OL! Azərbaycan Gənclər Hərəkatının üçüncü İdarə Heyəti və seqment rəhbərləri müəyyən olundu

Oktyabr ayınln 21-i OL! Azərbaycan Gənclər Hərəkatının Ümumi Yığıncağı keçilildi. Ümumi Yığıncağın gündəliyində bu məsələlər dururdu:

1. Strukturdakı dəyişikliklər
2. İdarə Heyəti və digər orqanlara seçkilərin keçirilməsi, vəzifə bölgüsü

Strukturla bağlı uzun sürən müzakirələrdən sonra Ümumi Yığıncaq iştirakçıları aşağıdakı qərara gəldilər:

- OL! AGH-nın təşkilati strukturu 4 korpusdan ibarət olacaq: qərarverici, icraedici, nəzarət və könüllülər korpusları. Təşkilatın ali orqanı Ümumi Yığıncaq olaraq qalır. Ümumi Yığıncağın çağırıldığı tarixlər arasındakı müddətdə qərarverici orqan rolunu İdarə Heyəti (İH) oynayır. İdarə Heyəti 5 nəfərdən ibarətdir və yalnız qərar qəbul etmək səlahiyyətinə malikdir. Bu o deməkdir ki, o icraedici funksiyaya malik deyil və daha çox təşkilatın uzunmüddətli siyasətini müəyyən edir və ideoloji məsələlərə nəzarət edir. İH ildə bir dəfə Ümumi Yığıncaq tərəfindən seçilir;

- İcraçı Direktor (İD) cari qərarların icrasını və icraedici korpusun fəaliyyətini koordinasiya edir. İD Ümumi Yığıncaq tərəfindən ya İdarə Heyəti üzvlərinin arasından, ya da digər üzvlərdən seçilə bilər;

- İcraedici Korpus aşağıdakı seqmentlərdən ibarətdir: Xarici İşlər; İctimaiyyətlə Əlaqələr; Daxili İşlər; Tədbir Təşkilatçılığı; Layihələr və Fandreyzinq; Üzvlərlə İş; Ofis İşləri. Bu seqmentlərin hər birinə məsul olan koordinatorlar İdarə Heyəti tərəfindən təyin olunur;

- Nəzarət Korpusu (NK) Ümumi Yığıncaq tərəfindən seçilir. NK Ümumi Yığıncaq çağırmaq səlahiyyətinə malikdir. O hər bir orqanın fəaliyyəti haqqında hesabat hazırlayır və Ümumi Yığıncağa digər orqanların hesabatlarına alternativ hesabatını təqdim edir.

Gündəlikdə duran ikinci məsələ İH-in seçilməsi və vəzifə bölgüsünün həyata keçirilməsi idi. Ümumi Yığıncaq iştirakçıları tərəfindən keçirilən seçkilərdə İdarə Heyəti üzvləri və İcraçı Direktor seçildi. Sonra isə yeni seçilmiş İdarə Heyəti müxtəlif fəaliyyət seqmentləri üzrə koordinatorlari təyin etdi.


Beləliklə, gündəlikdəki ikinci məsələ ilə bağlı aşağıdakı nəticə əldə olundu:

OL! AGH-nin 3-cü İdarə Heyəti üzvləri:

Munir Məmmədov;
Nigar Əliyeva;
Zaur Əliyev;
Zaur Zamanov;
Vüqar Salamlı.

İcraçı Direktor: Vüqar Salamlı

Xarici İşlər Koordinatoru: Adnan Hacızadə, Gövhər Yaqublu

İctimaiyyətlə Əlaqələr Koordinatoru: Yusif Kərimli

Daxili İşlər Koordinatoru: Gülşən Aslanova

Tədbir Təşkili Koordinatoru: Ayan Aşurlu

Layihələr və Fandreyzinq Koordinatoru: Rəşadət Axundov

No comments: