OL! Azərbaycan Gənclər Hərəkatı Beynəlxalq Respublikaçılar İnstitutu ilə birlikdə “Demokratiya Aqorası” – Azərbaycan Gənclərinin Dəyirmi Masalar Silsiləsi layihəsi çərçivəsində “Demokratik inkişafa təsir edən mədəni amillər” mövzusunda növbəti dəyirmi masa keçirdilər. Bu dəfəki dəyirmi masanın formatı bir qədər fərqli idi. Belə ki, burada təmsil olunan gənclərin hər hansı gənclər təşkilatının üzvü olması tələbi yox idi, hər bir maraqlanan gənc bu tədbirdə iştirak edə bilərdi.
Dəyirmi masanın birinci mərhələsində iştirakçıların hər biri mövzu ilə bağlı fikirlərini qısaca bildirdilər. Fikirlərdə daha çox qərb və şərq sivilizasiyaları arasındakı fərq və bu fərqin demokratiyanın inkişafına təsiri öz əksini tapırdı.
Fasilədən sonra əsas müzakirə mövzuları aşağıdakılar oldu:
1. Azərbaycan cəmiyyətində individualizm və kollektivizm özünü nədə ifadə edir və biz bunlardan hansını seçməliyik?
2. Qərb sivilizasiyası, yoxsa şərq sivilizasiyası; hansını seçməliyik?
3. İnkişaf doqmalara əsaslana bilərmi?
DEMOKRATİYA AQORASI: Demokratik inkişafa təsir edən mədəni amillər
Labels: aqora
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment