OL! AGH “Jugendhilfe Und Sozialarbeit e.V.” alman gənclər təşkilatı tərəfindən təşkil olunmuş “Youth 4 Gender Equality” (Gənclik Qender Bərabərliyi lehinə) beynəlxalq təlimdə Azərbaycanı təmsil edib.
“Y4GE” təlimi avqust 19-29 tarixlərində Berlinin yaxınlığında olan Storkov şəhərinin Hirşlüh qəsəbəsində keçirilmişdir. “OL!”u Ruslan Əsədov, Olga Breqvadze, Esmira Məmmədova, Nicat Qarayev, Zahra Vəliyeva və Aida Səmədova təmsil edirdilər.
Azərbaycandan başqa bu tədbirdə Gürcüstan, İtaliya, Ukrayna, Türkiyə və Almaniya gəncliyi də iştirak edirdi.
Təlimin məqsədi iştirakçılarının öz bilikləri və təçübələri ilə paylaşmaq, öz ölkələrində qender problemlərini müzakirə etmək və həll yollarını axtarmaq idi. Treninq çox azad və interaktiv şəkildə keçirilmişdir – diskussiyalardan başqa iştirakçılar qender problemləri ilə bağlı müxtəlif səhnəciklər qurmuşdu; bundan başqa onlara Komiks və Karikatura üzrə alman mütaxəssisləri tərəfindən geniş şəkildə təlimlər keçirilmişdir. Sonda iştirakçılar tərəfindən yaradılmış komikslər və karikaturalardan ibarət sərgi Fürstenvalde şəhərində olan kilsədə baş vermişdi.
Treninq ancaq qender problemlərini üzə çıxarmaqdan və öyrənməkdən ibarət olmadı. Bununla bərabər hər ölkənin iştikakçıları hər gecə keçirilən Milli Gecələrində öz xalqı və mədəniyyəti başqalarına təqdim edə bildilər: milli şirniyyat, içkilər, ənənələr və rəqslər hamının yadında qaldı.
Asudə vaxtı gənclər gölə getməklə, tonqal ətrafında qitara çalıb qulaq asmaqla məşqul idilər.
***
Berlina ekskursiya da çox maraqlı keçmişdir: elə alındı ki, həmin günü Almaniyanın paytaxtında beynəlxalq marafon keçirilirdi, və “Y4GE” iştirakçıları bunun canlı şahidi oldular. Bundan başqa gənclər Bundestaqda (Reyxstaqda), Branderburq Qapılarında, Aleksandrplatsda və Holoucast Memorialında və Berlin Divarının qalıqlarında olmuşdular.
Bundestaq alman parlamentininə deyilir. Bu binanın girişində həmişə böyük bir növbə adam durur. Biz də növbədə durduq, və 15 dəqiqə ərzində Bundestaqın içinə daxil olduq. Maraqlısı odur ki, hər yerdə “şəkil çəkmək qadağandır” nişanı qoyulmuşdur, lakin hamı dayanmadan şəkil çəkdirirdi – başqa çür ola da bilməzdi, çünki binanın konstrukciyası adamı dəli edir, belə gözəldir. Ən yuxarı mərtəbəyə qalxanda isə bütün Berlini görmək olur – aydındır ki, mənzərə çox xoşagələndir.
Branderburq qapıları Berlini şərqə və qərbə bölən ən məşhur nöqtələrdən biridir.
Aleksandrplats Şərq Berlində yerləşir və burda tikilmiş böyük TV qalasına görə məşhurdur. Əqər itmisinizsə, göyə baxıb və həmin qalanın ucunu görüb, tez zamanda olduğu yerinin səmtini müəyyən edəcəksiniz.
Holoucast Memorial postmodern üslubda qeyri-adi bir yerdir. Möhtəşəm abidə sadə boz rənqli, fərqli olçülü kvadratlardan ibarətdir. Deyirlər ki, bu daşların arasında bir zaman gəzərkən, insan bir qəribə ruha düşür.
Berlin Divarından bir neçə parça qalıb. Divar sındırılanda minlərlə adamlar gəlib onun üstündə öz izlərini saxlayırdılar. Diqqətlə baxıb görmüşdük ki, million şəkillərin, simvolların içində 2008-2009 illərdə yazılan mesajlar da var. Onların biri deyir “Let’s give a chance to Peace”. Doğrudan da, bəlkə Sülhə şans verək?
Bu səfər haqqında danışılası şeylər çoxdur, amma burda mən nöqtəni qoymaq istərdim.
Esmira Məmmədova
“Youth 4 Gender Equality”
Labels: reliz
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment