"Persepolis" filminin nümayişi keçirildi

15 May, 2009 tarixində OL! Azərbaycan Gənclər Hərəkatı Fransanın Azərbaycandakı Səfirliyinin təşkilati dəstəyi ilə İbrus teatrınında fransız kinemotaqrafiyasının istehsalı olan, iranlı xanım Mərcan Sətrapi tərəfindən çəkilmiş "Persepolis" filminin nümayişini təşkil etmişdir.

İran İslam inqilabi və inqilabdan sonrakı İranı təsvir edən filmdə liberal bir ailədə böyüyən qızın taleyindən bəhs olunur, inqilabın cəmiyyətin müxtəlif təbəqələrinə göstərdiyi təsirlər əks olunur. Filmin nümayiş olunmasında əsas məqsəd gənclərin diqqətinin insan hüquqlari, tolerantlıq, mədəniyyətlərarası anlayış və dialoqun qurulması kimi məqamlara cəlb edilməsi idi. 100-ə yaxın gəncin iştirak etdiyi film seyri bitdikdən sonra OL-un kamerasına müsahibə verən gənclər filmdə təsvir olunan bəzi məqamlara hazırkı Azərbaycan cəmiyyətində də rast gəldiklərini söylədilər.

Filmin nümayişi üç mərhələdə nəzərdə tutulduğundan ilk dəfə film fransızca nümayiş olunmuşdur. Bundan sonrakı mərhələlərdə film ingilis və rus dillərində nümayiş olunacaqdır.

2 comments:

Anonymous said...

filmi keçen illerde izledim fransanın oscar adayaı idi eyni zamananda. faşist! rejimi çox gözel gösterir..

Anonymous said...

filme baxanlar yegin onu da gorduler ki sacini sari boyamagla, pive icmek ve diskoya getmekle demokratiya yaradilmir, haglar elde olunmur, hansi bugun bizde ozunu avropa deyerlerine heyasizcasina sirimag isteyen gencler avropa deyerlerini yuxaridaki saydiglarimda gorurler teessuf ki