Mentualitet

Əslində MENTALİTET mövzusu xeyli çeynənmiş mövzudur. Tərəfdarları və əleyhdarlarının hər ikisi tərəfindən. Ancaq nə qədər çeynəsək də bir addım da irəliləyiş əldə edə bilmirik. Ortaq nöqtələr tapılmır. Anlaşılmazlıqlar, suallar çoxdur. Əsl labirint...

Belə getsə heç tapılmayacaq da. Çünki dünyada informasiya texnologiya müharibəsi getdiyi dövrdə qız, namus-qeyrət, məhlə, toyda mahnı sifarişi müharibəsinə girişən bir cəmiyyətin fərdləri çətinki nəyisə məntiqə əsaslanaraq həll etsin.

Dilimizdə mentalitet adlandırıdığımız bu söz ingiliscədə mentality sözü ilə eynilik təşkil edib təfəkkür, düşüncə tərzi mənasına gəlməkdədir. Bizdə isə ağzı köpüklənə köpüklənə sinəsini cıraraq bu mövzuda danışanların beynində bu söz qadınların “şərəfinə” təsir edən proseslər, məhlə anlayışı, toy yengəsi, yas mollası, mini yubka, gəlin cehizi, bacı və qohum əqraba qızlarının telefonunun monitorinqi kimi “fələsəfi” söhbətlərlə assosiasiya olunur. Ən geniş halda... Bu məzmunsuz və dayanıqsız düşüncə nəticəsində mentalitet içi boş, çirklənmiş, sonu görünməyən bir şey ifadə etməyə başlayır. Yəni qısası mentalitet dönür olur menTUALİTET. Necə ki şəkildə gördüyünüz bu məfhum kimi...

Hər şey qıraqdan gözəl görünür. Parlaq, göz oxşayan. Ancaq bu qızıldan da olsa içinə axıdılacaq son şey eynidir. Eynilə mentalitet kimi. Bundan nə qədər bər-bəzəkli, pafoslu cümlələrlə danışırsan danış xeyri yoxdur. Nə qədər xoş niyyətlə, başqa fikirlə gəlirsən gəl yenə eyni nəticə olacaq. Eyni sonluq səni gözləyir- çirkab. Paralellər aparaq. Əgər sənin bu danışdıqlarının əmələ gətirdiyi cəmiyyət belə mənəviyyatsız və yalançıdırsa, fərdləri belə saxtakar və nadandırsa, ictimai münasibətlər hər bir sahədə anormallıqlar üzərində qurulubsa, deməli bu da əsl menTUALİTETdir. Hər bir xoş niyyəti, mövcud durumu dəyişmək istəyənləri buxovlayan menTUALİTET - başdan ayağa məhvedici çirkab.

Biz əslində mentalitetimizə doğurdan sahib çıxsaq belə olmaz deyirsiniz. Yalandır. Mövcudiyyətindən bəri bu çirkabın içindəsənsə, deməli səni geri dartan budur. Yəni sənin mentalitet deyə adlandırdığın şey. Ancaq dəyişilməlidir. Bilirsənmi nə? Sənin mentalitet deyəndə beynində assosiasiya olunanlar - yuxarıda sadaladıqlarım dəyişməlidir. Dünya nə düşünür onu düşün. Əks halda onlar kosmosda peyk döyüşdürəndə, sən isə burada meyxana deyə- deyə xoruz döyüşdürməkdən uzağa getməyəcəksən.

Rəşadət Axundov

21 comments:

Anonymous said...

:-))) CEU tesiri hiss olunur.
1) Reshadet, sence mentaliteti deyishdirsen, yaxud silib atib deyersiz,enenesiz,ictimai qaydasiz yaxud diger universal ve kosmopolit deyerleri tetbiq etsek olkede azadliq, azad dushunce,azad bazar ve azad cemiyyet yarada bileceyik?
2) Hech bir mentaliteti olmayan hansi cemiyyeti taniyirsan? (Sual sadece bunu oyrenmeyim uchundur.)
Parviz (CEU,2005-06)
P.S. Bizim bu mentalitet sohbetimizin enenevi mentalitet sohbetlerinnen ferqli qebul edileceyine umid edirem. :-)

Rashadat said...

Salam Parviz,
mence burda CEU tesirinden sohbet getmir:)
suallarina cavab:
1)Men deyishek deyende mentalitet deyende yazida sadladigim fikirleri mentalitet kimi qebul etmek yanashamsini deyishek yazmisham. Qaydasiz enenesiz yashayaq demirem.
Shexsi fikrimdir ki, Sherq cemiyyetlerinde azad bazar, demokratiya, insan haqqlari kimi mevhumalrin mentalitetin bir parcasina chevrilmesi cox mumkunsuz gorunen bir prosesdir.Ancaq mumkunsuz olanlari arzulamali ve ona chalishmaliyiq. Bizim mentalitet adi ile tanidigiqlarimiz bizi geri chekir ve bunu biz yashadigimiz cemiyyetin ne gund eolamsi ile eyani suretde goruruk.
2)He rbir cemiyyetde mentalitet var ancaq baxir onu formalashdiran, bir sozle ichini teshkil eden elementler nelerdir.

Fikirlerine gore cox sagol.Chalishdim aydin cavab verim:)
Hormetle,
Rashadat

Adnan Hajizada said...

fikir verin ki bu shekillerde olan tualetler OL!-un brendinqine uygundur.

journaleast said...

Her shey bu qeder de qaranliq deyil. Insanlar deyishir. Mentalitetler de hemcinin. 8-9 il bundan qabaq qir oglan qizi mehlesine oture bilmezdi. Ailler qizinin oglanla gorushmesini telefonla danishmagini istemirdiler. hetda nishanli olsalar bele. indi sherait xeyli deyishib. Indi daha cox insan xaricde tehsil almaq isteyir. Demeli oyrenmek isteyenlerin esl savad sahibi olmaq isteyenlerin sayi artir.
Pafos xetine heyata bele qara renglerle bezemek olmaz. Yaxsini yaxshi pisi pis. Obyektiv olmaxa chalishmaq lazimdi

Esmira Mammadova said...

Adnan, elə mən də bunu demək istiyirdim :D

Gulya said...

hec ne deyiwmeyecek.. ele indide o tesbeh sohbetleri var , gizlari mehleye oturmek olmur, tlfnla adi daniwa bilmirler.. azeri kiwileri deyiwen deyil!!! HER BIR MILLETIN OZ GENETIK KODU VAR. O ESRLER BOYU DEYIWMIR CUZI TEHRIFE UGRAYIR AMA EKSINE BAWQA FORMAYA KECEREK DAHA DA KOK SALIR... want to leave this country.. Rashad ne geder yazsan bihude bulara xeyri yoxdu hamisi milli mentalitetni , beyinleri ise girmizidi

Farid said...

Ee, men niye dunya du$uneni du$unmeliyem? Qoy dunya men du$uneni du$unsun. men ozume gore bir individem, oz fikirlerim var.

Vüqar Salamlı said...

Yəqin eşitmisiniz. Sankt-peterburqda 46 yaşlı azərbaycanlı 21 yaşlı qızını açıq-saçıq geyindiyinə görə öldürtdürüb.

Əslində bu tək-tük hal sayıla bilər və bu halla bütün azərbaycanlıları qiymətləndirmək olmaz.

Lakin, bu gün ANS ÇM-də "Bu hadisədə günahkar kimdir?" sualına dinləyicilərin cavabını eşidəndə mentalitet adamın gözünü çıxardır. Gör camaat nə deyir e:
- Günah qızdadır. Gərək xalqımızın əxlaqında, tərbiyəsinə uyğün özünü aparardı
- Günah anasındadır. Gərək qızını səhv yola düşməsinin qarşısını alardı.
- 100% qızın anasın başqa millətdəndir.

Bu hələ 15 dq ərzində eşitdiyimdir. Əminəm ki, bu sualı azərbaycanlıların 90% eyni cür cavab verər.

journaleast said...

Kim hara gedir getsin. qanini? kokunu deyishe bilmeyecek. Genetik yaddash nedir e e ? ? insan robot deyil ki onun programina ne qoysan o da olsun. Her shey cemiyyetden asilidir. Cemiyyet butun dovrler uchun deyishir. hec kim hec ne elemese bele. ama deyishimi suretlendirmek ve istiqametlendirmek olar. Bunu ISE Guclu ve intelektual insanlar reallasdirir.
hec ne deyishmeyecek ele problemde bu dushuncededir. hardani bizdeki bu umudsuzluk anlamiram ! ! bu qeder eybimiz var bizim deyishmek isteyimiz umudumuz cox olmalidir biz ise umudsuzluye qerb olmushuq

Rashadat said...

Journalest bəy,
Ümidsizlikdən kim danışır axı başa düşmürəm. Bizdə elə bunları dəyişmək istədiyimiz üçün varıq.

journaleast said...

Reshadet bey ikinci sherhim sizin yaznizdan cox sherhlere olan fikrim idi esasen de Gulya xanimin sherhine Eshq olsun o insana ki, xamilyon kimi etrafa uygunlasmaqdansa etrafini ozune uygunlasdirsin ;)

Anonymous said...

bizim millet mentalitet nedi onu bilmir meselen mugam bizim milli menatlitetimizdir.bele absurd misallar coxdur

Anonymous said...

Salam Gencler. bu movzu o qeder genis movzudur ne qeder yazsan yene qurtarmaz.Yadima bir shey dusdu,İngiltere ile Fransanı birlesdiren Lamans kanali cekilende İngilislerin ekseriyyeti buna etraz etti.niye? Cunki onlar ozlerin Qite Avropasi ile birlesdiren Bir tunelin tikilmesini istemirdiler.Sebebi de bu idi ki Esrlerden beri davam eden, yasayan ingilis adet enenesinin Qite Avropasi ile qaynayib qarisacagi ve eriyeceyinden qorxurdular.cunki İngilisler onlari vareden bu Adet-Enenenin ne oldugunun ferqine varirdiar.Mene ele gelir ki,bu proses ideyali bir sekilde aparilmali ve esas yuk de genclerin uzerine dusmelidir.Biz birinci ozumuzden baslamaliyiq.Eger biz siareti ata bilmirikse,Toyda lul-qember icib dava salana qeder icirikse,evde usaqlarin yaninda davaedirikse,muselman oldugumuzu Ancaq yasda yada saliriqsa hele gorulesi isler coxduşBiz birinci ozumuzden baslamaliyiq.Pis Adetlerimizi mehv etmeliyik.Bir Genc olaraq Toyumda Icki yoxdeyiremsa,Yasada ancaq cay-limon veriremse qoy meni ne qeder qinayirlarsa qinasinlar.inanin Qazanan Xalq olacaq.

Anarchist said...

выход - искусственно оплодотворять немецкой спермой.

Ruslan Asadov said...

Mentalitetle baghli problem odur ki, suallarin olmasina imkan verilmir. Cemiyyyetin dogmalari mentaliteti shubhe altina almaga imkan vermir, chunki bu atalarin oturduyu standartlari, qardashlarin ana ve bacilari uchun qoyduyu standartlari, kishinin arvadi uchun qoyduyu standartlari sual altina almag demek anlamina gelir. Mentalitet meselesi ferdler terefinden kutlevi shekilde sual altina alinsa, suallar verilse ve azad shekilde cavablar alinsa o zaman dogmalar avtomatik qirilmish olarlar. Mekteb ve universitetlerde ushaglarin/telebelerin mentaliteti (dushunce terzi) sual/cavab ve shubhelerle formalashdighi kimi, cemiyyetin de mentaliteti/dushunce terzi ele sual/cavabla, shubhelerle formalashir.
Bizlere suallar, shubheler, muxtelif yanashmalar lazimdir. Mentalitetle situasiya arasinda bir elaqe var. Bizlerde teessufler situasiya mentalitet yaradir. Men inaniram ki, mentalitet situasiya yaratmalidir, bunun uchun de demokratiklik ve tehsil formatinda sual/cvb ve shubheler lazimdir.

Vüqar Salamlı said...

Ruslan bir az sadə yaz ki, anlayaq nə demək istəyirsən. Hamı sənin kimi savavdlı deyil. Mən məsələn bir şey anlaya bilmədim.

Mentalitetdəki qeyrət, namus məsələsinə gəldikdə isə bununla bağlı aşağıdakıları söyləyə bilərəm.

Ərəblər Məhəmməd peyğəmbərin gəlişinə qədər çox vəhşi bir icmalarda yaşayırdılar. Onların ən çox narahat edən şeylər ailədə qız uşağının doğulması idi. Çünki bu onların ailələrinin, eləcə də özlərinin şərəfinə potensial bir təhlükə idi. Bu səbəbdən kifayət qədər ərəb ailələrində qız uşağı dünyaya gələndə onları öldürürdülər.

İslam dini ərəblərə gəldikdən sonra, bu cür vəhşilik aradan qalxdı. Lakin düşüncədə qadının bir namus göstəricisi olması təsəvvürü hələ də qalmaqdadır.

Həmin yük islam dininə bir parçası oldu. Dinin özündə qadının və kişinin bərabər olduğu qeyd olunsa da, dini və ümumiyyətlə ideologiyaları insanlar inkişaf etdiydiyindən ərəblərin düşüncə tərzi istər-istəməz islama sirayət etdi.

Bu da indi bizim mentalitetimizdə olan namus və qeyrət nüansı. Bu heç bizim millətin deyil. Bu ərəblərin menralitetidir.

Anonymous said...

Ruslan Əsədov və Vüqar Salamlı, hər ikinizin şərhiniz məni yaxşı mənada şoka saldı! Təşəkkür edirəm! Həqiqətən də, fərdlərin və bütövlükdə cəmiyyətin mövcud qaydaları sual altına alması və sınağa çəkməsi (question and challenge) çox vacibdir və bizə çox şey qazandıra bilər. Vüqar, sizin dediyiniz "bu bizim deyil, ərəblərdən gəlir" məqamını mən dəfələrlə müxtəlif adamların/qrupların qarşısında təkrarlamışam, amma bəzilərinin reaksiyası hətta çox aqressiv olub :) Bilmirəm, bəlkə də qadın olaraq bu fikri ifadə etməyimdən cırnayıblar. Sevindim ki, tək deyiləm!

Şəhla Əliquliyeva

Adnan Hajizada said...

Mən amma bir az başqa cürə fikirləşirəm, kişinin namusunun qadında olması məncə Qafqaz mentalitetinden gelir.

Anonymous said...

Менталитет-это сознание. Никто не говорит, что менталитет не нужен, но он должен шагать в ногу со временем. Если этого не будет, то и прогресса не будет, то есть будем в такой же стереотипной ж**е, как и сейчас...

Anonymous said...

"выход - искусственно оплодотворять немецкой спермой"

ГЯШШЯНГ)))

Anarchist said...

пойдут как горячии пирожки )). меним адым Елчинди(светловолысый ариец с голубыми глазами)меним анамын ады Зулейхады(кривоногая, больше попая азербайджанка с усами).