerini ictimai nufuzdashiyicilari kimi inkishaf etdire bilerler.
2. Bu universitetler eslinde lazim olmayan, defunc (fealiyyetsiz) universitetlerdir. Kutlevi shekilde muxtelif qht ler, herekatlar yaranmali ve qeyri formal tehsile kechilmelidir. Qeyri formal tehsil eslinde bezilerimiz uchun xaosu xatirlada biler. Amma bu xaos ozu ozunu nizamlayacaq ve mutleg strukturlar yaranacaq, nece ki, molekullar xaotikdirler, amma eyni zamanda hansisa strukturun terkib hissesidiler.
Maraqli yanashmadi. Mende inaniramki alternativ tehsil ve mektebde aparilan alternativ kutlevi propaqanda chox effektiv olur. Meselen oz tecrubemnen deye bilerem ki Bakida oxuyanda patokda muellimnen 1 ay her defe sozleshende 2ci ayda mene 2-3 ushaq qoshulurdu, sonra elaveleri ve s. hemsihe kitablar getirirdim, hemsihe elave muzakire achirdim ve hiss edirsenki enlightenment var. Burda mesele propaqandani aparmaqda deyil, sadece movzunu achib choxluga qarshi movqede olmaqdi. Bu vacibdi mence.
Nicat,
Hami senin kimi olmur. Bizimki formali cemiyyetlerde hemishe fovgalade insanlar olur. Ushagligdan onlar ozlerinin davranish ve liderlik keyfiyyetleri ile sechilirler. Bu cur insanlar ozlerinde guc tapib, vizion yaradib murtece yerlerde-Azerbaycanin dovlet universitetlerinde aktiv olmalidirlar. Bura onlar uchun heddinden artig dogmalashmish, strukturlashmish bir yerdir. Ya o onlari qirmali yerinde bashgalarini yaratmali, ya da onlara alternativ nese yaratmalidirlar.
lmur?:))) Aha mende onu deyirem da. Eyni sheyi. Ama bilirsenki o ushaqlarin 99%i eriyirler, bir chox sebeblere gore. Bezileri tembeldi, bezileri hevessiz, bezileri umudsuz, bezileri sirf kariera dushunurler, bezileri evde adet en-eneye qarshi gele bilmirler, bezilei chox kasibdi (bu ehemiyyetli rol oynayir)ve s. mene ele gelirki problemin helli bu sebeblerdedi, bu aydindi, ama bu sebebleri aradan qaldirmaq demek oalrki uzunmuddetli, vaxt ve enerji aparan, ve o qederde effekt vermeyen neticelerle neticelenir:) chunki sen yuxaridakilarin her hansini deyishmek isteyende sene qarshi muqavimet yaranair, hemde nezere almaq lazimdi ki ailedeki tezyiq chox zaman mentalitet adi ile ortulsede, rasional sebelere koklenir: meselen atanin qizini gece chole buraxmaga, siqaret chekmeye qoymamasi kimi. bu sebebler agilabatan sebeblerdi ve onun aile uchun consequence-i olur. Men dushunmuremki bu gun Baki ehalisi son derece meishet seviyyesinde konservativdi. Ama onlarin oldugu mueyyen derece konservativliyinde ashkar sebebleri var. Meselen qizimi mende buraxmazdim axsham hava qaralnan sonra kucheye. Sebebi aydindi: tehlukesizlik. Baki gece saat 12de qadin uchun kifayet qeder tehlukelidi. Halbuki bunu qiran chox qiz var ve eslinde elede sen deyen muqavimetle uzleshmirler (meselen bu erebistand olsaydi hara, bizde hara). Ruslan men agilli-bashli bir chixish yoluda bilmirem bu meseleden, aydindi ki atanin oz qizini kucheye buraxmasi uchun kuchenin tehlukesiz olmasina emin etdirmek lazimdi onu.
Qayidim universitet meselesine. mene ele gelirki sosial veziyyetden, sheraitden istifade edib radikal fikirler yaymaq lazimdi universitet daxilinde. Men meselen bir defe ders danishanda demishdimki ermeni chox gozel milletdi, menim chox gozel ermeni dostlarim var, onlarla ichirem her defe gorushende, teessuf ki onlar Bakiya gele bilmirler. Reaksiya aydindi; butun dersi muzakire apardiq, ve sonda patokdan (45 nefer olardi) azi 10 nefer slightly menim terefimde duran telebe tapildi. Seherisi gun bu dahada artir - gedib gece fikirleshirler. Ama o birisi gun gelir onlarin 99 faizi mene deyirki he nolsun, neyniyessen, sen neyi deyishmek istiyirsen. ama 1 faizi da mene deyirki meni o getdiyin yerlere apar. Mensene qarshi movqede deyilem ona gore yazdiqlarim arqument sayila bilmeze, sadece fikirlerimi bildirmek isteyirdim. Men inaniramki bu shebeke chox gucludu, bu shebekenin potensiali azerbaycan silahli quvvelerinin potensialinnan defelerle gucludu. Ama onu suretli genishlendirmek shertdi, gerek horumchek toru kimi tutsun atrafi, gerek her kese chatsin fikirler. Butun her kes herekatdan xeberdar olsun. Esas deyishiklik cemiyyetde getmelidi. Majority deyishmelidi. Istenilen hakimiyyet, hetta neinki avtoritar, totalitar hakimiyyet bele minority terefinden idare olsunsada majority-nin raziligi ile idare olunur. Kutle raziliq vermese hakimiyyet davam ede bilmez. He, birde birshey dushunurem, dushunurem ki short geyinmek, siqaret chekmek demokratiya demek deyil (churumush ifadedi), ama bunlari qadagan etmek fundamental insan haqqlarina (hansi ki bizim hokumet qebul eleyib)ziddir. Lazimdi aksiyalarimizi oturushmush deyerleri silkelemeye yoneldek, ama bizim kuchede shortikle gezmeyimiz gunun axirinda butun sheherin shortikle gezmeyi ile neticelensede onlarin demokratik olmasina delalet (reshaded (c) elemir. Lazimdi hedefe vurmaq.
Kuchedeki veziyyetin tehlukeli ve ya tehlukesiz olub olmadighini ferdler ozleri mueyyenleshdirmelidiler. Valideynlerin derkine ehtiyac oldughu konsept budur: "menim 20 yashlarinda olan oghlum ya qizim ozleri oz tehlukesizliyi hagda dushunmeli ve temin etmelidirler". Bu halda 1. valideynlerin uzerinden yuk goturulur 2. ushaglarina inam artir 3. ushaglar ozlerine eminlik hiss edirler ve menevi cehetden daha da guclu olurlar ve s musbet neticeler saymag olar.
Deyishiklikler hemishe az sayli adamlar terefinden olur. Majority nin deyishmesi meselesi axirda olacaq ishdir. Evvelden her sheyi az sayli adamlar bashlayir. Istenilen olkede hemishe ideya herekat olub kemiyyet (kutle, adamlarin sayi) yox.
Axirinci paraqrafla tam raziyam. Men dediyim, umumi deyishikliyin bash vermesi uchun choxlugun deyishmesinin shert olmasidi, onun nece deyishmesi ve kim terefinden deyishmesine ise sen aydinliq getirdin.
Ama ilk hiss ile razi deyilem. Yazirsanki "Kuchedeki veziyyetin tehlukeli ve ya tehlukesiz olub olmadighini ferdler ozleri mueyyenleshdirmelidiler." - anlamadim. Mence bunu mueyyenleshdiren statistikadi, ve nezaretde saxlayan (ve ya bilmeyen) de hokumetdi (ve ya olmalidi). Tutaq ki 20 yashli qiz mueyyenleshdirdi ki men gece saat 12de papanin kuchesinden kechmek tehlukesizdir. Bu ki chox nisbidir.
2. Atanin fikirleshmesi ki "menim 20 yashlarinda olan oghlum ya qizim ozleri oz tehlukesizliyi hagda dushunmeli ve temin etmelidirler" - absurddur. Tehlukesizlik sechim deyil axi, bu veziyyetdi (condition). ingilis dilinde security ve ya safety yeni. Insan ozunun tehlukesizliyini nece mueyyenleshdire bilerki? Bunu cemiyyetin sechdiyi idarechilik temin etmelidir. Eger o etmirse o zaman 20 yashli qizinin tehlukesizliyini temin etmek vezifesi kechir atanin boynuna. Chunki 20 yashli qizin oz tehlukesizliyini temin etmeye quvvesi yoxdu. Ondada olur bizim cemiyyet. Meseleni hell elemek uchun gerek evvelce atani inandirasanki qizinin gece bayira chixmasi problem yaratmayacaq. Saydigin 3 shert bir chox sheylerde kecherlidi, meselen evlenmekde, hansi mektebe getmekde, ne geyinmekde, ne yemekde ve s. Ama ele sheyler var ki onlar sadece ictimai qinaq yox, esasli sebeblerle baglidir.
Tädris ili başlandı, xoş anlar arasında,
Bir häftä sevinc gäzdi, insanlar arasında.
Mäktäb yolu şumlandı, rüşvät ilä tumlandı,
Başlandı yığım dövrü, "dehqan"lar arasında.
Üç, yäni otuz dollar, dörd – qırx, beş isä älli,
Färq kursda olur bir dä, dövranlar arasında.
Örtüklüyä min töhmät, paltarsıza beş qiymät,
Qiymätsiz olub ismät, üryanlar arasında.
Başlarda ziya olsa, zülmätdä Vätän qalmaz,
Mäftil zämidän yanmaz, şalbanlar arasında.
Baba Punhan
Дорогой Руслан! Я одна из тех кто давал взятку учителям в институте(АГНА) . Не желаю оправдывать себя однако ничего другого не оставалось. Почему я должна была загружать себы никому не нужной информацией-лекциями, где не было никакого дуновения современности, несмотря что я училась в 1996-2000 годы. Учителя были типичного советского периода. Не заинтересованные в своём деле, не уважающие мнение независимость студента, его желание свободно, своими словами высказать лекцию, и таких как я было сотнями. Однако это не способствовало тому, чтобы я стала пустой. Сидя на лекциях, дома я все время просвещалась что на сегодняшний день намого больше помогло мне. Проблема в том , что никто не хочет быть искренним ни учитель ни студент. Никто не желает относится к своей работе с любовью. Популярность среди студентов была у учителей современного типа с фейсом и кейсом, а также умеющих своей способностью привлечь студента к такой например очень не интересной науке как высшая математика. Учитель глубокоуважаемый Горхмаз муаллим настолько мудро относился к студентам , что даже списывание домашнего задания расценивал как проявляющийся интерес или уважение. Какой интерес может возникнуть у студента видя лысого не такого уж приятного на внешность а тем более не обладающего даром речи, подобающего преподавателю, человека с выраженным неприятным акцентом, которому ничего нового неизвестно в своей области. Я не знаю как обстоит дело на сегодня . Но тогда все было именно так. Сегодня я профессионал своего дела несмотря на тройки и куда бы я не пошла дай бог, верю что буду такой же, несмортя на то, что не зубрила лекции. Самая главная причина : мне было неинтересно!!!!!
Eziz Anonymous, siz hec bu veziyyete etiraz etdinizmi? Dedinizmi, siz dersde oturmayacagsiz, chunki bu size maragli deyil?
Дорогая Парвана ханум!Непосредственно или косвенно они знали моё отношение к лекциям по моему вольному(не неуважительному) поведению, которым обладаю до сих пор. Ну и что? Все кончалось тем, что завкафедра без тапша и без денег сам писал мне отметки+ говорил:"Что ты наезжяешь на моих учителей?"
Post a Comment