Gənclərin Apelyasiya məhkəməsi təxirə salındı

Vəkillər Adnan Hacızadənin prosesdə iştirakını tələb ediblər

QayNar: Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun və Camal Ramazanovun sədrliyi ilə, həbs edilmiş gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə şikayət üzrə başlayan məhkəmə prosesləri təxirə salınıb.

Vəkil İsaxan Aşurovun Qaynar.info-ya verdiyi xəbərə görə, qapalı keçirilən proseslər Adnan Hacızadənin iştirakı olmadan başlayıb. Belə ki, prosesdə E.Milli iştirak etsə də, A.Hacızadə məhkəməyə gətirilməyib. Vəkil buna etiraz edərək, onun iştirakının təmin olunması barədə vəsatət qaldırıb.

Hakim vəsatəti təmin edib.Apelyasiya Məhkəməsi növbəti prosesin vaxtını 20 iyul tarixinə təyin edib. Məhkəmə E.Millinin şikayətinə saat 14-30-da, A.Hacızadənin şikayətinə isə 15-00-da baxacaq.

http://news.qaynar.info/28936.html

No comments: