Inkar et, Tabe olma

Uşaq qalmaq istəyirəm şəkildəki kişi kimi çarəsiz, incik, laqeyd vəziyyətə düşməmək üçün!

Uşaq qalmaq istəyirəm ən gözəl oyuncağım: daxili azadlığımı, ideyalist kimliyimi itirməmək üçün!

Uşaq qalmaq istəyirəm ətrafdakı yalançılığı, saxtalığı, rüşvəti, vicdansızlığı dərk etməmək üçün!

Uşag olmağın üstünlükləri çoxdur. Uşaq olanda sənin qayğına qalırlar, yedizdirirlər, məktəbə aparıb-gətirirlər. Heç nəyin dərdini çəkmirsən, dünya sənin üçün oyuncaglarından, gündəlik bir neçə dəfə verilən yeməklərindən və valideynlərindən gələn instruksiyaların yerinə yetirilməsindən ibarətdir. Uşaq olanda bir tərəfdən azad olursan, digər tərəfdən isə özün də bilmədən səni idarə edirlər.

Bu arada, uşaqlıqda bizə göstərilən qayğı və himayə sözlərinin mənalarını açmaq ağlıma gəldi. Bu sözlərin mənim üçün mənaları bir qədər fərqli anlam daşıyır. Himayə sözü qayğı sözünə nisbətən daha avtoritar kəlmədir. Qayğı sözü isə daha demokratik olmaqla yanaşı, mənə biganə olmamağı, məsuliyyəti, vicdanı xatırladır. Himayə sözü isə daimi nəzarəti, hakimiyyəti əldən verməməyi, paylaşmamağı xatırladır. Böyüklər gənclər üzərindəki hakimiyyəti əldən vermək istəmədiklərindən daim bizləri nəzarət altında saxlamaq, himayə etmək, özümüzün müəyyənləşdirəcəyimiz yolumuzu, edəcəyimiz seçimimizi bizim əvəzimizə etmək istəyirlər. Nəticədə, “Sizin xöşbəxtliyiniz üçün edirik; Böyüklük borcumuzu yerinə yetiririk və s” kimi ifadələr işlətməklə avtoritar kimlik və hərəkətlərinə haqq qazandırmış olurlar.

Böyüklər, uşaqlara və özlərindən kiçiklərə hakimiyyətləri altında olan subyektlər kimi yanaşır və onları daim idarə etmək istəyirlər. Onlar qayğı göstərməkdən daha çox himayə edirlər. Himayə diskursuna isə uşağı zorakılıqla böyütmək, rüşvət verməklə, müəllimi satın almaqla oxutmaq, tapşırıqla işə düzəltmək, xalqın dili ilə desək ona arvad seçmək və arvad almaq, ölənə qədər uşağın üzərində mənəvi hakimiyyəti saxlamaq daxildir.

Şəkildə gördüyünüz bu yaşlı, yazıq insan vaxtilə himayə altında böyüyənlərdəndir. Himayə altında böyüdüyündən bu qədər çarəsiz, incik durumdadır. Himayə altında böyüdüyündən oğlu olan bu gənci özünün çürük hakimiyyətini saxlamaq üçün yanında saxlayır. O oğluna inanmır, çünki özünə inanmır. O uşağının azad olub səhv edərək öyrənməsini, hüquqlarını bilməsini, özünə həyat qurmasını, həyat yoldaşı seçməsini, təhsil almasını, səyahət edərək yeni insanlarla tanış olmasını istəmir. Belə valideynlər/böyüklər çoxdur, hər yerdədir. Onlar ailəmizdə, icmamızda, universiterlərimizdə, təhsil nazirliyimizdə, polis şöbələrimizdə-hər yerdədirlər.

Dostlar!

Azad olaq, həyatımızı özümüz quraq. Avtoritar valideynləri, böyükləri inkar edək. Böyüklərimizin bizə qoyduqları rüşvəti, yalançılığı, yaltaqlığı, məsuliyyətsizliyi rədd edək, həyatımızdan çıxardaq. Unutmayın ki, hər birimizin həyatı gələcəkdə bu kişinin durumu kimi ola bilər. Gəlin məsuliyyətli olaq, gələcək nəslə, öz uşaqlarımıza nə qoyacağımız haqqında düşünək! Himayə etməyək, qayğı göstərək, sevək. Vicdan haqqında daha az danışaq, onu daha çox yaşayaq.

Özünüzü sevin, həyatınızı sevin, gəncliyinizi dəyərləndirib gələcəyinizi qurun!

Görəsən oğlum gələcəkdə bunları oxuyub nə deyəcək...

Ruslan Əsədov

9 comments:

Anonymous said...

Ты прав, о как ты прав!!! как я сам боюсь быть стариком там, где и молодой и ребёнок все под угрозой!но мы рождены, чтоб сказку сделать былью!!! так что все мы ДОЛЖНЫ СДЕЛАТЬ ТАК, что твой сын сказал, но мой папа был не прав, он не знал, что все так будет. И, конечно, я оставлю свой совет: если ты уж назвался молодым - будь до конца молодым!!!

Ruslan Əsədov said...

Bezen yashli insanlar ozleri ede bilmediklerini cavanlarda gorende onlara "gencsen, hele basha dushmursen", "tecruben azdir" ve s kimi sozler deyerek cavanlari hevesden salmagha sovg edirler. Onlar anlamirlar ki, vicdan, mesuliyyet anlayishlarinin yashi olmur. Bu anlayishlar, deyerler (tolerantlig, edalet, azadlig ve s) hem yashli hem de genc insanlarda olmalidir. Formatiniz qocalmasin!

Lucky-S said...

Raziyam, cavanlara yolu gostermeyib onu bagliyirlar. Hevesden dushmeyin ve secdiyiniz yolunuzu devam edin...istediyinize her zaman nail olacaksiniz.

Ruslan Əsədov said...

Yolu oturushmush cemiyyetlerde yashayan, ugur qazanmish boyukler gostere bilerler. Bizim cemiyyet oturushmush olmadighindan, boyukler ise ugursuz netice teklif etdiklerinden yol gostermelerine ehtiyac yoxdur. Gencler ozleri yolu tapacglar. Ozleri tapmalidir, hech kim vermeyecek.

Anonymous said...

Tamamile raziyam, halbuki her shey genclerden asili olmur, valideynlerden chox asili olurug, chunki cemiyyetimiz bu cur gurulub, chunki biz bu cemiyyetde yashayirig, en esasi valideynler ile birlikde yashayirig. Onlar ise dediyin kimi her zaman seni gorumaga chalishirlar. Hetta dushuncelerimiz, baxishlarimiz bele oxshar olsa da, yashadigimiz cemiyyet onlarin movgelerini deyishdirir, himayelerini guclendirir.. Bunlar tebii ki bizi gorumag uchun edilir, ancag eslinde bu bizi gorumur. heyat mubarizedir, heyat yolunu ozun istediyin kimi kechmesen, chetinliklerle uzleshmesen hech bir zaman mustegil shuurlu olmayacagsan, xususile genclik illerinin deyerini bilmek lazimdir. Ancag ne edesen.. misal uchun men bugun valideynlerimden bir shey uchun icaze aldim ve YOX cavabini aldim. Onlarin icazesi olmasa, men bunu ede bilmerem, sadece ede bilmerem, chunki bele boyumushem ve chunki onlarla yashiyiram. En esasi mustegilliyni ve azad ruhunu daxilinde itirmeyesen, chunki bu hissler insana mubarize aparmag gucu verir. Her zaman mene her hansi bir mesele uzre redd cevabi geldiyi zaman bu mene daha da chox guc verir ve meni mubarize aparmaga vadar edir. Bu ele ozluyunde de chetinliklerle mubariez aparmagdir.
Gencliyimizi yashamaga chalishag, gencler arasinda birlik gurag-birlik gucdur, en esasi ise cemiyyetimizi birge gucumuz ile deyishek!
Fatima Hasanova

Ruslan Əsədov said...

super fatosh: "En esasi mustegilliyni ve azad ruhunu daxilinde itirmeyesen, chunki bu hissler insana mubarize aparmag gucu verir. Her zaman mene her hansi bir mesele uzre redd cevabi geldiyi zaman bu mene daha da chox guc verir ve meni mubarize aparmaga vadar edir"

Unknown said...

Sizi oldurmeyen chetinlikler, sizi daha da guclu edir (c):)

Anonymous said...

Все вроде бы так хорошо начиналось, но и как и все хорошее закончилось примитивно... в данном случае цитатой из "старика" философа.

Orkhan said...

Inkar, edəcəm... Mən mütləq I nkar edəcəm.