Bir gəncin müstəgilliyinin ilk günü

Və ya, yandım, elə yandım…

Sən istəyirsən, amma imkan vermirlər. Düzüb qoşursan, dağıdıb tökürlər. İstədiyin kimi olmaq istəyirsən, mane olurlar. Bu azad olmaq istəyən bir Azərbaycan gəncinin qismətinə çıxan qəliz bir düsturdur. Vay o günə ki, bu murdar düsturu çözməkdə aciz qalasan. Bir olay anladım: 25 yaşlı bir gənc müstəqil yaşamaq üçün azad yuva qurur. Nəticə etibarıyla ailəyə yük olmamaq, həm də müstəqil yaşamağa alışmaq üçün gec də olsa tək yaşamağa başlayır. Ümidləri böyük, iradəsi qüvvətlidir. Amma ona imkan verəcəklərmi? Söhbət ailəsindən getmir. Yaşadığı ölkədə normal yaşamaq üçün ona lazım olacaq şəraitdən gedir. Özüm haqda danışıram.

Düz 10 gündür ki, yeni evimə köçmüşəm. Müstəqil həyatımın dadını çıxarmaq üçün gec də olsa yaxşı fürsətdir. Yanlış anlamayın, əyləncə yönü ilə müstəqilliyi demirəm. Müstəqillik həyatımı təkbaşına qura bilmək üçün mənə lazımdır. Amma imkan vermirlər. Sadəcə bir fakt söyləyəcəm. İlk gündə evə gəlirəm, qaz kəsilib. Səbəbini mənə demədən, xəbərdarlıq etmədən, qaz borcumun olması barədə bildiriş vermədən səssiz-küysüz, xəlvət gəlib qazımı kəsib gediblər. Özü də harada, şəhərin düz mərkəzində, Yasamal rayonunda, Abdulla Şaiq küçəsində.

Araşdırmağa başlayıram. Əvvəlcə qonşulardan qaz pulunu yığmağa gələn Elçin adlı oğlanın telefon nömrəsini tapıram. Zəng edirəm, həyasızcasına “yaxşı edib kəsmişəm, borcunu ödəyəydin” deyir. Səsindən cavan adama oxşayır. Yazığım gəlir, əvvəlcə ona görə ki, Elçin abonentlə münasibət qurmaq qaydalarını bilmir. Bədbəxtdir ona görə ki, mənə rast gəlib. Çünki bir az səbr edib, başına oyun açacam. Layiq olduğu üçün. Yazığım gəlir, həm də ona görə ki, gənc yaşından fırıldaqla məşğul olur. İndiyə qədər kəsməyib. Eşidəndə ki, evə adam gəldi, qorxub ki pulu ala bilməz. Çıxış yolunu qazı kəsməkdə görüb. Amma normalda gəlib borcun olduğunu deyirsən, bildiriş verisən, abonent də aparın ödəyir. Bu isə deyir ki, pulu mənə ödəməlisən. Deyirəm ki, gəl borcumu ödəyim. Deyir ki, yaxşı. Amma 5 saat gözləyirəm. Elçindən səs soraq yoxdur. İşimdən-gücümdən oluram, amma yalançı Elçin gəlib çıxmır. Yəqin haradasa mərdimazarlıq edib, xəlvətcə kiminsə qazını bağlayır. Bu qaz istismar idarələrinin nəzarətçilərinin hiyləgər planıdır. İnsanlarda qorxu şüurunu yaratmaq üçün bu taktikadan istifadə edirlər. Bir dəfə qazını kəsib, istiliksiz qoyursan, gələn dəfə abonent özü qaça-qaça gəlib ödəyir. Vicdansız qaz işçiləri də bu mənzərəni vəhşicəsinə seyr edib ləzzət alırlar. Ləzzət ala-ala da qəddarlaşır, simalarını itirir, murdar bir məxluqa çevrilirlər.

Səhər bazar günüdür. Elçinə zəng edirəm. Niyə gəlmədiyinin səbəbini soruşuram. Deyir ki, - “iclasdayam”. Yalan danışır! Bazar günü nə iclas? Həm də qaz nəzarətçisi nə vaxtdan iclasda 5 saat oturub? Elə bilir qorxuda biləcəyi adamlardanam, çünki hələlik sakit səslə danışıram. Buna görə aldadır məni. Deyirəm bəs necə olsun, deyir “gəl bir yerdə görüşək, 30 manat ver mənə. Öyrədim necə açılır, get qazını özün aç.” Soruşuram ki, bəs mənə qəbz verməyəcəksən? Deyir biz işıq idarəsi deyilik ki, qəbz verək. Bizdə qəbz olmur. Bax, burada dözə bilmirəm, üstünə qışqırıram ki, səni kim təyin edib bu işə? O da qışqırır. Adətidir, neyləsin. Hamının üstünə xoruzlana-xoruzlana pul yığmağı öyrənib axı. Müdiri ilə danışmaq istəyirəm. Eşidəndə qorxur. Bu dəqiqə gəlirəm deyir. Və 10 dəqiqə deyib, yarım saata gəlir həyətimizə. Müdir adı eşidib axı. Məni görən kimi özünü tülkülüyə vurur: “Ay Allah, ayağım qırıldı. Öldüm yüyürməkdən. Yoruldum…” Hamısı aktyorluqdur, mərhəmətimi qazanmaq üçün özünü bicliyə vurur. Düşündüyüm kimi cavan oğlandır, 27-28 yaşı ola, ya olmaya. Yalanına davam edir: ‘Dünən axşam ölüm işi var idi. Ərazidə kimisə tok vurmuşdu. Ona görə başımız qarışıq idi.” Məni isə heç nə maraqlandırmır.

Qazımı kəsib, özü də xəbərsiz. Abonenetin narahat olması isə onun vecinə də deyil. Üstünə qışqıranda isə qorxub, it kimi az qala quyruğunu yelləyir. Qazla bağlı rəsmi proseduru bilib bilmədiyi soruşuram. Cavabı belə olur: “İndi qanun var?” Düz deyir, amma kişiliyi çatırsa qanunun olmadığını çıxıb meydanlarda desin, düz işləmədiklərini, insanları incitdiklərini dünyaya bəyan etsin. Şərəfsiz olduğunu dostları arasında etiraf etsin. Amma bunu nəyinki etmir, hətta qanunsuz işlədiklərindən qürur duyur. Ona qanunvericliyi izah edəndən, xəbər vermədən qazımı kəsdiyinə görə onu məhkəməyə verə biləcəyimi söyləyəndən sonra qazımı açır və beləcə bir gündən sonra yüksək stressin ardından qazım yanmağa başlayır. Elə mən də yanıram. Müstəqil həyatımın ilk günün belə mənasız keçdiyinə görə.

Həyətdəki qadınlar bizə baxıb ürəklərində nələr düşünürlər. Bəlkədə ilk dəfə görürlər ki, Elçin sakinin qarşısında qorxaqlıq göstərir. Başa salmağa çalışıram ki, haqqınızı tələb etsəniz sizdən də çəkinərlər. Amma inana bilmirlər. Hirsimi soyutmaq üçün yox, Elçinə bəlkə də bir az köməyim dəyər deyə-məsləhət verirəm. İnsanları incitməməsi üçün, kişi kimi dürüst işləməsi üçün, yalançılıqdan və insanları aldadıb möhürsüz qəbz verməkdən, yığılan pulların büdcəyə yox, ciblərinə getməkdən uzaq durması üçün səsləyirəm onu. Elçin isə başqa dünyadadır. Dediklərim onun vicdanın yanından “vızz” edərək keçir. Vicdanına yuxu dərmanı içirdib, hara oyanır?.. Sözümü qutarar-qutarmaz bunları deyir: “İşıq pulu yığan oğlan o biri məhlədədir. Çağırım gəlsin, ona da borcunu ödə…” Bədbəxt hələ də bilmir ki, borc bildiriş paylayana yox, banka və ya potça ödənməlidir. Verdiyi qəbzin üzərində bu mütləq xəbərdarqlı kimi yazılıb. Bircə dəfə verdyi kağızın üzərini oxuyub görəsən? AZƏRİQAZ isə belə naşı adamlarla işini yola verir. Üstü şüşəylə bəzənən, içərisində isə sovet illərindən qalan çap makinası ilə iş görülən AZƏRİQAZ binası kimi. Üstü bəzək, içi təzək olmağa öyrəşmək isə standart sayılmayacaq qədər geri qalan bir “standartdır” onlar üçün.

Hər şey bir kənara, amma Elçinə hələ də yazığım gəlir. Ona görə ki, mən hər cür çətinliyə rəğmən müstəqil yaşamağa davam edirəm. Amma o, müstəqilliyin nə olduğunu heç zaman bilməyəcək. Çünki kölə olmağı, yeri gələndə xoruzlanıb kimisə qorxutmağı və ya kiminsə qabağında yaltaqlanıb ən mundar yerini belə öpməyə hazır olmağı öyrənib 27-28 illik həyatında. Belə gənclər o qədər çoxdur ki…

Yusif Kərimli

6 comments:

Anonymous said...

Eshq olsun :) ama gerek mehkemeye vereydin. Mustbet neticesi olur inan :). 20 yanvar terefde bir polis suruculere aman vermirmish. Bir taksi shoferi polis bundan rushvet alanda sesini yazir ve shikayet eleyer. Polisi ishden qovurlar 6-7 ay 10 yanvar terefde hec bir polis rushvet almadi ;))

Anonymous said...

Eshq olsun :) ama gerek mehkemeye vereydin. Mustbet neticesi olur inan :). 20 yanvar terefde bir polis suruculere aman vermirmish. Bir taksi shoferi polis bundan rushvet alanda sesini yazir ve shikayet eleyer. Polisi ishden qovurlar 6-7 ay 20 yanvar terefde hec bir polis rushvet almadi ;))

Anonymous said...

Yaxşı və oxunaqlı yazıdı. Ancaq arada iki şey çox qabarır. Bunun biri iki şəxs arasında olan konkret bir problemdi: vətəndaşın haqqını köhnə qafayla çalışan işçi tanımaq istəmir və vətəndaş da ondan haqqını tələb edib istədiyinə nail olur. İkincisi, bu konkret hadisədən düşüncələr ümumiləşdirib daha geniş bir məsələyə keçmək və burda artıq daha qəliz haqq-hesabı ortaya qoymaqdı: adama azad olmağa imkan vermirlər. Bir yerə qədər düzdü, Azərbaycan kimi insanların sovet qafasıyla düşündüyü yerlərdə qanunun keçərliliyi düşüncəsinə dayanaraqdan vətəndaş kimi rahat nəfəs almaq çətindi. Ancaq məncə diqqətli olaq ki, blame shift olmasın ortada yəni hər şeyi başqalarının üstünə yıxıb, özümüzdə olanları da onlara yükləməyək.
Nəsə, maraqlı yazıydı.

uguraydin said...

Yusufcum harika bir yazıydı, insanlara haklarını öğretmek gerek, haklarını bilen toplumlar işleyişin düzgün gidişinin kontrolorleri olabilirler. seni müstekil hayata geçişinden dolayı da tebrik ediyorum.

Unknown said...

Super bir yziydi,alqisha laiq bir yazi!Cox etkilendimI)halal olsun!İndi bu cur dushunen insanlarin sayi getdikce artmaga bashlayir bu da sveindirici bir haldir

Gulya said...

Yaxwi elemisen bele de lazimdi! ona yaniram ki bu millete yene bele weyleri gorub catmir ki haqqini teleb ele buna oxwar hadiseler bawima gelende mene deyirler sesini cixartma ya da bu sene lazimdi? Lazimdi ona gore de tek kelme ewq olsun!!!