Showing posts with label aksiya. Show all posts
Showing posts with label aksiya. Show all posts

Video! Rəsulzadənin 125 illiyinə həsr olunmuş fləşmob

31 yanvar 2009-cu ildə OL! Azərbaycan Gənclər Hərəkatının Rəsulzadənin 125 illiyinə həsr olunmuş fləşmobdan hazırlanmış videonu sizlərə təqdim edirik.

"Rəsulzadə-125" divar kağızları

2009-cu il, yanvar ayının 31-i Azərbaycanın görkəmli siyasi xadimi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125-ci il dönümünü qeyd edəcəyik. Bu səbəblə OL! Azərbaycan Gənclər Hərəkatının fəalları divarkağızı (wallpaper) aksiyası həyata keçirir.

Aşağıdakı linklər vasitəsilə öz kompyuterinizə və telefonunuza uyğun olan formatda divarkağızını endirərək istifadə edə bilərsiniz.

Resulzade (1024x768)
Resulzade (1280x1024)
Resulzade (1280x800widescreen)
Resulzade (1600x1200)
Resulzade (240x320)
Resulzade (480x640)
Resulzade (iphone)

Qeyd: Yuxarıdakı faylları blootooth vasitəsilə yayaraq bu aksiyaya qoşulun

Faylların hamısını ZİP formatında yükləmək üçün aşağıdakı linkdən istifadə edin:
http://phat7.deviantart.com/art/The-Forefather-of-Azerbaijan-110976295

Divar kağızlarının müəllifi:
http://phat7.deviantart.com/

İmtahanlarımı özüm verəcəm

AEGEE Bakının "Rüşvətsiz Sessiya" aksiyasına dəstək olaraq çəkilmiş videonu sizə təqdim edirik:

Monarxiyanın növbəti qələbəsi

Dünən Texniki Universitetin futzal meydançasında BDU tələbələri tərəfindən təşkil olunmuş “Respublika” və “Monarxiya” komandaları arasında futbol matçı keçirildi.
Oyun çox sərt və maraqlı idman mübarizəsi şəraitində keçdi. Qarşılıqlı əks-hücümlar, gözəl driblinqlər, azarkeşlərin emossiyaları oyunu daha da rəngləndirirdi. Futbolçular sanki ölkədə respublika və monarxiya ənənələrinin hansının qalib gəlməsi uğrunda mübarizə aparır və meydanın hər qarışında güzəştsiz oyun sərgiləyirdilər.

Bu maraqlı oyun 7:6 hesabı ilə “Monarxiya” komandasının qələbəsi ilə başa çatdı. Monarxistlərin daha çevik, qətiyyətli, kəskin və sərt mübarizəsi özünü oyunun nəticəsində də əks etdirdi. Respublikaçıların isə məhz ölkəmizdəki respublika tərəfdarları kimi aralarında lazımi anlayışın olmaması, son məqamda qətiyyətsizlikləri məğlubiyyətdə açar rolunu oynadı.

Azarkeşlər isə ayrıca bir söhbətin mövzusudur. Tribunada respuspublikaçı və monarxist tərəfdarlar bütün oyun boyunca öz sevimli komandalarını çılğınlıqla dəstəkləyir, yaradıcı şüarlarlа oyuna əlavə intriqa gətirirdilər. Respublikaçı azarkeşlər əsasən “Respublika”, “Yayaya-şaşaşa Respublika çox yaşa” və “Monarxiyaya YOX, Respublikaya HƏ” şüarlarından istifadə edir, Monarxistlər isə əsasən “Monarxiya- Şah sağolsun” və “Xalq heç kimdi-Şah sağolsun” cavabları ilə rəqiblərinə layiqli müqavimət göstərirdilər.

Respublikaçı azarkeşlər zalda çoxluq təşkil etsə də sonda onlar Monarxiyanın ölkəmizdə daha bir qələbəsinə şahid olmağa məcbur oldular və suyu süzülə süzülə zalı tərk etdilər. Monarxistlərin kapitanı isə sonda verdiyi bəyanatla onların bu işdə necə qətiyyətli və özlərinə arxayın hərəkət etdikərini bir daha sübut etdi: “Biz istənilən rəqiblə - millətçilərlə, radikallarla, demokratlarla yarışmaqdan qorxmuruq, çünki, əminik ki, sonda həmişə monarxiya qalib gələcək”















Monarxiya - Respublika futbol matçı

Ən yeni Azərbaycan tarixinin bu keşməkeşli dönəmində, Bakı Dövlət Universitetinin tələbələri rəmzi məna daşıyan futbol oyunu keçirtdilər.
Nəticə: MONARXİYA 7 : 6 RESPUBLİKA
Video reportaj:


Tədbirdən şəkilləri geniş formada aşağıdakı linkdə yükləyə bilərsiniz:

Rüşvətsiz Sessiya

AEGEE-Bakı, Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi gənclər təşkilatı olaraq gəncliyimizin Avropaya doğru inteqrasiyası yolunda duran bir neçə mühüm problemlərinin həllinə öz töhvəsini verməkdədir. AEGEE-Bakının əsas maraq dairisinə Aktiv Vətəndaşlıq, Mədəniyyətlər arası Mübadilə, Sülh və Təhlükəsizlik və Ali Təhsil aiddir. İctimai birlik olaraq Azərbaycanın fəal tələbələrini təmsil edən AEGEE-Bakı “Rüşvətsiz Sessiya” adlı layihənin həyata keçirilməsini zəruri saymışdır.
AEGEE-Bakı Təhsil Işçi Qrupu olaraq biz bu qarşıdan gələn “Qış imrtahanları sessiyası”nda tələbələrin rüşvət verməsi və müəllimlərin rüşvət almasına qarşı bir kompaniya başlamağa qərar verdik.
Kompaniyamızın adı : “Rüşvətsiz Sessiya”
Şüar : Tələbəyəm , Rüşvət Vermirəm !!!
Rüşvətə qarşı olan hər bir tələbə və müəllimi öz yanımızda görmək istəyirik. Bunu etmək - yəni rüşvətə qarşı etirazınızı bildirmək üçün sessiya ərzində universitetlərdə qolunuza (daha cəsarətlilər isə alınlarına ) qırmızı lent bağlayaraq gedəcəksiniz və “RÜŞVƏTƏ STOP” deyərək öz etirazınızı sivil şəkildə bildirəcəksiniz. Bundan əlavə kompaniya zamanı müxtəlif vasitələrdən universitetlərdə olan rüşvət hallarının və digər buna oxşar halların qarşısını almaq məqsədi ilə istifadə edəcəyik. Bu vasitələr aşağıdakılardır :


  1. KİV (Kütləvi İnformasiya Vasitələri)-də bu kompaniya ilə əlaqədar olaraq müxtəlif yazıların dərc olunması.

  2. Universitetlərdə tələbələr və müəllimlər arasında təbliğatın gücləndirilməsi.

  3. Müxtəlif internet məkanlarında (web-saytlarda, yahoogroups, facebook, forumlar və s) bu mövzuda müzakirələr apararaq gənclərin diqqətinin cəlb olunması.

  4. Paytaxt şəhərində sakinlərinin kütləvilik təşkil etdiyi məkanlarda (metro , avtobus dayanacaqları və müxtəlif nəqliyyat vasitələrində, şəhərin mərkəzi küçələrində və s) üzərində “Tələbəyəm rüşvət vermirəm” şüarı yazılmış yapışqanların yapışdırılması.

  5. Vətəndaş Cəmiyyəti İnsitutları ilə bu kompaniya ilə bağlı əməkdaşlıq etmək.

  6. Mobil vasitə olan sms-lərlə insanların bu kompaniya barəsində məlumatlandırılması.

AEGEE-Bakı tələbələrin səsinin eşidilməsi yolunda gələcək tədbirləri və layihələri ilə müxtəlif “Rüşvətsiz Təhsil” kompaniyalarını Azərbaycanda bütovlükdə tətbiq və təşviq edilməsini qarşısına əsas məqsəd kimi qoymuşdur.

AEGEE-Bakı
E-mail: aegeebaku@gmail.com

Yer Günü ilə əlaqədar ekoloji aksiya

"OL!" Azərbaycan Gənclər Hərəkatı 22 Aprel Beynəlxalq Yer Günü ilə əlaqədar ekoloji aksiya keçirmişdir. Aksiya Bayılda yerləşən Qafur Məmmədov bağında baş tutmuşdur. "OL!"-çular parkdakı ağaclara qulluq etmiş, orada təmizlik işləri aparmışlar. Üzərində "Yerə zibil atmayın!" yazılan şüarlar parkdakı ağaclardan asılmışdır. Sonda "OL!"-çular parkda heç bir zibil qabının olmadığıı və aksiya əsnasında parkda istirahət edən şəxslərin bununla bağlı şikayətlərini əsas tutaraq məsələni aidiyyəti orqanların nəzərinə çatdırmışlar.

"Göy Lent" Aksiyası

"OL!" Azərbaycan Gənclər Hərəkatı gənclərdən gələn təşəbbüsü reallaşdıraraq "Göy Lent" Aksiyasına başlamışdır. "Göy Lent" Aksiyası maaşların kifayet qeder qaldırılmadığı halda, enerji daşıyıcılarının və məişət xidmətlərinin qiymətlərinin qaldırılmasına etiraz eden genclerin hemreyliyini bildiren sosial aksiyadır . Aksiyanın ideyasının "OL!"-çular tərəfindən irəli sürülmədiyinə baxmayaraq, onu "OL!" AGH həyata keçirir.