Kim “dəniz” istəyir?

Söz şəhidi Elmar Hüseynovun əziz xatirəsinə ithaf ounur

Səməd Behrənginin uşaqlar üçün yazdığı, əslində isə üstörtülü şəkildə İrandakı Şah rejiminə qarşı yazılan bu nağılı ilk dəfə oxuyanda 11 yaşım var idi. Ancaq o zaman bu nağıl mənə sadəcə çox maraqlı bir nağıl kimi təsir etmişdi. Bu nağıl haqqında daha sonra 2-3 il bundan öncə 1980-ci il çevrilişi vaxtı və ondan sonra türk solçularının apardığı mübarizədən bəhs edən bir filmdə eşitdim. Söhbət “Balaca qara balıq” nağılından gedir.

Bir neçə gün öncə internetdə elektron kitab səhifəsində yenidən adıyla qarşılaşdığım bu nağıl haqqında təəssüratlarımı sizinlə də bölüşmək istədim.

Bu nağıl məhz insanlara inqilabi fikirlər aşıladığı iddia olunaraq İranda hələ də qadağandır, Türkiyədə isə yuxarıda qeyd etdiyim 1980 çevrilişi sonrası qadağan edilmişdi. Nağılın maraqlı tərəfi ondan ibarətdir ki, o həmdə bügünkü Azərbaycan cəmiyyətinin çirkinlikləri və bu çirkinlikləri aradan qaldırmaq istəyən “balaca qara balıqlar”ın mübarizəsi üçün ibrətamizdir.

Gəlin bu nağılı qısa şəkildə nəzər yetirək... Kiçik bir arxda anasıyla bərabər yaşayan balaca qara balıq bir gün cana doyur və qərara gəlir ki, bu arxın sonuna gedib çatsın. Onun harda bitdiyinə şahid olsun. Çünki bütün dünyanın bu kiçik arxdan ibarət olmadığına, daha böyük və fərqli dünyaların olduğuna onda daxili bir əminlik var idi. O hesab edir ki, o da o biri balıqlar kimi bu arxda ömrünü o tərəf bu tərəfə gedərək boş boş keçirib, qocalanda şikayətlənib heyfslənməməli, əksinə həyatın elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarət olduğuna, yoxsa başqa dünyanın da mövcud olub olmadığı sualına cavab tapmalıdır. Ancaq ətrafındakı hər kəs ona qarşı gəlir, dünyanın yalnız yaşadıqları yerdən ibarət olduğunu söyləyir, əsassız fikirlərlə başqalarının da beynini zəhərləməməyi tələb edirlər. Bu fikrini öyrənən anasının, qonşularının, dostlarının və daha sonra səfəri boyunca müxtəlif dəniz heyvanlarının qınağına, atmacalarına, zarafatına tuş gəlir, istəyi lağ obyektinə çevrilir balaca qara balığın, hər kəs onu ələ salır.

Tanış mənzərə deyilmi? Hər birimiz oxşar şeylə qarşılaşırıq. Yaşadığımız cəmiyyətin çirkabına, baş verən haqqsızlıqlara, ədalətsizliklərə boyun əyməyən, etiraz səsini ucaldan hər bir insana ətrafı tərəfindən verilən reaksiyayla eynidir. Ailəmizin və dostlarımızın “Bu ölkəni düzəltmək sənəmi qalıb”?, “Hamı necə səndə elə”, “Başını aşağı sal karyeranı qur, öz işlərinlə məşğul ol”, “El üçün ağlayan göz kor olar”, “Bu xalq düzələn deyil, özünü boş-boşuna məhv etmə” və s. kimi repikaları ilə biz də qarşılaşırıq hər birimiz. Gülüş obyektinə çevirilik. Ancaq bütün bunlara dözürük, göz yumuruq və hədəflərimizə doğru addım-addım irəliləyirik. Necə ki, nağılda balaca qara balıq etdi. Qarşısına çıxan heç bir maneə onu məqsədindən - arxın töküldüyü son yer olan dənizi tapmaqdan - döndərə bilmədi. Çömçə quyruqlara, rizə balıqlarına həqiqəti göstərdi, onların təkidlərinə baxmayaraq geri dönmədi, Şaqqa quşunun mədəsindəki mübarizədən sağ çıxdı, yenilmədi. Düzdür sonunda məqsədi uğrunda həlak oldu.

Dənizə gedib çatdıqdan sonra balıqudana yem oldu. Ancaq nümunə bir həyat yaşadı, neçə-neçə balıqların oyanmasına, balaca qara balığın hərəkətlərinə dəstək verməsinə, onların da gələcəkdə onun yolunu təkrarlamaq istəməsinə nail oldu. Digərlərini qəflət yuxusundan oyatdı. Ən əsası iradənin hər bir şeyə güc gəlmək iqtidarında olduğunu hər kəsə sübut edə bildi. Bu nağıl əsl insan, həqiqət carçısı olmaq istəyən hər bir mübariz üçün mayak ola bilər. Nağılın sonlarında balaca qara balığın beynindən keçən bu fikirlər isə hər birimizə bir nümunə olmalı və bizi daim ruhlandırmalıdır: Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa da bilərəm. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir.

Dostlar, biz də bu çətinliklərlə, atmacalarla, qınaqlarla rastlaşanda, məqsədimizdən bir addım da geri atmayaq. İnandığımız işi sona çatdıracağımıza bir an belə tərəddüd etməyək. Biz bu ölkəni MÜTLƏQ dəyişəcəyik. Bacardığınız qədər də “Balaca qara balıq” nağılını uşaq və gənc yaşda olan tanış və qohumlarınız arasında yayın ki, cəmiyyətin gələcək nümunəvi vətəndaşlarının sayının artmasına nail olasınız. Və aşağıdakı şüarımızı da heç zaman unutmayın:

Dəyişiklik görmək istəyirsənsə dəyişikliyin önündə OL!

Rəşadət Axundov

13 comments:

Turgut Gambar said...

Like eledim :).
Qeshey yazmisan

sebine said...

Eladi,chox maragli muqaisedi.Men de ushaqliqda oxumushdum bu nagili,indi biranliq beynimde canlandi ki o vaxt bu nagil mene nece tesir etmishdi....
Yeni yazilarini gozleyecem

Ali Resh said...

Düzü mən də bu nağılı oxumuşdum ama yadımdan çıxmışdı. Yazını oxuduqca xatırladım. Gözel yazmısan.
Nağıllar həqiqətən insanların formalaşmasında böyük rol oynayır. Bizim nağıllar isə müsbətdən daha çox mənfi xüsusiyyətlər verir. Baxın məsəl üçün məhəmmədin nağılı Çeçenlərdə də var. Sujeti 99% eynidir ama bizdə niyəsə qardaşları xəyanət eləyir. çeçenlərdə isə yenin qazandığı dostları

sebine said...

Eladi,chox maragli muqaisedi.Men de ushaqliqda oxumushdum bu nagili,indi biranliq beynimde canlandi ki o vaxt bu nagil mene nece tesir etmishdi....
Yeni yazilarini gozleyecem

April 27, 2009 12:13 AM

Aynur S. said...

Beyendim! Cox yaxshi yazmisan!

Rəşadət said...

Aynur S,
sən blogdan oxudun da güya:)))

Aynur S. said...

yox, blogdan oxumadim. daha once oxudum. amma bloga comment yazdim!

Anonymous said...

Resho, ellerine sagliq.

Emma

Ruslan Asadov said...

Rashadet,

Yazi chaghirish, umid ve gelecekle doludur. Naghillar ushaglara moral deyerleri oyretmek uchun chox yaxshi vasitedir. Chox isterdim bizim tehsil sistemizde de ushagligdan ushaglara edalet, vicdanli olmag, yalan danishmamag, oghurlamamag ve s kimi menevi deyerler oyredilsin. Ushaglar daha chox numuneler xoshladiglarindan boyuklerinden hemishe menfi numuneler goturmushler: yalanchilig, rushvetxorlug, zorakilig, biganelik, xeyanet, idarechilik bacarigsizlighi ve s... Bizlere ughur numuneleri lazim!

Humay said...

Bu nagili ushaq olanda ata oxumagi mene meslehet gormushdu..kechen il de bilmirem ne haqqinda sohbet dushduse meni bu balaca qara baliqla muqayise eledi..duzdu, hele ona chox var..amma, chox xosh oldu bu yazini oxumaq! sagol, Reshadet!

Anonymous said...

Çox sağun uşaqlar.Mən də sizin əzminizdən, optimiziminizdən ilhamlanıb yazıram:)
Zahir Əzəmət bir dəfə maraqlı bir fikir dedi ki, bizim xalq uşaq vaxtından Cırtdan nağılından dostlarına yağlı yaxmac verib yükünü daşıtdırmaq misalı ilə rüşvətə öyrəşir, Məliklməmməddən qardaşa dosta xəyanəti, Ağ atlı oğlandan da tənbəl tənbəl oturub kiminsə gəlib hər şeyi düzəldəcəyi kimi fikirlər şüuraltısına oturur və beyni zəhərlənir. Ona görə də belə pozitiv ruhlu nağılların uşaqların yetişdirilməsində rolu böyükdür.

Rəşadət said...

Yuxarıdakını mən yazdım:)

Esmira Mammadova said...

Nağılı oxudum ))

hara baxırsan, nəyi oxuyursan, heçnə aktuallığını itirmir.

Tarix əsrlər boyu təkrarlanır.

"история учит нас тому, что ничему нас не учит" )

heç nə dəyişmir.