Aprel ayının 26-ı, “OL!” Azərbaycan Gənclər Hərəkatının Qadın Klubu və “Gözəl Düşüncə” Şəbəkəsi və Amerika Məzunlar Assosiasiyasının (AAA) təşkilati dəstəyi ilə “Qadın və Sosial Dəyişikliklər” mövzusunda açıq müzakirə təşkil etmişdir. Tədbirin qonaqları qismində ABŞ səfirliyinin əməkdaşı Vəfa Fətizadə və Oxfam təşkilatının əməkdaşı Aytən Qəhrəmanova iştirak etmişlər.
Müzakirə formatında keçən tədbir zamanı Vəfa Fətizadə xanımların ictimai həyatda fəal iştirakının təmin olunması üçün onların özlərinin istəyi olmasının, maariflənmələrinin, xaricdə təhsil almalarının vacibliyini vurğuladı.
Tərbiyənin insanın formalaşmasında böyük rol oynadığını diqqətə çəkən Aytən Qəhrəmanova ananın verdiyi tərbiyənin təsirinin çox olduğunu söylədi. İştirakçılardan bəziləri isə bu fikirlə razılaşmayaraq inkişaf üçün bütün cəmiyyətin - həm qadın, həm də kişilərin məsuliyyət daşıdığını söylədi.
Xanım iştirakçılar öz həyatlarında qarşılaşdıqları çətin vəziyyətləri, bu vəziyyətlərdən çıxmaq üçün apardıqları mübarizəni müsbət bir misal olaraq digər tədbir iştirakçıları və qonaqlarla bölüşdülər.
Tədbirin digər maraqlı məqamlarından biri də xanımlarla bərabər kişilərin də tədbirdə fəal iştirak etməsi idi.

2 comments:
Qadinlara sevgi OLsun. Persik molodech. Keep it up. Shekil ve videolari gozleyirem.
ABŞ səfirliyinin əməkdaşı Vəfa Fətizadə və Oxfam təşkilatının əməkdaşı Aytən Qəhrəmanova iştirak etmişlər.İştirakçılardan bəziləri isə bu fikirlə razılaşmayaraq inkişaf üçün bütün cəmiyyətin - həm qadın.
Post a Comment