«The New York Times»: «Eşşək geyimi həbslə nəticələnir»


«Keçən ay bir qrup azərbaycanlı bloqqer eşşəyin jurnalistlər qarşısında mətbuat konfransı keçirməsi barədə video yerləşdirib. Boz rəngli böyük kostyum geyinmiş Adnan Hacızadə Azərbaycanda eşşəkləri gözləyən təmtəraqlı həyatdan danışaraq onları yamsılayır. Onun auditoriyası olan gənc kosmopolit azərbaycanlılar üçün bu video hakimiyyətin yamsılanması idi. Yerli medianlın yazdığına görə Azərbaycan hökuməti ölkəyə eşşək gətirmək üçün həddən çox pul xərcləyir».

«Nyu-York Times»də dərc olunmuş Ellen Berrinin «Azərbaycanda eşşək geyimi gülüşlə və hətta həbslə nəticələnir» adlı yazısında belə deyilir.

26 yaşlı Adnan Hacızadə və digər bir ictimai fəal 30 yaşlı Emin Milli keçən həftə Bakıda həbs olunarkən öz dostları ilə restoranda olublar. Bu hadisənin Azərbaycanda internet mediasına təzyiqlərin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan hakimiyyəti deyir ki, bu iki gənc başqa birilərinə fiziki hücum edib. Lakin şahidlər bu iddia ilə razılaşmırlar. Onlar xuliqanlıqda ittiham olunan gənclərin məhkəməsini gözləyirlər. Əgər bu ittiham sübut olunarsa, gəncləri bir ildən beş ilədək həbs gözləyir.

Adnan Hacızadənin vəkilinin dediyinə görə, Emin və Adnan həbs olunduqalrı gün öz dostları ilə restoranda olublar və öz aralarında siyasi debat aparırlarmış. Həmin vaxt iki yad adam onlara yaxınlaşaraq söhbətlərinə müdaxilə edib və onları döyməyə başlayıb. Gənclərin hər ikisi bununla bağlı şikayət eləmək üçün polisə müraciət edirlər. Polis isə məsələni araşdırmaq əvəzinə onları həbs edir və onlara qarşı cinayət işi açıb.

Almaniya və Amerika diplomatları məsələ ilə bağlı narazılıqlarını bildirdikdən sonra Azərbaycan hökuməti xarici ölkə səfirlərini məsələyə müdaxilə etməməyə çağırışla bağlı bəyanat yaydı və həbsin adi xuliqanlıq halı olduğunu bildirdi. Hökumətin dediyinə görə burada heç bir siyasi motiv ola bilməz.

Azərbaycan prezident administrsiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki, bu saytlar Azərbaycan cəmiyyətində xoş qarşılanmır və elə də maraq doğurmur. «Mən sözün düzü bu gənclər haqqında heç vaxt eşitməmişəm».

Regiondakı digər ölkələrdə olduğu kimi media azadlığı məhdudlaşdırıldığı üçün internetdən istifadə geniş yayılıb. Neft gəlirlərinin artdığı Azərbaycanda müxalifətin səsi eşidilməz olub. Oliqarxların maliyyələşdirdiyi televiziyalar hökumətin nəzarətinə keçib. Hökuməti tənqid edən qəzetlərə isə demək olar ki, reklam verilmir. 27 yaşlı keçmiş qəzet müxbiri Məhərrəm Səfərli deyir ki, xarici serverlərdə qeydiyyatdan keçən və hökumətin bloklaşdıra bilmədiyi internet səhifələr sonuncu informasiya mənbələridir.

Emin və Adnan Almaniya və ABŞ-da təhsil alıblar və sonra öz ölkələrinə qayıdaraq qərbyönümlü gənclərin mühitinə düşüblər. Emin Milli internetdə yayılan televiziya kanalını yaradıb. BP-nin ictimai əlaqələr şöbəsində işləyən Adnan Hacızadə isə OL gənclər təşkilatını yaradıb. O, satirik videolar çəkməyə başlayıb. Adnanın müxalifətdə olan atası, Hikmət Hacızadə isə bunun təhlükəli olması barədə onu xəbərdar edib:

«Mən həmişə ona deyirdim ki, oğlum ehtiyatlı ol. Bizim şəraitimizdə biz təhlükənin haradan gəldiyini bilmirik»

National Endowment for Democracy-nın proqramlarından birində çalışan Miriam Lanskoy bu həbs onun üçün şok olub:
«Bu o deməkdir ki, sən öz fikrini ifadə edə bilməzsən. Bu gənclərə bir mesajdır».

«Nyu-York Times»də dərc olunmuş Ellen Berrinin «Azərbaycanda eşşək geyimi gülüşlə və hətta həbslə nəticələnir» adlı yazısında belə deyilir.

http://www.azadliq.org/content/article/1777545.html

No comments: