İbrus teatrında "Persepolis" filminin nümayişi olacaq

Əziz dostlar,

21 May - UNESCO-nun “Mədəni müxtəliflik” (Cultural Diversity) günüdür. “Tolerant OL!” şüarına sadiq qalan OL! Azərbaycan Gənclər Hərəkatı bu gün münasibətilə Fransanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə bu ilin may ayı ərzində “Oskar”a nominantı və Kann festivalının mükafatçısı “Persepolis” animasiya filminin Azərbaycanda ilk dəfə nümayişini təşkil edir.

Film fransız, ingilis və rus dillərində olmaqla üç dəfə nümayiş olunacaqdır.

İlk seans: May 15, 19.00
Məkan: İbrus Teatrı
Dil: Fransız (ingilis subtitrləri ilə)

GİRİŞ PULSUZDUR.

Filmin baş qəhrəmanı olan xanım Mərcan Sətrapi, həm də filmin ssenarisi və eyniadlı kitabın müəllifidir. O, İranda əsrlər boyunca hakimiyyətdə olan məşhur türk Qacarlar nəslindəndir və hal hazırda Strazburqda yaşayır. Filmdə Cənubi Azərbaycan azadlıq hərəkatı haqqında maraqlı məqamlar səslənir.

Filmin nümayişi uğurlu alınacağı təqdirdə OL! Azərbaycan Gənclər Hərəkatı xanım Sətrapinin Azərbaycana dəvət olunması və onun iştirakı ilə görüşün təshkilini planlashdırır.

Film haqqında qısa məlumat:

İki saatlıq animasiya filmi ABŞ və Fransanın birgə istehsalıdır. Film müasir İran tarixindən bəhs edir. Şah rejiminin devrilməsini səbirsizliklə gözləyən orta təbəqəyə məxsus iranlı bir ailə 1979-cu il inqilabını böyük sevinclə qarşılayır. Ailənin şıltaq qızı repressiyalardan qurtulan kommunist dayısının qayıdışına çox sevinir.

Ancaq günlər keçdikcə ətrafda həbsə alınanların sayı durmadan artır. Tehranda yeni qurulan islam hökuməti rejimə qarşı çıxanlara nəfəs dərməyə belə imkan vermirlər. Qızın dayısını güllələyirlər.

Ailə şok içindədir. Öz qızını Avropaya - Vyanaya göndərmək məcburiyyətində qalır. Avropada da ozunu tapa bilmeyen genc xanım İrana qayıtmaq məcburiyyətində qalır. Qızın depressiyadan necə çıxdığını, sonda hansı qərar qəbul etdiyini bilmək istəyirsinizsə, sizi mütləq “Persepolis” animasiya filminə baxmağa devet edirik.

Bu elanı dostlarınız arasında yaymaqdan çəkinməyin.

Film nümayişi ilə bağlı suallar üçün (050) 6362877 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

1 comment:

viagra said...

Avropada da ozunu tapa bilmeyen genc xanım İrana qayıtmaq məcburiyyətində qalır. İranda əsrlər boyunca hakimiyyətdə olan məşhur türk Qacarlar nəslindəndir və hal hazırda Strazburqda yaşayır. Filmdə Cənubi Azərbaycan azadlıq hərəkatı haqqında maraqlı məqamlar səslənir.23jj