Dünyanın müxtəlif ölkələrində kişi-qadın münasibətləri fərqlidir. Bəzi ölkələrdə qadınlar cəmiyyətə kifayət qədər güclü mövqeyə, digər ölkələrdə isə demək olar ki, söz deməyə çəkinməyə qədər zəif bir mövqeyə malikdirlər. Amma buna baxmayaraq, dünyanın hər bir ölkəsində elə kişilər tapılır ki, təbiətin onlara bəxş etdiyi fiziki güc hesabına öz həyat yoldaşları ilə çox sərt, bəzən isə zor yolu ilə danışırlar. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan kimi şərq mədəniyyətinə sahib olan ölkələrdə bu tip kişilər az deyillər.
Bu problem qonşu Türkiyədə də diskussiyalara səbəb olan əsas müzakirə predmetlərindən biri olaraq qalmaqdadır. Bu səbəblə türk şirkətlərindən biri 8 mart - beynəlxalq qadınlar gününə həsr olunmuş bir video hazırlayaraq televiziyalarda yayımlamışdır. Bu videoda qadınlara qarşı zorakılıq problemi ciddi şəkildə qabardılmışdır.
Həmişə aktual qalan problem - qadınlara qarşı zorakılıq
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment