Adnan həmişə müraciətə başlayanda “əzizlərim” kəlməsi ilə başlayardı. Mən də bu kəlmədən istifadə edərək sizlərə müraciət edirəm.
Əzizlərim,
Bəziləriniz tələbə, bəziləriniz müəllim, bəziləriniz ictimai sektorda bu və ya digər səviyyədə aktiv insanlar, bəziləriniz məmurlar, bəziləriniz isə xaricdə yaşayan və ya təhsil alan azərbaycanlılarsınız. Adnanın və Eminin həbsdən azad olmalarına yardım etmək üçün bu məsələni ictimailəşdirməli və beynəlmiləşdirməliyik. Bu haqda yazılar yazılmalı; videolar çəkilməli; yaradıcı təşəbbüslər irəli sürülməli; beynəlxalq təşkilatlar, beyin mərkəzləri, qəzetlər, televiziya kanalları məsələ barədə məlumatlandırılmalı; Adnanın və Eminin həbsdən azad olunmasına nail olmaq üçün xarici vətəndaşlar tərəfindən müxtəlif formalarda müraciətlər hazırlanaraq yerli bloglara, vebsəhifələrə, nüfuzlu təşkilat və səfirliklərin email ünvanlarına göndərilməlidir.
Təklif etdiyim variantlar:
1. Hər bir insan (xaricdə və ya Azərbaycanda yaşayan, yaş və aid olduğu sektordan asılı olmayaraq) Adnanın və Eminin həbsini pisləyən və onların həbsdən çıxmasını tələb edən müraciətlər yazsınlar; yerli və beynəlxalq təşkilatların, səfirliklərin email ünvanlarına, poçt ünvanlarına göndərsinlər. Müraciətlər qısa və ya uzun, müxtəlif yaradıcı vasitələrlə yazılmış (şəkillər, rəngli qələmlərlə yazılmış, uşaqlar tərəfindən yazılmış), ingilis və azərbaycan dillərində, anonim və yaxud da sonda nick name-niz qoyulmuş formada ola bilər. Müraciətləri sizlər OL! Azərbaycan Gənclər Hərəkatının email ünvanına (ol.azerbaijan@gmail.com) göndərə bilərsiniz və biz müraciətləri bloqumuzda yerləşdirərik.
2. Yaşadığınız ölkədən, şəhərdən, kənddən asılı olmayaraq Adnan və Eminə dəstək videoları çəkə bilərsiniz. Video müraciətlər qısa olmalı, hər bir şəxs qısa olaraq (10 saniyə ərzində) Emin və Adnanı dəstəklədiklərini qısa mesajla bildirməli, müraciət İngilis dilində olmalıdır. Şəraitdən asılı olaraq telefonlardan, kameralardan istifadə edə bilərsiniz. Video müraciətlər hazır olandan sonra onları Facebook və youtube vasitəsilə yaya və ol.azerbaijan@gmail.com email ünvanına göndərə bilərsiniz.
Dəstək formaları çox ola bilər. Hamınızı bu işdə aktiv, yaradıcı olmağı və effektiv nəticə ortaya qoymağı arzu edirəm.
Ruslan Əsədov
Müraciət: Biz bu məsələni ictimailəşdirməliyik
Labels: AEdestek
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment