Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli və “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə ilə görüşmüşlər.
Söhbət zamanı gənclər saxlanılma şəraitindən şikayətlərinin olmadığını, onlara qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani rəftara və ya zorakılığa yol verilmədiyini, lazımi qida təminatı və tibbi yardımın göstərildiyini bildirmiş, eyni zamanda barələrində məhkəmənin çıxardığı həbs qətimkan tədbirindən narazı olduqlarını söyləmişlər. Onlar həmçinin valideynləri ilə görüş üçün səlahiyyətləri çərçivəsində şəraitin yaradılmasını Ombudsmandan xahiş etmişlər.
Gənclərə Müvəkkil Elmira Süleymanovanın onların barəsində başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsi ilə bağlı Daxili İşlər nazirinə və Baş Prokurora müraciət etdiyi bildirilmişdir.
http://www.ombudsman.gov.az/az/news/1425/
Ombudsman Aparatının əməkdaşları Bakı istintaq təcridxanasinda Emin Milli və Adnan Hacızadə ilə görüşmüşlər
Labels: AEresmi
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Söhbət zamanı gənclər saxlanılma şəraitindən şikayətlərinin olmadığını, onlara qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani rəftara və ya zorakılığa yol verilmədiyini, cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə
Post a Comment