Avqustun 10-da Səbail rayon məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə bloggerlər Emin Milli və Adnan Hacızadənin Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu, habelə ölkə DİN-i və Baş Prokurorluğuna qarşı iddia ərizəsinə baxılacaq.
Xatırladaq ki, iddia hüquq-mühafizə qurumları tərəfindən bloggerlərin təqsirsizlik prezumpsiyasının pozulması ilə əlaqədar verilib. Belə ki, DİN və prokurorluğun iki bəyanatında Hacızadə və Millinin təqsirindən danışılırdı, bir halda ki, onları yalnız məhkəmə təqsirli billə bilər. iyulun 8-də “Lebanez” kafesində xuliqanlıq əməlləri törədiblər və digər iki nəfəri döyüblər. Buna görə onların saxlanması qanunidir, DİN və prokurorluq belə hesab edir.
İyulun 8-də Bakıda “Lebanez” kafesində Hacızadə və Milli iki naməlum şəxsin basqınına məruz qalıb. Lakin polis onları xuliqanlıqda ittiham edib, Səbail rayon məhkəməsi isə iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib. Azərbaycanın hüquq-müdafiə orqanları məhkəmənin qərarından əvvəl bloggerləri “xuliqanlıqda” ittiham etməyə tələsiblər. // Turan
http://news.qaynar.info/29594.html
Bloggerlərin DİN və Prokurorluğa qarşı iddiasına baxılacaq
Labels: AEmehkeme
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment