Vətəndaş hüquqları fəalları Emin Milli və Adnan Hacizadənin həbsi ilə bağlı BÜNDNIS 90/DIE GRÜNEN (Yaşıllar) partiyasının sədri Cem Özdemirin bəyənatı:
Qafqaz yenə alov içindədir. İyulun 8-də Azərbaycan vətəndaş cəmiyyətinin iki qabaqcıl nümayəndələri yalandan quraşdırılmış səbələrə görə həbs edilmişdir. Hər iki gənc vətəndaş hüquqları fəalı illərlə alman siyasi fondları ilə birgə əməkdaşlıqdadırlar. Onlar dünya görüşlü, patriot və liberaldırlar.
İyulun 8-i, siyasi məsələlərin müzakirəsi üçün, Emin Milli və Adnan Hacizadə Bakıdakı restoranların birində görüşmüşdürlər. Orada gənclərə hücum edildi, onlar döyülüb həsarət aldılar, sonra isə polis tərəfindən saxlandılar. Hər ikisi istintaq bitənə qədər həbsdədirlər və bir-neçə ilə qədər azadlıqdan məhrum oluna bilərlər – onlara hücum edənlər isə əksinə buraxıldılar. Sovet vaxtlarında kimi, Milli və Hacizadə „xuliqanlıq“-da ittihamlanırlar.
Fəalların həbsi Azərbaycanda İlham Əliyevın rəhbərliyi altında demokratiyanın sürətli tenezzülünün növbəti işarəsidir. 2009-cu il 18 mart tarixində keçirilən referendum, Əliyevın istənilən qədər prezident seçilmək üçün məhdudiyyəti aradan qaldırdı. Bu yaxınlarda, Azərbaycana daxil olmaq üçün viza almaq şərtləri sətləşdirilmiş və GHT-ların hüquqları məhdudlaşdırılmışdır.
Emin Milli və Adnan Hacizadənin beynəlxalq dəstəyə ehtiyacları var. Fəallara kömək etmək üçün, Alman höküməti və Avropa Birliyi, Azərbaycan hökümətinə təsirindən istifadə etməlidirlər. Dünən, "Nabukko" qaz kəmər proyekti haqda sazişə imza atmaqla, Azərbaycan höküməti Avropa enerji təhlükəsizliyinə öz töhvəsini verməyə razılığını bildirdi. Azərbaycan Avropa dövləti olaraq, Avropa Şurasının və Avropa Birliyinin Şərq Əməkdaşlığı proqramının üzvüdür. Nəticə olaraq Azərbaycan höküməti demokratik standartlar və Avropa hüquq normalarına rəftar etmək və bununla Emin Milli və Adnan Hacizadəni azadliqa buraxmaq borcundadır.
Almaniya Yaşıllar Partiyasının sədri Cem Özdəmirin bəyənatı
Labels: AEdestek
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment