Ülkər Akifqızı
Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsi Azərbaycanın Belçika, Lüksemburq və Avropa Birliyindəki səfirinə gənclər hərəkatı fəalları Adnan Hacızadə və Emin Millinin həbsi ilə əlaqədar müraciət göndərib. Müraciətdə gənclərin həbsindən, o cümlədən Apellyasiya Məhkəməsinin aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasından narahatlıq ifadə olunub.
Bildirilir ki, gənclərin həm saxlanarkən, həm də istintaq zamanı hüquq və azadlıqlarını pozulub. Həmçinin qeyd olunur ki, məhkəmənin qapalı keçirilməsi Azərbaycanın qoşulduğu beynəlxalq razılaşmalara ziddir.
Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişə ilə bağlı xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamını əsassız sayırlar.
http://www.azadliq.org/content/article/1788016.html
Gənc fəalların hüquq və azadlıqlarını pozulub
Labels: AEbeynelxalq
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Həmçinin qeyd olunur ki, məhkəmənin qapalı keçirilməsi Azərbaycanın qoşulduğu beynəlxalq razılaşmalara ziddir Müraciətdə gənclərin həbsindən, o cümlədən Apellyasiya Məhkəməsinin aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasından narahatlıq ifadə olunub.
Post a Comment