Azərbaycan gənci, azadsanmı?

16.08.2009

AzadlıqRadiosunun «İşdən sonra» proqramının Beynəlxalq Gənclər Günündə efirə getmiş verilişində «Azadsanmı?» sualına OL Azərbaycan Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Pərvanə Persiani, Yeni Azərbaycan Partiyasının Gənclər Komitəsinin sədr müavini Samirə Quliyeva və hüquqşünas Erkin Qədirli cavab verirdilər.

Bəzi fikirləri diqqətinizə təqdim edirik.

Pərvanə Persiani: «Bugünkü Azərbaycan reallığında azad fikir söyləməyə platforma yoxdur. Bunun nəticəsi olaraq insanlar özləri düşünməyə vaxt sərf eləmirlər. Daha çox başqa adamların həyat tərzini təqlid etməyə üstünlük verirlər. Azərbaycan gəncini hələ ki, azad gənc adlandıra bilmərik».

Samirə Quliyeva: «Mən düşünürəm ki, azadam. Azad xalqın, azad ölkənin nümayəndəsiyəm. Gənclər «azad deyiləm» deyəndə nəyi əsas gətirirlər, bilmirəm».

Pərvanə Persiani: «Gənclər rüşvət vermək, rüşvət almaq istəmirlər, növbəyə durmaq istəyirlər, istədiyi radioya qulaq asmaq istəyirlər, istədiklərini radio və televiziyada dinləmək istəyirlər. Onlar eyni rəngli, eyni formatlı məlumatların onlara sırınmasından yorulublar. Alternativ fikirləri daşıyan gənclər var, amma onların televiziyaya çıxışı yoxdur. Fikirlərini internetdə yayırlar və onları Emin Milli və Adnan Hacızadə kimi buna görə həbs edə bilərlər».

Samirə Quliyeva: «Azadlıq hər kəsin içindədir, razıyam...Bəs belə isə rüşvət almağa kim məcbur edir ki? Televiziyada şou-biznesin çox olması da elə həmin gənclərin tələbatından irəli gəlir. Müxtəliflik var. İnformasiya əsridir, İnternetdən istədiyi məlumatı ala bilər. İnternetlə də istədiyi fikri yaya bilər. Heç kim buna qadağa qoymursa, nə mane olur? O ki qaldı iki bloqçunun həbsinə, azadlıq deyiləndə hər fikri ötürmək olmaz. İnformasiyanı ötürəndə düşünmürlər ki, bu, Azərbaycanın imicinə necə təsir edəcək. Axı bütün bunlar Azərbaycanın imicinə təsir edir. 100 faiz hər şey yaxşıdır demək olmaz. Nöqsanlar da var, irəliləyiş də. Amma nəyimiz var, yaxşısı və pisi ilə birgə bizimdir - azərbaycanlıların. Hər şeyi açıq-aydın demək, dünyaya bunu reklam eləmək, düşünürəm, hardasa düzgün deyil. Elə məsələlər var ki, daxildə qalmalıdır. Bunu qırağa çıxarmaq, Azərbaycanın imicinə ziyan gətirə bilər. Hər kəsə hər şey icazə verilsə, xaos olar. Müəyyən çərçivə olmalıdır ki, bunu gənclər özü də gözləməlidir. Xalqımız naminə. Ola bilsin o gənclər elə bir informasiya veriblər ki, bu, Azərbaycana ziyan gətirə bilərdi».

http://www.azadliq.org/content/article/1800829.html

9 comments:

Anonymous said...

Tipik YAP sayagi cavab...

Anonymous said...

Men Samire ile hardasa raziyam .. Beka meseleler var ki, daxile galmalidi . Xaricde onu teblig etmeknen duzelen deyil . Tedricen ozumuz sherait yaradilmalidir ki , hem tehsil sahesinde hem de diger sahelerde rushvet de azalsin , hem de diger negativ hallar azalmaga dogru getsin . Neya gore se OL bela tedbirleri teshkil etmir . misal uchun , tehsil ocaqlarinda rushvete yox aksiyasi kechirmek ve s .

Anonymous said...

Xaxa)
Guldurduz meni...
Siz dediklerinize ozunuz inanirsiz? Hansi fealiyetden danishirsiz? Belke "Ireli" fason, gencleri heqiqi problemlerden yayindirmaqa yonelmish fealiyetden? Goturek rushvet meselesini...eger sistemin sutunu ve esas felsefesi mehz korrupsiya uzerinde gurulub...siz bunu "tedricen" nece deyishmeye dushunursuz? Adnan ve Eminin hebsi sistemin mahiyetini achiq ashkar numayish etdirdi...
Deyirsiz bezi meseleler daxilde qalmalidi...raziyam...eger sohbet olkenin tehlukesizliyi, butovluyu ve musteqilliyi haqda gedirse, qoy qalsin. Amma eger sohbet elementar huquqlarin pozulmasi, insanlarin qoyun yerine qoyulmasi, muxalif fikirlerin boqulmasindan, olkeni orta esr qayda-qanunlarina surudulmesinden gedirse? Bu halda "amma hech kim bilmesin" yanashmasi yalniz primitiv dushunce ve tipik Sherg mangurtlugunun numunasidir...

Anonymous said...

Gulmek sizin shexsi ishinizdir, lakin men gulmali hech bir shey gormiram .. sizin yanashmaniz sirf Qerb yanashmasidir ,lakin siz sherqde dogulmusuz ve onlarin stereotiplarini tetbiq etmek uchun boyuk bir zaman kechmelidir , o da o halda eger xalq ozu istasa .. galdi ki, rushvete . eminem ki, 80 % insanlarin imkani dushduyu halda bu rushveti hem verecek hem de gorurecek ve ne genc tebeqesi ne deki diger tebeqe bunu aradan qaldira bilmez .. belke repressiya metodu komek eledi . lakin 21 esirdir ve bu chixish yolu deyil . tedricen olmalidir hamisi . hechne yox , sadece Amerikanin tarixini nezerden kechirsez gorarsiz ki , esrin evvelerine neler bash verirdi orada .. 80 il erzinde duzeldi hardasa .. bizim ise genc musteqil dovletin 20 yashi yoxdur . Tek genc azad olmamalidir , umumilikde insan azad olmalidir.azadliq ise umumi cherchivede olmalidir..

Anonymous said...

Amerikani misal getirmeyi deyesen Siyavush Novruzovdan oyrenmisiz...
Dostum, Amerika ve diger Qerb olkeleri demokratiyani sifirdan qurdular, bu gun ise artiq hazir "material" var, onu sadece olkeye uygun tedbiq etmek gerekdir. Ve sizin bu tipli "otmazkalar" yersizdir. Istenilen problemi hell etmek olar, sadece siyasi irade lazimdir...
Indi ise kechek "Shergde dogulmusuz" meselesine. Sizin mentiqe gore biz Afqanistan seviyyeli olke olmaliyiq, orta esrlerden qalmish aden-enenelere riayyet etmeliyik? Uzaga getmek lazim deyil, ADR tarixini goturun...bu insanlar kechmishe yox, geleceye dogru gedmek isteyirdiler, stereotiplerden qopmaq chalishirdilar. Deyirsiz ki insanlar hazir deyil...duzdur, cemiyyet plastelin kimi bir sheydir, istenilen cemiyetin dushuncesini 10 il erzinde ister musbet, isterse de menfi terefe deyishmek mumkundur, bunun uchen sadece bir sira vasiteler lazimdir ve ilk novbede qeyd etdiyim kimi siyasi irade...

Anonymous said...

Inaniram ki bizim cemiyyet Azerbaycani sivil ve geyri-islami dovlet kimi gormek istayir ve orta esirlerin qanunlarina riayet etmek atriq luzumsuzdur.. Sadece siz dediyiviz kimi zamana uygulashmaq ve ireli getmek lazimdir , bunu ise artiq yalniz genc tebeqe ede bilecek .. Bu gun ki cerayen eden prosesler onu gosterir ki , olkemiz qisa bir zamanda , ozu hechkimin tesiri altinda olmayaraq inkihaf etdi . beli menfi terefler da var , ancaq bunlar demek olar her olkede var . birde qeyd etmek istayiram ki, yaddan chixmasin Azerbaycan Respublikai CAVAN MUSTEQIL OLKEDI VE INKISHAF PROSESI TEDRICEN GETMELIDIR . BUTUN saheleri bura shamil edirem , hem genlerin azadligini , hem soz , hem huquq , tehsil ve s ve s .
Mena maraqli olardi sizin teklif etdiyiniz bir sira vasiteler , hansilardi ?
Siz oz yashiviza uygun hansi chixish yollari gorursunuz ? eyni zamanda dediyiviz siyasi irade kimden gelmelidir ? mena maraqli olardi..

Anonymous said...

Doğum evlərində rüşvət!
Baxçaya gedındə pul verib getək lazımdı - rüşvət!
Məktəblərdə rüşvət!
Universitetlər - rüşvət!
Əsgərlik - rüşvət!
İşə düzəlmək üçün - yenə rüşvət!

Anonymous said...

Chox deqiq buyurdunuz ki, o cemiyyeti "GENCLIK" quracaq. o genclik ki, 90%-i bawlarini qataraq etrafina, olub bitenlere, realliga, "oz"-un mehvine goz yummalari u4un qurulmuw piramidanin en yuksek tezyiqi altinda heyat sururler. Susaraq, gozlerini yumaraq, dinmez-soylemez,sessiz-semirsiz. Hetta mene ele gelir ki bu onlara xow gelir. Oyanmaq istemirler, paslaniblar, duwunceleri,ezeleleri,huceyreleri mehv olub. Surunmek, olecekleri gune chatmaq uchun verilen qirintilara tezim edirler. Elbette genc olkedir, elbette zaman teleb olunur. Ama dogurdan inanirsinizmi ki meqsed, addimlar bu yoldadir

avsena said...

Samira xanim,siz deyesen DINe ishleyirsiz pafosla danishan boshbogaz sentimentalisti xatirladirsiz.dediyinize inanirsiz yoxsa nece?xeyr,bu gun Azerbaycan genci azad deyil!