Almaniya deputatı həbsdəki gənclərlə görüşmək üçün Bakıya gəlib

2009-07-30

Almaniya Bundestaqının deputatı Yorq Tauss həbsdə olan iki gənc fəal - Emin Milli və Adnan Hacızadə ilə görüşmək üçün Bakıya gəlib. Məlumatı “Turan” agentliyi Almaniyanın Azərbaycandakı səfirliyinə istinadla yayıb.

Y.Tauss Sosial Demokrat Partiyasının üzvüdür. Təhsil və elmi araşdırmalar məsələləri ilə məşğul olan deputatın Azərbaycanla, xüsusilə Milli Elmlər Akademiyası ilə sıx əlaqələri var.

E.Milli və A.Hacızadə iyulun 8-də Bakıdakı “Livan” restoranında baş vermiş davaya görə saxlanıblar. İyulun 10-da Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) üzrə başlanan işlə əlaqədar onların hər biri barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090730071443346

1 comment:

kamagra said...

və Adnan Hacızadə ilə görüşmək üçün Bakıya gəlib. Məlumatı “Turan” "Almaniya deputatı həbsdəki gənclərlə görüşmək üçün Bakıya gəlib"