Bakıda Gül bayramı: 100-ə yaxın gənc saxlanılıb, 6 nəfər hələ də inzibati həbsdə. 10 və 11 may tarixində yerli mediada xəbər başlıqları əslində belə səslənməli idi. Hər halda, Azərbaycan nə qədər azad ölkə olmasa da, 100 nəfər gəncin saxlanması hər gün baş verən hadisələrdən deyil. Bu 100 nəfər gənc heç də İrəli gənclər hərəkatının sözçüsü Aynur Həsənzadənin dediyi kimi xuliqanlıq üstündə tutulmamışdı. Bu 100 nəfər gənc etiraz etdikləri üçün tutulmuşdu və bu 100 nəfər gənci etiraz etməyə heç bir təşkilat və siyasi qüvvə yox, onların vicdanı və vətəndaşlıq borcu çıxarmışdı. O vicdan və vətəndaşlıq borcu ki, bəziləri onların bu ölkədən həmişəlik sürgün edildiyinə əmin idi.
Axı nədir dünənə qədər siyasətdən kənar olmaqda, mobil telefonlarla “blutuzlaşmaqda”, Odnoklassniki saytında gününü keçirməkdə ittiham etdiyimiz gənclərin bu spontan və səmimi etirazlarının səbəbi? Gənclərmi istəməz yaxşı geyinib-keçinərək, şəhərə bayram gəzintisinə çıxsınlar? Gənclər bəlkə güllərəmi belə nifrət edir?
Aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən terror da bu ölkədə hər gün baş verən hadisələrdən deyildi. Birinci dəfə idi ki, bir Azərbaycan universiteti basqına məruz qalmışdı və bu basqının az qala bütün qurbanları həyatı hələ qarşıda olacaq universitet tələbələri idi. Və haqlı olaraq da, bu gənclərin ruhunu ölkə matəmlə anmalı idi. Keçmişin 40 günlük yasını istəmirdi heç kəs, heç olmasa bir günlük matəm idi tələblər.
Və bu matəm elan olunmadı. Nə də qoydular ki, gənclər özləri matəm eləsin öz həmkarlarına. ADNA-nın qarşısında güllər yoxa çıxdıqca, keçmiş Respublika Sarayının qarşısında güllər artırdı; ADNA-nın divarlarında xatirə sözləri silindikcə, keçmiş Respublika Sarayının qarşısı şüarlarla bəzədilirdi; ADNA-nın qarşısından insanlar zorla dağıdıldıqca, keçmiş Respublika Sarayının qarşısına insanlar yığdırılırdı.
Mayın 10-u və 11-i həmin o 100 nəfər gənc bax bu hörmətsizliyə, terror qurbanlarına qarşı bu laqeydliyə və bu ölkədə gəncliyə verilən dəyərə etiraz edirdi. Lakin gəlin baxaq Mayın 10-da və 11-də nə baş verdi. Yeddi yerli televiziya kanalı xaincəsinə susdu. Eləcə də Azərbaycanın ən böyük internet portalları. Çünki Azərbaycan Gül bayramını qeyd edirdi.
Əgər Azadlıq Radiosu və Facebook olmasa idi, şübhəyə də düşmək olardı – görəsən neçə Azərbaycan var və biz hansı Azərbaycanda yaşayırıq? Yox, əgər Azərbaycan elə birdirsə, bəs niyə o bu 100 nəfər gəncin fikrinə biganədir, səsini eşitmək istəmir? Və 100 nəfər gənc ifadəsini tez-tez təkrarlamağım üçün lütfən əsəbiləşməyin, çünki imkanım olsaydı onların adlarını bircə-bircə yazardım. Lakin belə imkan yoxdur deyə gəlin heç olmasa bu gəncliyin sözünü demək istədiklərinə görə inzibati həbs alanların adlarını çəkək:
Əbülfəz Qurbanlı (10 gün inzibati həbs)
Məmmədli Əhəd (3 gün inzibati həbs)
Abbasov Yalçın (3 gün inzibati həbs)
Kərimov Murad (3 gün inzibati həbs)
Rəfiyev Fərid (3 gün inzibati həbs)
Abbasov Tural (3 gün inzibati həbs)
Əli Novruzov
100 nəfər gənc
Labels: movqe
Subscribe to:
Post Comments (Atom)
2 comments:
Yaxsi yazmisane Ali ama etiraz bluetoothlasan gencler deyildi etiraz edenler. Onlar azad dushunceli, bosh dushuncelerle yashayan gencler deyildi. O bluetoothlasan gencler gul bayramina gelenler idi. Axsam da konserte qelmisdiler "qiz tutmaga" bluetoothlari da tetikde ! ! !
Siyasi tesiri blootoothlashan genclerin heyatina toxundurmaq lazimdir ki onlarda etiraz etsinler. Onlari enlighten elemek mumkundur. Her kes lider olmur, ama onun arxasinca gedenler chox olur. Bunu elemek lazimdi. Ish gormek lazimdi, qinamaq kifayet deyil. Bosh bosh ishlerle meshqul olan gencin bosh bosh ishlerle meshqul olmasinin sebebi ile mubarize aparsaq gorerik ki netice gozel olur.
Post a Comment