"OL!" Azərbaycan Gənclər Hərəkatı və ACCELS "Uşaqların Cəmiyyətə Gətirilməsi" adlı xeyriyyə aksiyası keçirmişlər. Hər iki təşkilatın 30-a yaxın nümayəndəsi Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı Uşaq Evinin 10 yaşa qədər uşaqlardan ibarət olan qruplarından birini gəzintiyə çıxarmışlar. Aksiya iştirakçıları 24 uşaqdan ibarət qrupu ilk öncə zooparka aparmışlar. Sonra proqrama əsasən uşaqlar McDonald's-da nahar etmişlər. Nahardan sonra gəzinti Dənizkənarı Parkda davam etmiş və saat 17.00-da uşaqların öz ünvanlarına aparılıb çatdırılması ilə başa çatmışdır.
"Uşaqların Cəmiyyətə Gətirilməsi" adlı xeyriyyə layihəsi
Labels: video
Subscribe to:
Post Comments (Atom)
1 comment:
hey interesting video about this polemicsituation in your country, so I want to thank you. Bloqu!
Post a Comment