Rusiya Fordu da avtoritarlaşdırdı

Universitetdə yazılarımın birində müasir Rusiya Federasiyasını 1964-cü il istehsalı olan Ford Mustang avtomobili ilə müqayisə etmişdim.

Ətrafımızda çox insanlar dəbdəbəli həyat tərzini daha da maraqlı etmək üçün köhnə maşınları yeniləyib istifadə etməyi sevirlər. Təsvir etdiyim situasiyanı eyni zamanda müasir Rusiya Federasiyası və baş nazir Putinə aid etmək olar. Sovet imperiyasının süqutu bizlərə əyani olaraq avtoritar rejimlərin, komunizmin, korrupsiyanın yayıldığı dövlətlərin, demokratik hərəkat və fərdi azadlıqların pozulduğu dövlətlərin xöşbəxt gələcəyinin olmadığını göstərdi. Rusiya Sovet İmperiyasının kiçik modelidir.

Prezident Yeltsinin hakimiyyəti dövründə Rusiya dərin iqtisadi və siyasi böhran içərisində idi. Siyasi elita arasında Rusiyanın necə və hansı ideoloji istiqamətdə idarə olunması ilə bağlı müxtəlif fikir ayrılıqları vardı. Yeltsinin hakimiyyətindən sonra hakimiyyətə Rusiya KQB-sinin yetirməsi Putin gəldi. Putin hakimiyyətə gəldikdən sonra özünü 1964-cü il istehsalı Ford Mustang avtomobilini almış, onu növbəti 30, 40 il müddəti üçün yeniləyən varlı iş adamı kimi aparmağa başladı. Putin Rusiyanı insan hüquqlarını qoruyan dövlət istiqamətində dəyişmək və korrupsiyanı azaltmag əvəzinə Rusiyanın sadəcə görüntüsünü dəyişdi. Neft və qaz resurslarından gələn pullar hesabına dövlətin administrativ resurslarından istifadə edərək müxalifət və azad mətbuatı sıxdı, azad toplaşma hüququnu pozdu və qeyri-hökümət sektorunun fəaliyyətinə ciddi əngəllər törədən qərarlar qəbul etdi. Putinə qədərki Rusiya köhnə Ford Mustang avtomobili idi. Putin hakimiyyətə gəldikdən sonra avtomobili (Rusiyanı) yenilədi, görüntü olaraq dəyişdi amma mahiyyəti dəyişmədi. Putin avtoritar formatı və beyinləri dəyişdirəcək addımlar atmadı. Rusiyanın avtoritar/imperial xarakterini saxlayaraq, imperiyanın zorakı xarakterini Gürcüstana hərbi intervensiyası ilə bütün dünyaya nümayiş etdirdi.

Rusiya yaxın və ya uzaq gələcəkdə tarixdə mövcud olmuş əksər imperiyalar kimi dağılacaq. İmperiyal agendası olan avtoritar ölkələr təhlükəsizlikləri üçün işğalçılıq siyasətini davam etdirməli, tərkibində və təsir dairələrində olan xalqları (Gürcüstanı çıxmaqla MDB dövlətləri) öz tabeçiliyində saxlamalıdılar.

Milli maraq anlayışı Rusiya kimi imperialist dövlətlər üçün demokratik dövlətlərin milli maraq anlayışından fərqlənir. Demokratik dövlətlərin milli maraq agendasında imperialist dövlətlərdən fərgli olaraq digər maraqlarla yanaşı demokratik dəyərlərin yayılması da yer tutur. Demokratik dəyərlər Rusiya tipli dövlətlərin legitim dəyərlərinə çevrilmədiyindən onların milli maraq konteksinə də daxil deyildir. Dövlət marağında demokratik amillərin olmaması Rusiyanın ətraf dövlətlərlə də münasibətinə təsir edir. Gürcüstan və Ukraynanın demokratik dünya ilə integrasiyasına Rusiyanın maneələri və digər MDB dövlətlərində isə qeyri-leqitim hakimiyyətləri dəstəkləməsi Rusiyanın dövlət maraqlarının avtoritarlığının göstəricisidir. Rusiya bunu özünün imperial təhlükəsizliyi üçün etdiyindən və bu prosesə xalqın dəstəyi olduğundan irəli sürdüyü bütün arqumentlər legitimdir. Köhnə, lakin görüntüsü yenilənmiş 1964 istehsalı Ford Mustang avtomobili davamlı olmadığı kimi Putin Rusiyası da davamlı olmayacaq.

Bəlkə Rusiyanın demokratikləşməsi imperiyanın dağılmasına gətirib çıxardacaq? Bu sualın üstündə birlikdə düşünək...

Ruslan Əsədov

2 comments:

Turgut Gambar said...

Ruslan, demek olar ki, her sheynen raziyam.
1 mesele var. Avtoritar rejimlerde xalqin neyi destekleyib-desteklemediyine mueyyen etmek cetin meseledir. Ola biler ki, Putin, Medvedev, Yedinaya Rossiya seckilerin hamisini saxtakarliq olmadan da udardilar. Amma administrativ resurs vasitesile tebligat demek olar ki, 1terefli gedirdi ve seciciler Putinin alternativlerini demek olar ki, gormek imkanina malik olmurdu. Plus insanlarin sisteme qarshi total qorxusunu nezere al

Ruslan Asadov said...

Turgut,

Men de senin dediklerinle raziyam. Azad metbuat olsaydi, azad toplashma huguguna hormet edilseydi ve s siyasi azadliglar gorunsaydi Rusiyada veziyyet bashga cur ola bilerdi. Reallig budur ki, Rusiyada ekser insanlar Sovetlerden qalma imperialist tefekkurdediler. Hakimiyyet bu tefekkurden istifade ederek xaricde dushmen obrazi yaradib ve siyasi azadliglari pozmagla xalqi istediyi kimi idare edir. Xalq imperialist tefekkurlu olmasaydi bu geder idare olunan olmazdi.