Gənc Yox Ağlamaq Yox

Bu yaxınlarda bir il bundan öncəki əhval ruhiyyəm haqqında düşünürdüm. O zaman indikindən daha coşqulu, daha emosional, daha dağıdıcı birisi idim. Bəzən o günlərim üçün darıxıram, istəyirəm daha az rasional düşünüm, çılğın olum, xəyallarımla yaşayım və onları subyektiv reallığıma çevirim. Coşquluq, emosionallıq indi də var, sadəcə bir il bundan öncəki qədər deyil. Biz gənclər gənclik enerjimizi, emosiamızı, coşqumuzu qiymətləndirməliyik. Bu gün bizdə olan coşqu, müsbət emosiya, idealistlik bir neçə ildən sonra olmaya bilər (fövqəladə insanları çıxmaqla).

Bir çox problemlərimizin həll edilməsində gənclik coşqusuna ehtiyac var. Gənc yaşımızda daha idealist oluruq, dünyanı daha gözəl görürük. Gördüyümüz gözəlliyi reallaşdırmalıyıq. Əslində dünya biz onu necə görürük elədir. Xəyallarımızda olan dünyanı qurmaq üçün gənclik enerjisindən, müsbət emosialardan istifadə etməliyik.

Müxtəlif təşəbbüslərdə bulunmalı, təkliflər verməli və çoxlu səhvlər etməliyik. Gənc insan səhv etməkdən, uğursuzluqdan qorxmamalıdır. Səhv etmək bizlərin hüququdur. Hər bir səhv və ya uğursuzluq yeni nəyinsə başlanğıcı deməkdir. Bunun üçün bizlər qərar qəbul etməkdən, fikrimizi ifadə etməkdən və onları həyata keçirtməkdən çəkinməməliyik.

Gənclik tabe olmaqdan çəkinməlidir, ətrafında bir çox şeyi sual/şübhə altına qoymalıdır. Bizlər obyektiv reallığı, həqiqəti qəbul etməkdən daha çox özümüzün subyektiv reallıqlarımızı, həqiqətlərimizi yaratmalı və qəbul etdirməliyik. Gənc olaraq fərqli olmaqdan, xaotik olmaqdan çəkinməməliyik. Unutmayaq ki, nizamın əsasında nizamsızlıq, təşkilatlanmanın əsasında xaos durur. Bizlər həm xaotik, həm nizamlı olmalıyıq. Xaosdan strukturlar, nizamsızlıqdan nizam yaratmalıyıq.

Gənclik coşqumuzu, idealistliyimizi həyatımızın müxtəlif sahələrində tətbiq etməliyik. Universitetdə müəllimlə mübahisə etməli, sual verməkdən çəkinməməliyik. Bizi qane etməyən bir çox şeyə etiraz etməli, fikirlərimizi azad şəkildə ifadə etməliyik. Təhsil əslində akademik və biznes xarakterli alış-veriş prosesi olduğundan tələbə olaraq bizə lazım olanı, istədiyimizi almağı bacarmalı və müəllimləri, təhsil işcilərini bizə lazım olanı verməyə məcbur etməliyik. Müəllimlə, həkimlə, polislə, məmurla, millət vəkilləri və valideynlərimizlə ünsiyyətdən çəkinməməli, hüquqlarımızı bilməli və onlara hörmət etməyi tələb etməliyik.

Gənclik coşqumuzun müsbət tərəfi olduğu kimi mənfi tərəfləri də ola bilər. Emosiyamızın mənfi tərəflərini nəzarətdə saxlamaq üçün yetkinləşməli, yaxşı təhsil almalı (kitablar, məqalələr oxumalı), yeni ölkələr gəzməli və müxtəlif dairələrdən olan insanlarla tanış olmalıyıq. Tolerant olmalı, bacımıza-anamıza qarşı zorakı olmamalı, bir-birimizin sözünü kəsməməli, mənəvi və fiziki sağlam olmalı, ən əsası azad olmalıyıq. Bunu da gəncə verən deyillər, gənc özü tələb etməlidir və buna doğru getməlidir.

Gənc reallığı qəbul etmir, onu yaradır!

P.S. Azad insan nümunəsi Bob Marley "No Woman No Cry" mahnısında qadını ağlamamağa çağırır. Mən də bu yazımda gənclərimizi ağlamamağa, öz talelərinin hakimi və yazarı olmağa çağırıram: Ağlama ay gənc!

Ruslan əsədov

10 comments:

Anonymous said...

Ruslan,
Senin kimi bir genci tanimagimla fexr edirem, bunu semimi urekden deyirem.
megaleye gore teshekkur. Geleceyimiz yalniz genclerimizin elindedir, gencliyimizi deyerlendirek ve ondan behrelenek!
Fatime Hesenova

Anonymous said...

Tebrik edirem Ruslan,chox ugurlu alindi sende,novbetini gozleyirik..

Anonymous said...

"Səhv etmək bizlərin hüququdur" ==== amma az'da nece diyerler sehvleri bagislamirlar...yerli dille desek sehvsen brat i vse

Umud edirem veziyyet tez bir zamanda deyiser.

Metanet said...

Universiteti bitiririk ve teessuflenirik--axi biz bu 4 ilde daha cox nailliyyet elde ede bilerdik!Amma bir sey de var ki univ-e daxil olanda usaq kimi daxil oluruq ve ancaq son kurslarda bir balaca usaqliqdan ayiliriq.Amma artiq gec olur.Kas ki heqiqeten ayilmis olaydiq belke bize ele gelir ki ayildiq....Her halda bunu gelecek gosterecek!En boyuk sehv gecikmekdir.Esas odur ki her seyi vaxtinda edesen.Bir de ki ugursuzluq haqqinda dusunmeyek(men ugursuzluqdan qorxuram).

Anonymous said...

"bacımıza-anamıza qarşı zorakı olmamalı" ne demeydi?
Alik

Anonymous said...

Bizim universiytetde cox sukur ki sen deyen catishmamazliqlar yoxdu.Insallah bizim dovlet universitetlerinde de el olar.Meqale chox xoshumua geldi.Biz oturub evdekileri gozdememliyik ki bize nese gun aqlasinlar.Univeritetden sora dayday axtarmamaliyiq ve.s Ama Azerbaycanda gencliyi boqurlar.En azinnan bunu sen evdekilere basha salana qeder uje gencliyin dalda qalir.Baxirsan ki artiq genc deyilsen.Mence bizde her sey mentalitetden basdiyir...Insallah getdikce duzeler!!!

Anonymous said...

Эх, не затягивает, скучно. Вспомнил, как я участвовал на собрании в каких-то конторах. Ну и что?! И потом, как я считаю, испортил песню, не правильно перевел. И к чему вообще это цитата? А вот мой ответ: у итальянцев есть поговорка, что старика надо убивать (жестоко) в детстве. Так томно рассуждать, а потом говорить, что я часть молодежи? Могу ли я в это поверить? Нет, автор до мозга костей уверен в своей правоте! А это самое страшное. «Homo sapiens» – человек разумный, не самый идеальный, а вот человек сомневающийся(!) – вот у него есть возможность стремиться к идеалу. Ну, как говориться пиши еСчо. Обязательно прочитаем.

Ruslan Asadov said...

Cavan adam, shubheynen baghli dediklerinizle raziyam. Menim uchun aghilli insan hech neden hech zaman tam emin olmur, her shey onda shubhe oyadir, mutleg hech neyi qebul etmir, her sheyi her zaman sual edir, her zaman cavab axtarir, verilen cavablarla qane olmur, yene de cavab axtarir, heqiqeti tapmag uchun sefere chixir, yene de de axtarir, yene de gedir-gelir ve hemishe bele olur........son ise hemishe chox subyektiv olur....

Anonymous said...

Ну, что делать, если ты (демократия зародилась, как считается в Древней Греции, там все обращались только на «ТЫ», уж очень я большой демократ и педант) так считаешь и даешь народу (а мы же любим всегда обращаться к народу, это придает важность к нашей глупости) шаблон умного человека.
P.S. Я написал этот пост ради двух фраз в скобках

Anonymous said...

Salam. avrasiyaya gəlməyinizi bildim. belə ziyalı gəncin olması gələcəyə inamı artırır. salamınızı aldım. yenıdən gormək istərdim sizi. Мне удобней на русском. Много думала о вас. думаю, вы нужны стране и народу. позвоните в цент пожалуста. иногда говорите или показывайтесь там. в первый раз я в интернете. стаьи ваши интересные. отражают ваш характер. не забывайте про нас.