Gənc fəallar haqqında məhkəmə qərarı qüvvədə qaldı

İlqar Rəsul

İyulun 20-də gənc fəallar - Adnan Hacızadə və Emin Millinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri hakimlərin dəyişdirilməsi üçün vəsatət qaldırıblar. Onlar iclası qapalı keçirdiyi üçün məhkəmə tərkibinə etiraz ediblər.

Adnan Hacızadənin işi üzrə hakim Mirpaşa Hüseynov, Emin Millinin işi üzrə hakim isə Cəlal Ramazanovdur.

Məhkəmə vəsatəti rədd edib.

İlk öncə Emin Millinin məhkəmə qərarından verdiyi apellyasiya şikayəti təmin edilməyib. Bu barədə jurnalistlərə onun vəkili Elton Quliyev məlumat verib.

Daha sonra digər vəkil İsaxan Aşurov deyib ki, onun müdafiə etdiyi Adnan Hacızadənin də şikayəti təmin edilmədi.

Məhkəmə qarşısında ölkədəki bir sıra səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər yığışmışdılar.

Gənc fəallar Adnan Hacızadə və Emin Milli xuliqanlıqda təqsirləndiriliblər və barələrində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları gənclərin saxlanmasını pisləyib və onlara qarşı irəli sürülən ittihama inanmadıqlarını bəyan ediblər.

http://www.azadliq.org/content/article/1780951.html

1 comment:

viagra online said...

Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri hakimlərin dəyişdirilməsi üçün vəsatət qaldırıblar. Onlar iclası qapalı keçirdiyi üçün məhkəmə tərkibinə etiraz ediblər.